Dünyanin ən zəngin qadınları kişi həmkarlarından kasıbdır

Dünyanin ən zəngin qadınları nə qədər qazanırlar? 4 milyard ABŞ dolları məbləğindəki varidat qadın üçün çoxmudur vəya azmıdır?

Coan RoulingForbs dərgisinin qiymətləndirməsinə görə, dünya qadınlarının yalnız 14 faizi bir milyard ABŞ dollarını keçən kapitala malikdir. “Milyarderlər klubunda” qadınların miqdarı 2 faizdən azını təşkil edir.

“Forbsun” dərəcələndirməsi, böyük iş dünyasında qadınların iştirakı o qədər də şad etmədiyinə şəhadət edir. “Milyarderlər klubuna”, 2010 İyul vəziyyətinə əsasən, 1 011 adam daxildir, bu ədədin 2 faizdən azını təşkil edir. Əvvəlki kimi, qadınlar üçün pul qazanmaq, kişilərə nisbətən çətindir.

Misal üçün, dünyanin ən zəngin qadını Ru Yahunun hesabı təxminən 4 milyard ABŞ dollarınından ibarətdir, bahalın ki, dünyanin ən zəngin kişisi olan Meksika maqnatı Karlos Slim 53,5 milyard ABŞ dolları vardır.

Kişilər əsasən ağır sənaye sahəsində, birja oyunlarında və yer altı qaynaqların çıxardılmasında özlərinə yer tapdığı halda, qadınlar daha sənətkar peşələrə üstünlük verərək, geyim və kosmetika yaratmaqdadırlar. Məhz qadınların sayəsində Zara, Benetton, Gap kimi ticari markalar meydana çıxmışdır. Amerikalı qadın Meg Vitman еBay hərracını (auksion) icad etmişdir. Britaniyalı qadın Coan Rouling isə var-dövlətini Harri Potter haqqındakı nağıllarla toplamışdır.

Bəs Siz nə qədər qazanırsınız? İş və maaş haqqındakı anketi doldun ki, Siz irəlidə öz qazancınızı həmkarlarınızın qazancı ilə müqayisə edə biləsiniz.

Qazancim.az

İş və maaş haqqında sorğu anketini doldurun!
Loading...