Azərbaycanda minimum əməkhaqqı nədir və nəyə bərabərdir?

Minimum əməkhaqqı nədir? 2006-2013-cu illər ərzində Azərbaycanda minimum əməkhaqqının necə dəyişdiyini öyrənin.

Minimum əməkhaqqı – işçinin əməyinə görə ona ödənilən maaşın ən aşağı pilləsidir.

Son 5 il ərzində orta aylıq minimum  əmməkhaqqı  58,5 manat  artıb. Qazancım.az saytı 2006-2013-cu illər ərzində Azərbaycanda minimum əməkhaqqının dəyişmə dinamikasını müşahidə edib.

Azərbaycanda minimum əməkhaqqı – qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.

Cədvəl. 2006-2013-cu illər ərzində Azərbaycanda minimum əməkhaqqının dəyişmə dinamikası.

TarixMinimum əməkhaqqının miqdarı
(manatla)
2013 93,5
2012 93,5
2011-сu ilin dekabr 93,5
2010-cu ilin sentyabrından                      85
2008-ci ilin avqustundan 75
2008-ci ilin yanvarından 60
2007-ci ilin fevralından 50
2006-cı ilin oktyabrından 30

Azərbaycanda minimum əməkhaqqı ölkə prezidenti tərəfindən təyin olunur.

Azərbaycanda işləyən həmkarlarınızın orta maaşının sizin əməkhaqqınızdan nə qədər fərqləndiyni bilmək istəyirsinizmi?  İş və əməkhaqqı barədə anketi doldurun və ekrana kalkulyator gəldiyi halda müqaisə edin.

Qazancım.az

Mövzu üzrə materiallar: