Ailə öhdəlikləri

Atalıq məzuniyyəti

Azərbaycan Respublikasının qanunvericiliyində atalıqla bağlı xüsusi məzuniyyət növü nəzərdə tutulmamışdır. Lakin, Əmək Məcəlləsi uşağın dünyaya gəlməsi ilə bağlı atalara vəzi təminatları müəyyən edir. İşəgötürən təqvim ilində bir dəfə həyat yoldaşı hamiləlik və ya doğuşla bağlı məzuniyyətdə olan işçinin ərizəsi əsasında ona 14 təqvim günü müddətinə və ya ailə, məişət və digər sosial məsələlərin həlli üçün 7 təqvim günü müddətinə ödənişsiz məzuniyyət verə.

Mənbələr: Əmək Məcəlləsinin 128 və 130 maddələri

Uşağa qulluğa görə məzuniyyət

Valideynlər və ya 3 yaşınadək olan uşağa birbaşa qulluq edən digər ailə üzvləri müavinətin ödənilməsi ilə uşağa qulluğa görə qismən ödənilən sosial məzuniyyət hüququna malikdirlər. Uşaq tərbiyəsi ilə məşğul olan işçi məzuniyyəti tam götürə və ya onu hissələrə bölə bilər. Bu cür məzuniyyətdə olan işçi uşağın üç yaşı olana qədər öz iş yerini saxlamış olur.

Qanunvericilik işləyən analar (ana işləmədikdə və ya ümumiyyətlə olmadıqda işləyən atalar) üçün uçaq doğularkən birdəfəlik müavinətin ödənilməsini nəzərdə tutur. Müavinət iş yerində və ya işçinin yaşadığı ünvan üzrə əhalinin sosial müdafiəsi mərkəzində ödənilir. Bu müavinətin alınması üçün ərizənin təqdim edilməsi müddəti müəyyən edilməmişdir. İki və daha artıq uşağın dünyaya gəlməsi zamanı müavinət hər uşağa görə ödənilir. Uşağın doğulması zamanı müavinətin məbləği 90 manatdır, 2016-cı ildə hökumət həmin müavinətin məbləğini 10% artırmağı planlaşdırır

Uşağa qulluğa görə məzuniyyət müddətində iki dənə aylıq uşaq müavinəti nəzərdə tutulmuşdur. Birinci müavinət uşaq yaş yarımlıq (18 ay) olana qədər ödənilir. Bu müavinətin məbləği 2016-cı ildən etibarən 40 manatdır. İkinci müavinət isə uşaq 3 yaşa çatanadək müəyyən edilir. 2016-cı ildən etibarən müavinətin məbləği 25 manatdır. Çernobıl qəzası nəticəsində şüa xəstəliyindən əziyyət çəkənlər insanlara və əlillərə uşağa qulluğa görə ikiqat məzuniyyət təyin edilir. Əgər uşağa qulluğa görə məzuniyyət müddəti ərzində valideynlərdən biri natamam iş günü və ya evdə işləyirsə, onun müavinət almaq hüququna malik olur. Əgər uşaq körpələr evinə və ya uşaq bağçasına gedirsə və uşağa qulluğa görə məzuniyyət verilməmişdirsə, 3 yaşına qədər olan uşaqlar üçün müavinət ödənilmir.  

Əmək müqaviləsi, kollektiv müqavilə və işəgötürənin aktları ilə uşağa qulluq müddəti ərzində digər ödənişlər nəzərdə tutula bilər. 

Əmək Məcəlləsinə müvafiq olaraq 14 yaşına çatmamış iki uşağı olan qadınlar, tək atalar, övladlığa götürənlər iki gün artıq müddətə məzuniyyət götürmək imkanına malikdirlər. 14 yaşına çatmamış üç və daha artıq məhdud imkanlara malik olan uşağı olan eyni qrup şəxslər beş gün artıq müddətə məzuniyyət götürmək imkanına malikdirlər.

Bundan əlavə, uşağın tərbiyəsi ilə bağlı xüsusi ödənişsiz məzuniyyətlər nəzərdə tutulmuşdur:

  1. tibbi rəy əsasında xroniki xəstəliklərdən əziyyət çəkən uşağın valideynlərindən birinə (bilavasitə uşağa qulluq edən digər ailə üzvünə) – uşaq 4 yaşına çatanadək;
  2. 16 yaşına çatmamış uşaqları olan qadınlara (tək valideynlərə, qəyyumlara, himayəçilərə) – 14 təqvim gününə qədər;
  3. insanın immunodefisiti virusu ilə yaşayan uşaqların, həmçinin məhdud imkanlı 18 yaşına çatmamış uşaqların valideynlərinə – 14 təqvim gününə qədər.

