2010 – cu il avqustun 31 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev minimum əməkhaqqının artması barədə sərəncam imzalayıb. Sərəncama əsasən 2010 – cu il sentyabrın 1–dən etibarən Azərbaycanda minimum əməkhaqqının miqdarı 85 manat təşkil edəcək.
Sonuncu dəfə Azərbaycanda minimum əməkhaqqı 2008 – ci il sentyabr ayında artıb. 2010 – cu il sentyabrın 1-nədək 75 manat təşkil edirdi.
Minimum əməkhaqqının artması – Avrasiya İqtisadi Cəmiyyətinə daxil olan ölkələrin Həmkarlar İttifaqlarının tələbinə bir cavabdır. Avqust ayında həmkarlar ittifaqları fəalları çıxış edərək bildiriblər ki, sözügedən Cəmiyyətə daxil olan dövlətlər minimum əməkhaqqının miqdarının yaşayış minimumundan artıq olmasını təmin etməlidirlər.
2010 – cu il yanvarın 1 – dən Azərbaycanda yaşayış minimumu 87 manat təşkil edir.
Qazancım.az
02.09.2010
Mövzu üzrə materiallar:
- Azərbaycanda minimum əməkhaqqı nədir və nəyə bərabərdir?
- Minimal istehlak səbətinə nə daxildir?
- Xaricdəki azərilər hansı qazanca ümid edə bilərlər?
- Dünyanin ən zəngin qadınları kişi həmkarlarından kasıbdır
- Dünya çempionatı FİFA 2010-da uduzanlar olmayacaq
- Azərbaycanda baş nazir, nazirlər, komitə sədrləri, onların müavinləri və icra başçıları nə qədər maaş alır?