17 ölkədə 8000 respondentin əksəriyyəti minimum əmək haqqının artırılmasını istəyir

Minimum əmək haqqı əksər ölkələrdə geniş müzakirə mövzudur. Minimal əməyin dəyəri artmalı, azalmalı ya dəyişməməlidir?

Minimum əmək haqqı əksər ölkələrdə geniş müzakirə mövzudur.  Minimal əməyin dəyəri artmalı, azalmalı ya dəyişməməlidir?

WageIndicator Fondu dünyanın 17 ölkəsində bu məsələyə münasibəti öyrənmək üçün fevral ayında onlayn sorğu keçirib. Sorğuda iştirak edən 8000 adamın əksəriyyəti minimum əmək haqqının artırılmasının tərəfdarıdır. Bunu daha çox Cənubi Amerika ölkələrində – 90%, ən az isə ABŞ-da istəyirlər – 71%. Minimal əmək haqqının artmamağını istəyənlər arasında Azərbaycan, Hindistan, Paraqvay və Böyük Britaniya da var.  Azərbaycanlılar dünyada minimal əmək haqqının dəyişməməyini istəyənlər arasında liderdir. Bu varianta səs verənlərin 20% bəli deyib. 

Maraqlıdır ki, inkişaf edən və inkişaf etməkdə olan ölkələrdə minimal əmək haqqı ilə əlaqədar problemlər fərqlidir. İnkişaf etmiş ölkələrdə, sahibkarlar daha yüksək minimal maaşın rəqabət qabiliyyətinə ziyan vuracağından ehtiyatlanırlar. Bu bir çox sahəyə aiddir: Cənubi Afrikada toxuculuq sənayesindən ABŞ-da kənd təsərrüfatına, Avropada özəl müalicə müəssisələrinə qədər.

İnkişaf etməkdə olan ölkələrdə isə minimum əmək haqqı daha çox nominal xarakter daşıyır. Bu cür ölkələrdə bu göstərici yaşayış minimumundan az olur və bu pulla çətin ki, yaşamaq mümkün olsun. Məsələn, Paraqvayda respondentlərin bəzisi etiraf edirlər ki, əgər minimum əmək haqqı ödənilirsə o, mükafat şəklində olur. 

Cədvəl 1. WageIndicator fondunun 2010-cu ilin fevralında keçirdiriyi onlayn sorğusu.  “Minimum əmək haqqı necə olsun?”

Sarımtıl – artsın, mavi – azalsın, tünd yaşıl – dondurulsun.

statistika


05.03.2010
Qazancim.az

                     Klik

Loading...