Mühafizə

Sağlamlığa zərər verən işlərə qadağa

Hamilə və uşaq əmizdirən anaların sağlamlığa zərər vura biləcək işlərə cəlb edilməsi qanunla qadağan edilir. Məhz buna görə hamilə qadınların ezamiyyətə göndərilməsi, istirahət və bayram günlərində, iş müddətindən artıq işlərə, gecə işlərinə cəlb edilməsi qadağandır.  Hamilə qadınların ağır və təhlükəli iş şəraitli işlərə cəlb edilməsi, həmçinin yeraltı tunellərdə, şaxtalarda işlərə və digər yeraltı işlərə cəlb edilməsi qadağandır. 

Hamilə qadınlar üçün qısaldılmış iş vaxtının müddəti həftədə 36 saatdan çox olmamalıdır. Hamilə qadınlar daha yüngül və mənfi istehsalat amillərinin təsirini istisna edən işlərə keçirilirlər. HAmilə qadının istəyi ilə işəgötürən onlar üçün natamam iş qrafikini müəyyən etməli və işlədikləri müddət üzrə əmək haqqı ödəməlidir. Belə olan halda, qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı əsasında müəyyən edilir.

Hamilə qadınlar dispanser və ambulatoriya tibbi müayinələrindən keçmə, həkim məsləhətləri müddətinə orta əmək haqqını almaq hüququnu özlərində saxlayırlar.

Mənbələr: Əmək Məcəlləsinin 91, 241-243, 245 maddələri 

Məşğulluq təminatı

Bir qayda olaraq, işçiləri məzuniyyət müddəti ərzində, o cümlədən hamiləliyə və doğuşa görə məzuniyyət müddəti ərzində işdən azad etmək olmaz. Əmək Məcəlləsi hamiləlik dövrü ərzində qadınların işdən azad edilməsini qadağan edir. İşçinin üzrlü səbəblərdən işdə olmaması zamanı (o cümlədən hamiləliyə və doğuşa görə) müddətli əmək müqaviləsinin müddəti bitdikdə, müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi tarixdə, lakin işə qayıtdıqdan sonra bir təqvim həftəsindən gec olmayaraq xitam verilə bilər.

Mənbələr: Əmək Məcəlləsinin 73, 79 və 111 maddələri 

Vəzifənin saxlanılması hüququ

İşçi, hamiləliyə və doğuşa görə məzuniyyətin müddəti bitdikdən sonra əvvəlki işinə qayıtmaq hüququna malikdir. 18 aylıq uşaqları olan analar, əvvəlki işlərini yerinə yetirə bilmədikdə, ərizələri əsasında icra etdiklərin iş üzrə əmək haqqının ödənilməsi ilə başqa işə keçirilirlər, bu zaman ödənilən əmək haqqı uşaq yaşyarımlıq olana qədər əvvəlki işdə ödənilən orta əmək haqqından az olmamalıdır.

Mənbələr: Əmək Məcəlləsinin 79 və 243 maddələri