Seksual qısnama

Seksual qısnama

Konstitusiyaya müvafiq olaraq hər bir kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Şəxsin ləyaqəti dövlət tərəfindən qorunur. İnsanın şəxsiyyəti heç bir əsasla alçaldıla bilməz. Kişi və qadınlar bərabər hüquqlara malikdirlər. Əmək Məcəlləsində ayrı-seçkiliyə, o cümlədən cinsi ayrı-seçkiliyə qadağa nəzərdə tutulmuşdur.

“Gender (qadın və kişi) bərabərliyinin təmin edilməsi haqqında” qanuna müvafiq olaraq seksual qısnama - fərqli cinsi və ya seksual mənsubiyyətə münasibətdə doğan və fiziki hərəkətlərlə (toxunuş, şapalaq), qeyri-ədəbi sözlərlə, jestlərlə, təhdidlərlə, bədnam təkliflərlə ifadə edilən, şəxsiyyəti alçaldan və ya təhqir edən, əmək və ya xidməti münasibətlər zamanı təzahür edən əxlaqsız davranışdır.

İşəgötürən cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin və seksual qısnamanın qarşısının alınmasına istiqamətlənmiş zəruri tədbirləri görməlidir. Seksual xarakterli sıxıntılara məruz qaran işçi ərizəsində göstərilən tarixdə əmək müqaviləsinə xitam verə bilər. Kollektiv müqavilələrdə iş yerində və ya işlə bağlı seksual xarakterli təşviqlər üzrə izahedici işlərin aparılması istiqamətində yarımın göstərilməsi haqda müddəalar, həmçinin bu cür təşviqlərin qarşısının alınması, bu cür davranışdan işçilərin qorunmasına istiqamətlənmiş bütün zəruri tədbirlərin tətbiqi əks oluna bilər.

Seksual xarakterli sıxışdırmalara görə işəgötürəndən və ya rəhbərdən şikayət edən işçilərə qaşı təzyiqin göstərilməsi və ya işçinin təhdid edilməsi vəzifəli şəxslərə 1500 manatdan 2000 manatadək cərimənin tətbiq edilməsi ilə cəzalandırılır. İşəgötürən seksual qısnamadan zərər çəkmiş işçilərə dəymiş zərəri ödəməlidir.

Cinayət məcəlləsinin “seksual xarakterlərə məcbur etmə” maddəsi iş yerində seksual qısnama hallarında tətbiq edilə bilər. Cinayət məcəlləsinə müvafiq olaraq, şantaj, əmlakının məhv edilməsi, zədələnməsi və ya əlindən alınması, zərərçəkmişin maddi və ya digər asılılığından istifadə yolları ilə onun cinsi əlaqəyə və ya digər seksual xarakterli hərəkətlərə məcbur edilməsi 500 manatdan 1000 manatadək cərimə, yaxud 2 ilədək islah işləri, yaxud 3 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Mənbələr: Konstitusiyanın  25, 28, 32, 46 maddələri, Əmək Məcəlləsinin 12, 16, 31, 69 maddələri, “Əmək Məcəlləsinin 16 və 154 maddələri, “Gender (qadın və kişi) bərabərliyinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının 10.10.2006 tarixli 150-IIIГ nömrəli qanununun 2, 4, 7, 11, 12, 17 maddələri, İnzibati Xətalar Məcəlləsinin 205 maddəsi, Cinayət Məcəlləsinin 151 maddəsi