Sosial sığorta

Yaşa gör pensiya

Yaşa görə pensiya – itirilmiş gəlirin kompensasiyası üçün vətəndaşlara verilən aylıq pul ödənişidir. Bu pensiyanı almaq üçün icbari sosial sığorta üzrə dövlət sisteminə ödənişlərin edilməsi lazımdır. 63 yaşına çatmış kişilər və 60 yaşına çatmış qadınlar yaşa görə pensiyanı almaq hüququna malik olurlar. Pensiyaya çıxma anında işçinin 12 aylıq sığorta stajı olmalıdır. Uzun müddət ərzində zərərli və ya təhlükəli işlərdə işləyən insanlar, beş uşağı olan analar üçün vaxtından əvvəl pensiyalar nəzərdə tutulur.

Yaş üzrə əmək pensiyası mürəkkəb düstur əsasında hesablanır və üç elementdən ibarət olur: baza, sığorta, yığılan (fərdi pensiya hesabı). HƏr bir komponentin özünəməxsus hesablama qaydaları mövcuddur.  Baza hissəsi icbari dövlət sosial sığortası və dövlət büdcəsi hesabına maliyyələşir. 2016-cı ildə onun miqdarı 10% artırılmaqla 110 manat olmuşdur.  Pensiyanın sığorta və yığılan hissələri icbari dövlət sosial sığortasının vəsaitləri hesabına ödənilir. Sığorta hissəsi sığorta ödənişləri əsasında iş ili ərzində əmək haqqının 25% həcmində hesablanır (22% işəgötürənlərə, 3 % işçilərə ödənilir). Bundan başqa, 2016-cı ildə istehlak qiymətlərinin indeksinə müvafiq olaraq əmək pensiyalarının sığorta hissələrinin indeksasiyası aparılmışdır.

Mənbələr: 2014-2020 illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı konsepsiyası; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 54-IIIГ nömrəli 07.02.2006 tarixli qərarı; “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının 18.02.1997 tarixli 250-IQ nömrəli qərarının  4 və 6 maddələri; “Əmək pensiyalarının sığorta hissəsinin indeksasiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin  25.01.2016 tarixli 1721 nömrəli sərəncamı, “Əmək pensiyasının baza hissəsinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin  16.01.2016 tarixli 1704 nömrəli sərəncamı 

Ailə başçısını itirməyə görə pensiya

Ailə başçısının itirməyə görə pensiya – ailə başçısının ölümü ilə bağlı onun himayəsində olan əmək qabiliyyətini itirmiş ailə üzvlərinə dövlət sosial müdafiə fondunun vəsaitləri hesabına ödənilən aylıq pul ödənişidir. Bu pensiya o zaman ödənilir ki, vəfat etmiş ailə başçısı qanunvericiliklə tələb edilən əmək (sığorta) stajına malik olmuş və ya müddətindən asılı olmayaraq müəyyən fəaliyyət növünü (iş, xidmət və s.) həyata keçirmiş olsun. Bu o deməkdir ki, ailə başçısı əlillik üzrə pensiyanın müəyyən edilməsi üçün tələb edilən əmək (sığorta) stajına malik olmalıdır. Belə staj olmadıqda, pensiya stajın faktiki müddətinə müvafiq olaraq hesablanır.

Ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsinə əsas ailə başçısının ölümü (əmək zədəsi, peşə xəstəliyi və ya ümumi xəstəlik, bədbəxt hadisə nəticəsində) və ya itkin düşməsidir. Qanunvericiliyə görə “ailə başçısı” dedikdə ər başa düşülür, buna görə də ananın ölümü zamanı ailə başçısını itirməyə görə pensiya təyin edilmir.

Ailə başçısını itirməyə görə pensiyanı miqdarı 55 manatdır, lakin hökumət onun 10% artırılmasını planlaşdırır.

Əgər həyat yoldaşı ailə başçısını itirməyə görə pensiyanı almaq hüququna malik olan yeganə ailə üzvüdürsə, ona təsbit edilmiş dərəcəyə görə pensiyanın baza məbləğinin 100% ödənilir. Hər iki valideynini itirənlərə, ölmüş tək ananın hər bir uşağına, ölmüş işçinin tək uşağına təsbit edilmiş dərəcəyə görə valideynləri itirməyə görə müavinətin baza məbləğinin 100% ödənilir. Dəfnə görə müavinət müavinətin əsas dərəcələrinin üç misli həcmində ödənilir.

