qazancım.az layihəsi haqqında

Qazancim.az layihəsi haqqında


Qazancım.az Azərbaycanda
Çoxumuzun öz həmkarlarımızın nə qədər qazandıqları barədə təsəvvürləri belə yoxdur. Amma Qazancim.az layihəsinin köməkliyi ilə biz bu vəziyyətlə barışmaq fikrində deyilik. Axı əgər bilməsəniz ki, başqaları sizin gördüyünüz işlə analoji olan işə görə nə qədər məvacib alır, onda haradan bilmək olar ki, sizə verilən əməkhaqqı ədalətlidir? Bu əsasən də qadınlara şamil olunur. əmək haqqının təyin olunmasında gender fərqi haqqında çoxlarımız eşidib. Qadınlar 30 illik tarixə malik əməkhaqqının ödənilməsində bərabərlik haqqında qanuna baxmayaraq, hələ də kişilərdən az qazanırlar. Bəs siz şəxsən bu problemin öhdəsindən gəlmək üçün nə edə bilərsiniz? Başlanğıc üçün Qazancim.az saytındakı anketi doldura bilərsiniz. 


Siz layiq olduğunuz əmək haqqını ala bilirsinimizmi?
Layihənin ideyası olduqca sadədir. Siz öz məvacibinizi analoji işi görən digərlərinin məvacibi ilə müqayisə etmək imkanı əldə edirsiniz. Bu vasitə ilə Qazancim.az saytı sizi öz kolleqalarınıza o qədər də etik olmayan qazanc barədə sualları verməkdən də xilas edir. Baxmayaraq ki, bu sualı sadəcə marağa görə vermirsiniz. Əgər siz işəgötürənlə əmək haqqı barədə müzakirələr aparırsınızsa, onda həmkarlarınızın başqa şirkətlərdə nə qədər qazandığını bilməlisiniz. Bəs öz karyeranızın istiqamətini dəyişmək qərarına gəlsəniz, onda necə? Belə olan halda sizin üçün əməkhaqqınızın artıb və ya azalacağını öyrənmək çox vacibdir. Qazancim.az – da siz müxtəlif sahələrdəki əmək haqqları barədə çox geniş məlumat tapa biləcəksiniz, həmçinin siz işədüzəlmə barədə bəzi xırdalıqlar barədə də buradan məlumat əldə edə biləcəksiniz.
Sizdə sual yarana bilərki, bu vacib məlumatları biz haradan alırıq.
Biz insanlara arxalanırıq. Qazancim.az saytındakı məlumatlar dünyanın müxtəlif güşələrində, ən müxtəlif peşə sahiblərindən əldə olunan məlumatlara əsaslanır. Toplanan məlumatlar barədə bəzi məqamları bilmək lazımdır: onlar tamamilə anonimdir. Bizi nə sizin rəhbərinizin, nə də şirkətin adı maraqlandırmır. Sizdən tələb olunan yeganə şey Qazancim.az saytında olan anketi doldurmaqdır. Həmin prosedura cəmi 10 dəqiqə vaxtınızı alacaq. Əvəzində, təqdim olunan məlumat vasitəsilə, siz başqa minlərlə işçinin aldığı əmək haqqı barədə öyrənmək imkanı əldə edəcəksiniz. Bizcə, bu sərfəli sövdələşmədir.


Bu mənim nəyimə gərəkdir?
Adət halını almış sualdır. Əlbəttə ola bilər ki, bir çoxları həmişə rəsmi statistikalarla qane olsunlar. Amma həyat göstərir ki, o heçdə həmişə reallıqla üst-üstə düşmür.
Qazancim.az – tədqiqatçıların nəticələri aydınlaşdırması üçün əvəzsiz vasitədir. Anketlərin nəticələri dünyaca məşhur tədqiqat insitutlarının və həmkarlar ittifaqlarının köməkliyi ilə işlənib hazırlanır. Qazancim.az beynəlxalq tədqiqatların aparılmasının tamamilə yeni bir üsuludur. O, insanlara və tədqiqatçılara qərar qəbul edərkən, nəinki təkcə Azərbaycanda həmdə dünyada realda əmək bazarında baş verənlər barəsində dəqiq təsəvvür yaratmağa imkan verir.
 Biz bütün qəlbimizlə inanırıq ki, bilik – gücdür. Əmək haqqları barədə məlumatlar nə qədər şəffaf olsa , o qədər də sizin layiqli hesab etdiyiniz məvacib qazanma ehtimalınız yüksələr. Ədalətli əmək haqqı üçün ilk addımı elə indicə atın və onlayn tədqiqatda iştirak edin.
Siz öz talehinizi özünüz idarə etməyə başlayanda o sizə qarşı daha iltifatlı olacaq. Siz bu anketi doldurmaqla nəinki həyatınızı dəyişə biləcək məlumatlar əldə edəcəksiniz, həmdə bəxtinizi sınayacaqsınız – belə ki, anketi dolduran bir bəxtəvər, minimal əmək haqqı qazanmaq şansı əldə edəcək.


Layinənin tarixindən
Qazancim.az beynəlxalq WageIndicator fondunun tədqiqat şəbəkəsinin bir hissəsidir. Layihə Niderlandda başlanıb, Niderland həmkarlar ittifaqlarının (NHİ) və Amsterdam Universitetinin qadınlara kömək məqsədilə öz məvaciblərini oxşar peşələrdə çalışan kişilərin məvacibi ilə müqayisə etmək mexanizmi kimi nəzərdə tutulub. Həmin vaxtdan sonra o müstəqil layihə kimi inkişaf etmiş,  tibb bacısı, bankir, dəzgah opratoru və s. – qısaca bütün peşə sahibləri tərəfindən istifadə olunmağa başlanmışdır. Layihə dünyanın 45 ölkəsində fəaliyyət göstərir. 2008-ci ildən isə layihə Belarus, Ukrayna, Qazaxıstan Azərbaycanda  fəaliyyət göstərməyə başlayıb.