Ədalətli davranış

Əməyin bərabər ödənilməsi

Konstitusiyaya müvafiq olaraq, hər bir kəsin heç bir ayrı-seçkilik olmadan əməyin ödənilməsi hüququ var. Əmək Məcəlləsi “bərabər əməyə görə bərabər ödəniş” prinsipinin pozulması da daxil olmaqla hər-hansı ayrı-seçkiliyi qadağan edir. Ayrı-seçkiliklərə yol verməklə prinsipin pozulması səbəbi ilə əmək haqqının hər-hansı formada azaldılması yolverilməzdir.

“Gender (qadın və kişi) bərabərliyinin təmin edilməsi haqqında” qanun işəgötürənlərdən hər-hansı ayrı-seçkilik olmadan qadın və kişilər üçün bərabər əmək şəraitlərinin təmin edilməsini tələb edir. Eyni iş yerlərində işləyən, eyni ixtisas dərəcəsinə malik olan, bərabər əmək şəraitlərində işləyən və eyni dəyərə malik olan işləri icra edən işçilər üçün, cinsindən asılı olmayaraq bərabər məbləğdə əmək haqqı, mükafatlar və digər həvəsləndirici ödənişlər ödənilməlidir. İşçinin tələbi ilə işəgötürən əmək haqlarının məbləğləri arasındakı fərqin və işçinin cinsi arasında əlaqənin olmamasını əsaslandırmalıdır.

Mənbə: Konstitusiyanın 35 maddəsi, Əmək Məcəlləsinin 16 və 154 maddələri, “Gender (qadın və kişi) bərabərliyinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının 10.10.2006 tarixli 150-IIIГ nömrəli qanununun 7 və 9 maddələri

Ayrı-seçkiliyə qadağa

Konstitusiyada və Əmək Məcəlləsində ayrı-seçkiliyə qadağa və bərabər davranış prinsipi təsbit olunub. Əmək münasibətlərində vətəndaşlıq, cinsi, irqi, dini, milli, dil, yaşayış yeri, əmlak mövqeyi, mənşə, yaş, ailə vəziyyəti, əqidə, siyasi baxışlar, həmkarlar ittifaqı və digər ictimai təşkilatlarda üzvlük, məşğulluq, İİV/QİDS, seyrək skleroz və s. xəstəliklərin əlamətlərinə görə ayrı-seçkilik qadağandır.  Həmkarlar ittifaqının üzvləri üçün bu qayda xüsusi qanunla tənzimlənir. Konkret iş növünün xarakteristikaları, ayrıca insan qruplarına qayğı (18 yaşına çatmamış işçilər, əlillər, qadınlar) və ya dövlət təhlükəsizliyi tədbirləri ilə bağlı istisnalar ayrı-seçkiliyə aid edilmir.  

İşəgötürən işçilərin işə qəbulu, vəzifə üzrə irəliləmə, ixtisasartırma, iş keyfiyyətinin qiymətləndirilməsi, işdən azad edilmə, intizam tədbirlərinin tətbiqi, əmək şəraitlərinin müəyyən edilməsi, əmək haqqının müəyyən edilməsi və s. zamanı ayrı-seçkiliyə yol verməməlidir.  “Gender (qadın və kişi) bərabərliyinin təmin edilməsi haqqında” qanun bunun barəsində xüsusi normaları əks etdirir. İşçinin tələbi ilə işəgötürən verilən imtiyazlarla işçinin cinsi arasındakı əlaqənin olmamasını əsaslandırmalıdır. İşə qəbulla bağlı müraciətinə mənfi cavab almış şəxs işə götürəndən işə qəbul edilən əks cinsin nümayəndəsinin təhsil, peşə hazırlığı, peşə keyfiyyətləri və s. görə onu üstələməsi barədə yazılı izahat tələb etmək hüququna malikdir. Qanunvericiliklə müəyyən edilən tələblər istisna olmaqla, işəgötürənlər elanlarda cinsə qarşı tələbləri göstərə bilməzlər. İşəgötürənlər işçilərə qarşı onların cinsindən asılı olaraq müxtəlif tələblər irəli sürə bilməzlər, həmçinin işçilərin şəxsi həyatları və dünyaya uşaqların gəlməsi bərədə planları haqda məlumatların təqdim edilməsini tələb etməməlidirlər.

Ayrı-seçkiliyə məruz qalmış işçi, pozulmuş hüquqların bərpası və zərərin kompensasiyası ilə bağlı şikayətlə məhkəməyə müraciət edə bilər.