Mənbələr: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 54-IIIГ nömrəli 07.02.2006 tarixli qərarı; “Sosial müavinətlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 19.01.2016 tarixli 747 nömrəli fərmanı; “Sosial müavinətlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29.08.2013 tarixli 973 nömrəli fərmanı 

Əlilliyə görə pensiya

Əlilliyə görə pensiya hüququna I, II və III qrup əlil hesab edilən şəxslər malikdirlər. Vətəndaşın əlil hesab edilməsi və əlillik qrupunun müəyyən edilməsi tibbi-sosial ekspertiza üzrə dövlət müəssisələri tərəfindən həyata keçirilir. I qrup əlillik müddətsiz olaraq müəyyən edilir. Həmçinin, xüsusi hallarda, II və III qrup əlilliklər də müddətsiz olaraq müəyyən edilir, lakin adətən onlar 5 illik müddətə müəyyən edilir. Əgər II qrup əlillik fasiləsiz olaraq 10 il ərzində, III qrup isə fasiləsiz olaraq 15 il ərzində müəyyən edilirsə, bu kateqoriyaya aid olan şəxslər müddətsiz olaraq əlil statusunu almaq hüququna malik olurlar. Yaşa görə pensiya alan şəxslərə əlillik qrupundan asılı olmayaraq əlillik müddətsiz olaraq müəyyən edilir.

Əlilliyə görə pensiyanı almaq üçün vətəndaş ən azı beş il sığorta stajına, o cümlədən 15 yaşından başlayaraq hər tam iş ilinə görə dörd aylıq sığorta stajına malik olmalıdır. Pensiya əlillik qrupuna müvafiq olaraq ödənilir: I qrup – istənilən iş növünün icrasının mümkünsüzlüyü və daimi qulluğa ehtiyac; II qrup -  istənilən iş növünün icrasının mümkünsüzlüyü, lakin daimi qulluğa ehtiyac olmadıqda; III qrup – adi işlərin icrasının mümkünsüzlüyü.

I qrup əlillər üçün pensiyanın məbləği yaş üzrə pensiyanın baza hissəsinin 120% bərabərdir. Pensiyanın analoji məbləği məhdud imkanlara malik olan 18 yaşına çatmamış şəxslərə müəyyən edilir. I qrup gözdən əlillər yaşa görə pensiyanın baza hissəsinin 200% bərabər məbləğdə pensiya alır. II qrup əlillər üçün  yaşa görə pensiyanın baza hissəsinin 200%, III qrup əlillər üçün isə  yaşa görə pensiyanın baza hissəsinin 55% həcmində pensiya ödənilir. Əlilliyə görə aşağıdakı məbləğdə sosial müavinətlər nəzərdə tutulur:

  • I qrup əlillik: baza hissəsi – 65 manat; artırma – 6,5 manat;
  • II qrup əlillik: baza hissəsi – 55 manat; artırma – 5,5 manat;
  • III qrup əlillik: baza hissəsi – 45 manat; artırma – 4,5 manat.

Əlillərin sosial müdafiəsi üzrə digər tədbirlər “Uşaqların əlilliyinin və məhdud imkanlarının profilaktikası, əlillərin və məhdud imkanlı uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilir.

Mənbələr: “Uşaqların əlilliyinin və məhdud imkanlarının profilaktikası, əlillərin və məhdud imkanlı uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 25.08.1992 tarixli 284 nömrəli qanunu; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 07.02.2006 tarixli 54-IIIГ nömrəli qanununun 4.1-4.3 bəndləri; Azərbaycan Respublikası Prezidentinin 19.01.2016 tarixli 746 nömrəli fərmanı; Azərbaycan Respublikası Prezidentinin 29.08.2013 tarixli 973 nömrəli fərmanı “Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı 

Sosial təminatın normativ tənzimlənməsi:

