87 ölkədən gəlib Azərbaycanda iş tapırlar

Dövlət Sosial Müdafiə Fondinda fərdi uçota alınan əcnəbilərin sayı 8 mini ötüb
                                                      
 
 

Azərbaycanda fərdi uçot sistemində qeydiyyatda olan və 87 ölkəni təmsil edən əcnəbilər arasında Türkiyə, Gürcüstan, Rusiya və İranlılar daha çoxdur

 

2009-cu il ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayı 21,5 faiz artıb. Ötən il əlavə olaraq 1425 nəfər əcnəbi vətəndaş uçota alınıb və uçota alınan əcnəbilərin sayı 2010-cu il yanvarın 1-nə olan statistikaya əsasən 8063 nəfər olub.

87 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında Türkiyə vətəndaşları çoxluq təşkil edir - 4654 nəfər. İl ərzində digər ölkələrdən olan əcnəbilərin sayında da artım müşahidə edilib. Fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1225 nəfərə yüksəlib. Üçüncü yerdə gələn Rusiya vətəndaşlarının sayı isə 545 nəfər təşkil edir. Sonrakı yerlərdə İran İslam Respublikası (255 nəfər), Hindistan (202), Çin Xalq Respublikası (97), Ukrayna (75), Pakistan İslam Respublikası (70), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (85), Malayziya (63), Qazaxıstan (63), Özbəkistan(59), Türkmənistan (48), Almaniya (53), İtaliya (42), ABŞ (33) və digər ölkələr gəlir.

Hazırda əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi başlanıb. Xarici ölkələrdə əmək miqrantları kimi çalışan Azərbaycan Respublikası vətəndaşlarının gələcək pensiya hüquqlarının qorunmasını təmin etmək məqsədilə əlavə olaraq bir sıra digər ölkələrlə də beynəlxalq müqavilələrin bağlanılması üzrə təkliflər hazırlanır.

Ölkəmizdə Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinə 2006-cı ilin yanvarın 1-dən başlanılıb.

 

11.01.2010
qazancim.az

                   75 AZN qazanmaq istəyirsən?

Loading...