Kompensasiya

This page was last updated on: 2023-10-25

İş vaxtından artıq işin kompensasiyası

Gündəlik normal iş vaxtının müddəti gündə səkkiz saatdan və həftədə 40 saatdan. artıq ola bilməz. Buna baxmayaraq, ayrıca işçi kateqoriyaları üçün istisnalar müəyyən edir. Ağır işlərdə işləyən və ya zərərli və ya təhlükəli əmək şəraitinə malik olan işlərdə işləyən işçilər üçün həftədə 36 saat iş vaxtı müəyyən edilmişdir (belə işlərin siyahısı Nazirlər Kabinetinin Qərarı ilə təsbit edilmişdir). Həkimlər, müəllimlər, elektrotexniki qurğularda, həddindən artıq yüksək emosional gərginlik, həyəcan, zehni, fiziki və əsəb gərginliyi şəraitində işləyən işçilər (bu peşələrin siyahısı Nazirlər Kabinetinin Qərarı ilə təsbit edilmişdir) üçün analoji vaxt norması müəyyən edilmişdir. 

16 yaşına çatmamış yeniyetmələrə həftədə maksimum 24 həftə işləməyə icazə verilir. 16-18 yaşında olan işçilər, əlillər (I və II qruplar), hamilə qadınlar, yaş yarıma qədər uşaqları olan qadınlar və 3 yaşınadək uşaqları olan tək valideynlər həftədə 36 işləyə bilərlər.

İş vaxtından artıq iş — işəgötürənin əmri və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz.

İş vaxtından artıq işlərə yalnız aşağıdakı müstəsna hallarda yol verilir:

  • təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq, tez xarab olan malların itkisinə yol verməmək üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə;
  • dövlətin müdafiəsi zamanı;
  •  
  • su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün;
  • başlanmış və istehsalın texniki şəraitinə görə iş gününün sonunadək tamamlana bilməyən işlərin dayandırılması avadanlıqların, əmtəələrin qarşısıalınmaz korlanması, sıradan çıxması təhlükəsi zamanı işlərin tamamlanması zərurəti olduqda;
  • işçilərin əksəriyyətinin işinin dayandırılmasına səbəb olan sıradan çıxmış mexanizmlərin, qurğuların təmiri, bərpası ilə əlaqədar işlərin görülməsi zərurəti olduqda;
  • əvəz edən işçinin işdə olmaması ilə əlaqədar işə fasilə verilməsinə yol vermək mümkün olmadıqda.

Ağır və zərərli sahələrdə işləyən işçilərin, hamilə qadınların və 3 yaşına çatmamış uşağı olan qadınların, yetkinlik yaşına çatmayanların iş vaxtından artıq işlərə, cəlb edilməsinə icazə verilmir. 3 yaşından 14 yaşınadək uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınların iş vaxtından artıq işlərə cəlb edilməsinə yalnız onların razılığı ilə yol verilir.

İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir:

  1. əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla (adi vaxtamuzd maaşının 200%);
  2. əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.

Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir.

Mənbələr: Əmək Məcəlləsinin 99-101, 165, 242 və 254-cü maddələri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin  06.11.2004 tarixli 175 nömrəli Qərarı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin  12.08.2003 tarixli 106 nömrəli Qərarı

Gecə saatlarında işin kompensasiyası

Saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır. Saat 20-dən səhər saat 7-dək olan müddət 18 yaşdan gənc olan şəxslər üçün gecə vaxtı sayılır. əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərdə çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşdükdə, iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır

Gecə vaxtı görülən işlərə hamilə və üç yaşınadək uşağı olan qadınların, yaşı on səkkizdən az olan işçilərin cəlb edilməsinə yol verilmir. Əlil işçilər gecə vaxtı görülən işlərə yalnız onların yazılı razılığı ilə və müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla cəlb edilə bilərlər.

Nazirlər Kabinetinin qərarı ilə gecə vaxtı işə görə əlavə ödənişlərin minimal miqdarları müəyyən edilir. Ümumi qaydaya əsasən, əlavə ödəniş 20% təşkil edir, yəni işçi gecə işi zamanın hər saatına görə adi vaxtamuzd maaşın 120% alır. Çoxnövbəli iş zamanı axşam və gecə növbələrində müvafiq olaraq əlavə ödəniş 20 və 40% təşkil edir. Dəqiq məbləğlər əmək və ya kollektiv müqavilələrlə müəyyən edilir.

