Məcburi əmək

Məcburi əməyin qadağan edilməsi

Hər bir kəs peşə seçimində azaddır. İstənilən qaydada və istənilən üsulla, həmçinin əmək münasibətlərinə xitam verilməsi hədəsi ilə işçi, onun əmək funksiyasına daxil olmayan işlərin (xidmətlərin) yerinə yetirilməsinə məcbur edilə bilməz. Hərbi xidmət, məhkəmə qərarı əsasında iş, fövqəladə və ya hərbi vəziyyətlər zamanı işlər məcburi əmək kateqoriyasına aid edilmir.

Məcburi əmək (əmək müqaviləsinə xitam verilməsi və ya kollektiv müqavilə ilə müəyyən edilmiş imtiyaz və üstünlüklərdən məhrumetmə hədəsi ilə) 1000 manatdan 2000 manatadək inzibati cərimə ilə cəzalandırılır. Cinayət Məcəlləsinə müvafiq olaraq, məcburi əmək (hədə-qorxu gəlməklə, zorakılığın və ya zorakılığın tətbiq edilməsi, həmçinin şəxsin azadlığının məhdudlaşdırılması hədəsi ilə) dörd ildən səkkiz ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Eyni əməllər iki və ya daha çox şəxs (yetkinlik yaşına çatmamış şəxslər) aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində, öz qulluq mövqeyindən istifadə etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə - yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Əgər məcburi əmək zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda – doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsinə və “İnsan alveri ilə mübarizə haqqında” qanuna əsasən məcburi əmək “istismar” anlayışına daxildir ki, bu anlayış insan alveri kimi bəzi cinayətlərin tövsifedici halı kimi istifadə edilir.

Mənbələr: Konstitusiyanın 35 maddəsi, Əmək Məcəlləsinin 17 maddəsi, İnzibati Xətalar Məcəlləsinin 193 maddəsi, Cinayət Məcəlləsinin 144-1-144-2 maddələri, “İnsan alveri ilə mübarizə haqqında” Azərbaycan Respublikasının 28.06.2005 tarixli 958-IIQ nömrəli qanununun 1 maddəsi 

İşin dəyişdirilməsi və işdən azad olma hüququ

Konstitusiyaya əsasən hər bir kəs əmək fəaliyyəti ilə məşğul olmaqda azaddır. Hər bir kəs əmək bacarıqlarından azad şəkildə istifadə etmək, fəaliyyət sahəsini və peşəsini seçmək hüququna malikdir. 

İşçi, ən azı bir ay qabaqcadan işəgötürəni məlumatlandırmaqla əmək müqaviləsinə xitam verə bilər. Lakin, yaşa, əlilliyə görə pensiyaya çıxarkən, təhsil müəssisəsinə qəbul olunarkən, yeni yaşayış yerinə köçərkən, digər işəgötürənlə əmək müqaviləsini bağlayarkən, seksual qısnama və qanunvericiliklə nəzərdə tutulan digər hallarda, işçi ərizəsində göstərilən tarixdə əmək müqaviləsinə xitam verə bilər.   Mənbələr: Konstitusiyanın 35 maddəsi, Əmək Məcəlləsinin 69 maddəsi

Əmək şəraitinə olan tələblərin pozulması

Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan, həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq ola bilməz. Hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz. Beləliklə, altıgünlük həftə ərzində, iş müddətindən artıq iş vaxtı nəzərə alınmaqla, iş vaxtının maksimum müddəti 52 saatdır (40 saat + 12 saat müddətdən artıq)

Mənbələr: Əmək Məcəlləsinin 89 və 100 maddələri

Icbari əməyin qadağan olunmasının normativ tənzimlənməsi:

  • Конституция Азербайджанской Республики 1995 г. / Constitution of the Republic of Azerbaijan 1995
  • Трудовой кодекс Азербайджанской Республики 1999 г. (в ред. от 17.05.2016) / Labour Code of the Republic of Azerbaijan 1999 (version 17.05.2016)
  • Кодекс Азербайджанской Республики об административных проступках 2015 г. (в ред. от 24.06.2016) / Code on Administrative Offences of the Republic of Azerbaijan 2015 (version 24.06.2016)
  • Уголовный кодекс Азербайджанской Республики 1999 г. (в ред. от 31.05.2016) / Criminal Code of the Republic of Azerbaijan 1999 (version 31.05.2016)
  • Law of the Republic of Azerbaijan «About combating human trafficking» 28.06.2005 №958-IIQ (version 17.10.2014) / Закон Азербайджанской Республики «О борьбе с торговлей людьми» от 28.06.2005 №958-IIQ (в ред. от 17.10.2014)