İşsizlik müavinətləri

This page was last updated on: 2023-10-25

İşsizlik müavinətləri

İşsizlik müavinəti işsiz hesab edilən vətəndaşlara ödənilir. Əgər şəxsin işi yoxdursa, iş axtarırsa və işə başlamağa hazırdırsa, o işsiz hesab edilir. İşsizlik müavinətini almaq üçün uyğun işin axtarılması üçün məşğulluq xidmətində qeydiyyatdan keçmək lazımdır. İşsizlik tarixinədək 12 ay ərzində ən azı 26 həftə müddətində işləyən şəxslə işsizlik müavinətini almaq hüququnu əldə edirlər.

Məşğulluğu olan şəxslər aşağıdakılardır:

  1. əmək və ya mülki-hüquqi müqavilə əsasında işləyənlər;
  2. sahibkarlar (o cümlədən fermerlər);
  3. ödənişli vəzifəyə seçilənlər;
  4. əsgərlikdə qulluq edənlər;
  5. əmək qabiliyyətini müvəqqəti itirilməsinə, məzuniyyətə, ixtisasartırmaya, tətilə, istehsalatın dayandırılmasına və ya digər səbəblərə görə iş yerində müvəqqəti olmayanlar;
  6. Azərbaycanda işləyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
  7. xaricdə işləyən Azərbaycan vətəndaşları;
  8. 15 yaşınadək olan uşaqlar;
  9. yaşa görə pensiya alanlar;
  10. qeydiyyat tarixindən 10 gün ərzində üzrlü səbəblər olmadan uyğun işin axtarılması məqsədilə məşğulluq orqanına gəlməyənlər;
  11. ilk dəfə iş axtaranlar;
  12. azadlıqdan məhrumetmə növündə caza çəkən şəxslər.

İşsizlik müavinəti son iş yerində son 12 ay ərzində hesablanmış orta əmək haqqının 70% miqdarında hesablanır. Digər hallarda, ümumi qaydaya görə, hökumət tərəfindən müəyyən edilən minimum məbləğdə ödənilir. 2016-cı ildən etibarən minimum məbləğ 75 manat təşkil edir. Müavinət işsiz kimi qeydiyyatdan keçmə tarixindən etibarən hesablanır. Müavinətin ödənilmə müddəti 12 aylıq müddəti ərzində 26 təqvim günündən çox olmamalıdır.  Əgər işsiz statusunun müəyyən edilməsindən etibarən 12 ay keçdikdən sonra vətəndaş müvafiq işlə təmin edilməzsə, o təkrar olaraq minimum məbləğdə müavinət almaq hüququnu əldə edir. İki uyğun iş təklifi gəldikdə və ya iki uyğun iş təklifindən sonra vətəndaş üzrlü səbəblər olmadan hər ay məşğulluq xidmətində qeydiyyatdan keçə bilmədikdə yaxud üzrlü səbəb olmadan məşğulluq xidmətinə gəlmədikdə işsizlik müavinətinin ödənilməsi üç ay müddətinə dayandırılır. 

Mənbələr: “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 02.07.2001 tarixli 170-IIQ nömrəli qanununun 1, 3, 4, 24 və 25 maddələri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.02.2016 tarixli 31 nömrəli qərarı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.06.2004 tarixli 86 nömrəli qərarı 

Loading...