Mənbələr: Əmək Məcələsinin 111, 117, 130, 141 maddələri. Трудового кодекса; “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının 07.02.2006 tarixli  55-IIIQ nömrəli qanununun 4 maddəsi. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının 18.02.1997 tarixli  250-IQ nömrəli qanununun 6 maddəsi. “Sığorta üzrə icbari dövlət sosial təzminatlarının və fəaliyyət qabiliyyətini müvəqqəti itirmiş şəxslərə sığortaçının hesabına ödənilən müavinətlərin hesablanması və ödənilməsi haqqında Əsasnamənin” 73-89 bəndləri, Azərbaycan Respublikası Prezidentinin 19.01.2016 tarixli 747 nömrəli fərmanı, Azərbaycan Respublikası Prezidentinin 29.08.2013 tarixli 973 nömrəli fərmanı

Ailə öhdəlikləri olan şəxslərin əməyinin uyğun şərtləri / “ailə-iş” balansı

3 yaşınadək uşaqları olan qadınların gecə işlərinə, iş vaxtından artıq müddətə işlərə, istirahət və bayram günlərində işə cəlb edilməsi, onların ezamiyyətə göndərilməsi yolverilməzdir. 3 yaşından 14 yaşınadək övladları, həmçinin məhdud imkanlı uşaqları olan qadınların gecə işlərinə, iş vaxtından artıq müddətə işlərə, istirahət və bayram günlərində işə cəlb edilməsi, onların ezamiyyətə göndərilməsi yalnız işçilərin öz razılığı ilə mümkündür. 3 yaşınadək uşaqları olan qadınların ağır və təhlükəli iş şəraitli işlərə cəlb edilməsi, həmçinin yeraltı tunellərdə, şaxtalarda işlərə və digər yeraltı işlərə cəlb edilməsi qadağandır. 

Yaşyarıma (18 ay) qədər uşaqları olan qadınlar əvvəlki işlərini icra edə bilmədikdə, əvvəlki iş üzrə orta əmək haqqının saxlanılması ilə başqa işə keçirilirlər.

Yaşyarıma (18 ay) qədər uşaqları olan işləyən qadınlara ən azı hər üç saatdan bir uşaqların əmizdirilməsi üçün minimum 30 dəqiqəlik (iki və daha artıq uşaq üçün 60 dəqiqə) fasilə verilir. Əmizdirmə üçün təqdim edilən fasilələr ödənilir və iş günü hesab edilir. Qadının istəyi ilə əmizdirmə üçün nəzərdə tutulan fasilələr istirahət və ya nahar fasilələrinə birləşdirilir və ya cəm halda iş vaxtının əvvəlinə və ya axırına keçirilir.

14 yaşınadək uşaqları və ya məhdud imkanlı uşaqları olan qadınların istəyi ilə işəgötürən onlar üçün natamam iş qrafikini müəyyən etməli və işlədikləri müddət üzrə əmək haqqı ödəməlidir. Belə olan halda, qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı əsasında müəyyən edilir.

3 yaşınadək uşaqları olan qadınlar dispanser və ambulatoriya tibbi müayinələrindən keçmə, həkim məsləhətləri müddətinə orta əmək haqqını almaq hüququnu özlərində saxlayırlar.

Əmək Məcəlləsinə əsasən, analıqla bağlı olan bütün təminatlar uşaqları anasız tərbiyə edən atalara, həmçinin qəyyum və himayəçilərə şamil edilir.

Mənbələr: Əmək Məcəlləsinin 241-246 maddələri

Ailə öhdəlikləri olan şəxslərin əməyinin normativ tənzimlənməsi:

  • Трудовой кодекс Азербайджанской Республики 1999 г. (в ред. от 17.05.2016) / Labour Code of the Republic of Azerbaijan 1999 (version 17.05.2016)
  • Закон Азербайджанской Республики «О социальных пособиях» от 07.02.2006 №55-IIIQ (в ред. от 29.10.2013) / Law of the Republic of Azerbaijan «About social allowances» 07.02.2006 №55-IIIQ (version 29.10.2013)
  • Закон Азербайджанской Республики «О социальном страховании» от 18.02.1997 №250-IQ (в ред. от 06.05.2016) / Law of the Republic of Azerbaijan «About social insurance» 18.02.1997 №250-IQ (version 06.05.2016)
  • Положение об исчислении и выплате обязательных государственных социальных возмещений по страхованию и пособий, выплачиваемых временно нетрудоспособным работникам за счет средств страхователя», утв. Постановлением Кабинета Министров Азербайджанской Республики от 15.09.1998 №189 (в ред. от 01.07.2016) / Regulation on the calculation and payment of mandatory state social insurance indemnities and allowances paid to employees temporarily disabled at the expense of the insured, established by Resolution of the Cabinet of Ministers of the Republic of Azerbaijan 15.09.1998 №189 (version 01.07.2016)
  • Указ Президента Азербайджанской Республики «О повышении размера социальных пособий» от 19.01.2016 №747 / Decree of the President of the Republic of Azerbaijan «About increase of social allowances» 19.01.2016 №747
  • Указ Президента Азербайджанской Республики «О повышении размера социальных пособий» от 29.08.2013 №973 / Decree of the President of the Republic of Azerbaijan «About increase of social allowances» 29.08.2013 №973