  • Закон Азербайджанской Республики «О социальном страховании» от 18.02.1997 №250-IQ (в ред. от 06.05.2016) / Law of the Republic of Azerbaijan «About social insurance» 18.02.1997 №250-IQ (version 06.05.2016)
  • Указ Президента Азербайджанской Республики «О повышении размера социальных пособий» от 19.01.2016 №747 / Decree of the President of the Republic of Azerbaijan «About increase of social allowances» 19.01.2016 №747
  • Указ Президента Азербайджанской Республики «О повышении размера социальных пособий» от 29.08.2013 №973 / Decree of the President of the Republic of Azerbaijan «About increase of social allowances» 29.08.2013 №973
  • Закон Азербайджанской Республики «О трудовых пенсиях» от 07.02.2006 №54-IIIГ (в ред. от 03.04.2015) / Law of the Republic of Azerbaijan «About labor pensions» 07.02.2006 №54-IIIQ (version 03.04.2015)
  • Закон Азербайджанской Республики «О занятости» от 02.07.2001 №170-IIQ (в ред. от 28.11.2014) / Law of the Republic of Azerbaijan «About employment» 02.07.2001 №170-IIQ (version 28.11.2014)
  • Закон Азербайджанской Республики «О профилактике инвалидности и ограничения возможностей здоровья детей, реабилитации и социальной защите инвалидов и детей с ограниченными возможностями здоровья» от 25.08.1992 №284 (в ред. от 30.09.2011) / Law of the Republic of Azerbaijan «About prevention of disabilities and disabilities of children, rehabilitation and social protection of disabled persons and children with disabilities» 25.08.1992 №284 (version 30.09.2011)
  • Распоряжение Президента Азербайджанской Республики «О повышении базовой части трудовых пенсий» от 16.01.2016 №1704 (в ред. от 06.09.2016) / Order of the President of the Republic of Azerbaijan «About increase the basic part of labor pension» 16.01.2016 №1704 (version 06.09.2016)
  • Распоряжение Президента Азербайджанской Республики «Об индексации страховой части трудовых пенсий» от 25.01.2016 №1721 (в ред. от 06.09.2016) / Order of the President of the Republic of Azerbaijan «About the indexation of insurance part of labor pensions» 25.01.2016 №1721 (version 06.09.2016)
  • Концепция Реформы системы пенсионного обеспечения в Азербайджанской Республике в 2014-2020 годах, утв. Распоряжением Президента Азербайджанской Республики от 04.11.2014 №827 / Concept of the Reform of the pension system in the Republic of Azerbaijan in 2014-2020, established by the Order of the President of the Republic of Azerbaijan 04.11.2014 №827
  • Положение о критериях определения инвалидности и ограниченности возможностей здоровья, утв. Постановлением Кабинета Министров Азербайджанской Республики от 30.12.2015 №413 / Provisions on the criteria for determining disability and disabilities, established by the Resolution of the Cabinet of Ministers of the Republic of Azerbaijan 30.12.2015 №413
  • Указ Президента Азербайджанской Республики «О повышении Пенсии Президента Азербайджанской Республики для инвалидов войны» от 19.01.2016 №746 / Decree of the President of the Republic of Azerbaijan «About increase of pensions of the President of the Republic of Azerbaijan for war invalids» 19.01.2016 №746
  • Указ Президента Азербайджанской Республики «О повышении Пенсии Президента Азербайджанской Республики получающим социальное пособие по инвалидности I группы в случае, если инвалидность возникла по причинам, связанным с общим заболеванием, заболеванием в период военной службы, производственной травмой и профессиональной болезнью, пребыванием в зоне военных операций, ликвидацией аварии на Чернобыльской АЭС» / Decree of the President of the Republic of Azerbaijan «About increase of pension of the President of the Republic of Azerbaijan for the first group of disability, if it connects with the common illness, disease in the period of military service, industrial injury and occupational disease, stay in the zone of military operations, the liquidation of the accident at the Chernobyl nuclear power plant»
  • Решение Кабинета Министров Азербайджанской Республики от 03.02.2016 №31 / Resolution of the Cabinet of Ministers of the Republic of Azerbaijan 03.02.2016 №31
  • Постановление Кабинета Министров Азербайджанской Республики «Об утверждении размера минимального пособия по безработице и пособия, выдаваемого гражданам в период профессиональной подготовки, переподготовки и повышения квалификации» от 23.06.2004 №86 / Resolution of the Cabinet of Ministers of the Republic of Azerbaijan «About approval of the rate of the minimum unemployment benefits and benefits issued by the citizens in the period of training, retraining and improving skills» 23.06.2004 №86