Mənbələr: Əmək məcəlləsinin 97, 98, 166, 242 və 254 maddələri; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.04.2001 tarixli 74 nömrəli Qərarı; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.06.2001 tarixli 9-1 nömrəli Qərarı 

İstirahət və qeyri-iş bayram günlərində işin kompensasiyası

Ümumi qaydaya görə istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir. İstirahət və bayram günlərində aşağıdakı hallarda işçilərin işə сəlb edilməsi mümkündür:

  1. fasiləsiz istehsalatda;
  2. ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələrində;
  3. fövqəladə hallarda və ya onların nəticələrinin aradan qaldırılması zamanı fəlakətin, istehsalat qəzasının qarşısının alınması;
  4. dövlətin müdafiəsinin təmin edilməsi;
  5. su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün.

Ağır və zərərli sahələrdə işləyən işçilərin, hamilə qadınların və 3 yaşına çatmamış uşağı olan qadınların, yetkinlik yaşına çatmayanların istirahət və bayram günlərində işə cəlb edilməsinə icazə verilmir. 3 yaşından 14 yaşınadək uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınların iş vaxtından artıq işlərə cəlb edilməsinə yalnız onların razılığı ilə yol verilir.

İstirahət, bayram, səsvermə, ümumxalq hüzn günlərində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir:

  1. əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla (adi vaxtamuzd maaşının 200%);
  2. əməyin işəmuzd ödənilmə sistemində işəmuzd tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla (adi vaxtamuzd maaşının 200%);
  3. təsbit edilmiş aylıq maaş sistemində maaşdan əlavə günlük vəzifə maaşının məbləğindən aşağı olmamaqla (adi vaxtamuzd maaşının 200%);

İşçinin istəyinə əsasən əmək haqqı əvəzinə ona başqa istirahət günü verilə bilər.

Mənbələr: Əmək Məcəlləsinin 101, 105, 107, 109, 164, 242 və 254 maddələri 

İstirahət və qeyri-iş bayram günlərində işin pul kompensasiyası

İstirahət, bayram, səsvermə, ümumxalq hüzn günlərində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir:

  1. əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla (adi vaxtamuzd maaşının 200%);
  2. əməyin işəmuzd ödənilmə sistemində işəmuzd tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla (adi vaxtamuzd maaşının 200%);
  3. təsbit edilmiş aylıq maaş sistemində maaşdan əlavə günlük vəzifə maaşının məbləğindən aşağı olmamaqla (adi vaxtamuzd maaşının 200%);

Mənbələr: Əmək Məcəlləsinin 109 və 164 maddələri 

Kompensasiyaların normativ tənzimlənməsi:

  • Закон Азербайджанской Республики «О занятости» от 29.06.2018 №1196-VQ (в ред. от 17.02.2023) / Law of the Republic of Azerbaijan «About employment» 29.06.2018 №1196-VQ (version 17.02.2023)
  • Закон Азербайджанской Республики «О профессиональных союзах» от 24.02.1994 №792 (в ред. от 17.02.2023) / Law of the Republic of Azerbaijan «About trade unions» 24.02.1994 №792 (version 17.02.2023)
  • Закон Азербайджанской Республики «О социальном страховании» от 18.02.1997 №250-IQ (в ред. от 07.03.2023) / Law of the Republic of Azerbaijan «About social insurance» 18.02.1997 №250-IQ (version 07.03.2023)
  • Закон Азербайджанской Республики «О социальных пособиях» от 07.02.2006 №55-IIIQ (в ред. от 30.05.2023) / Law of the Republic of Azerbaijan «About social allowances» 07.02.2006 №55-IIIQ (version 30.05.2023)
  • Закон Азербайджанской Республики «О страховании от безработицы» от 30 июня 2017 года №765-VQ (в ред. 07.03.2023) / Law of the Republic of Azerbaijan «About insurance against unemployment» 30.06.2017 №765-VQ (version 07.03.2023)
Loading...