İİV/QİÇS və seyrək skleroz xəstəliklərinin mövcudluğu ilə bağlı ayrı-seçkilik vəzifəli şəxslərə 1500 manatdan 2000 manatadək inzibati cərimənin tətbiq edilməsi ilə cəzalandırılır. Cinayət Məcəlləsinə müvafiq olaraq, ayrı-seçkilik 100 manatdan 500 manatadək cərimə, yaxud bir ilədək islah işləri ilə cəzalandırılır. Eyni əməllər vəzifəli şəxslər tərəfindən vəzifəsindən sui-istifadə etməklə törədildikdə, 500 manatdan 1000 manatadək cərimə, yaxud iki ilədək islah işləri, yaxud üç ilədək müəyyən vəzifələri tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.    

Mənbələr: Konstitusiyanın 25 maddəsi, Əmək Məcəlləsinin 12 və 16 maddəsi, “Gender (qadın və kişi) bərabərliyinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının 10.10.2006 tarixli 150-IIIГ nömrəli qanununun 7-10, 17 maddələri, İnzibati xətalar Məcəlləsinin 192.10 və 192.11 maddələri, Cinayət Məcəlləsinin 154 maddəsi, “Həmkarlar ittifaqı haqqında” Azərbaycan Respublikasının 24.02.1994 tarixli 792 nömrəli qanununun 7 maddəsi 

Peşənin əldə edilməsinə bərabər imkanlar

Konstitusiyaya müvafiq olaraq, kişi və qadınlar bərabər hüquqlara və azadlıqlara, həmçinin bu hüquqların reallaşdırılması üçün bərabər imkanlara malikdirlər. Bərabər imkanlar – qadın və kişilər üçün insan haqlarının həyata keçirilməsində bərabər şərait və təminatlardır. Konstitusiyaya əsasən, hər bir kəs, peşə bacarıqlarına müvafiq olaraq, iş növünün, peşənin, vəzifənin və fəaliyyət sahələrinin seçimində azaddır.

Lakin, qadınların sağlamlıqlarının müdafiəsi məqsədilə, bəzi istisnalar nəzərdə tutulmuşdur. Əmək Məcəlləsi və “Gender (qadın və kişi) bərabərliyinin təmin edilməsi haqqında” qanunla qadınlar üçün nəzərdə tutulan üstünlüklər və əlavə təminatlar ayrı-seçkilik kimi dəyərləndirilmir.

Qadınların ağır və təhlükəli iş şəraitli işlərə cəlb edilməsi, həmçinin siyahısı Nazirlər Kabinetinin Qərarı ilə müəyyən edilmiş yeraltı tunellərdə, şaxtalarda işlərə və digər yeraltı işlərə cəlb edilməsi qadağandır. Ayrıca hallarda fiziki əməklə məşğul olmayan, rəhbər vəzifələrdə işləyən və ya sosial, sanitar-tibbi xidmətləri göstərən, həmçinin qaldırma və endirmə üzrə fiziki işlə məşğul olmayan qadınların yeraltı işlərə cəlb edilməsi mümkündür. Qadınlar üçün icazə verilən normadan artıq olan ağır yüklərin əl vasitəsilə qaldırılması və daşınması ilə bağlı işlərə qadınların cəlb edilməsi qadağandır.    

Mənbələr: Konstitusiyanın 25 maddəsi, Əmək Məcəlləsinin 16 və 241 maddəsi, “Gender (qadın və kişi) bərabərliyinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının 10.10.2006 tarixli 150-IIIГ nömrəli qanununun 2-3 maddələri, “Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin  20.10.1999 tarixli 170 nömrəli qərarı 

İşdə ədalətli davranışın təmin edilməsinin normativ tənzimlənməsi:

  • Конституция Азербайджанской Республики 1995 г. / Constitution of the Republic of Azerbaijan 1995
  • Трудовой кодекс Азербайджанской Республики 1999 г. (в ред. от 17.05.2016) / Labour Code of the Republic of Azerbaijan 1999 (version 17.05.2016)
  • Кодекс Азербайджанской Республики об административных проступках 2015 г. (в ред. от 24.06.2016) / Code on Administrative Offences of the Republic of Azerbaijan 2015 (version 24.06.2016)
  • Уголовный кодекс Азербайджанской Республики 1999 г. (в ред. от 31.05.2016) / Criminal Code of the Republic of Azerbaijan 1999 (version 31.05.2016)
  • Закон Азербайджанской Республики «Об обеспечении гендерного (мужского и женского) равенства» от 10.10.2006 №150-IIIГ (в ред. от 21.12.2010) / Law of the Republic of Azerbaijan «About gender (male and female) equality» 10.10.2006 №150-IIIГ (version 21.12.2010)
  • Постановление Кабинета Министров Азербайджанской Республики «Об утверждении Списка производств, профессий (должностей), а также подземных работ с тяжелыми и вредными условиями труда, на которых запрещается применение труда женщин» от 20.10.1999 №170 / Resolution of the Cabinet of Ministers of the Republic of Azerbaijan «About approval list of industries, occupations (positions), as well as underground works with difficult and dangerous working conditions, which prohibited the employment of women» 20.10.1999 №170