Azərbaycanda orta əmək haqqı

Azərbaycanda orta əmək haqqı necə hesablanır və nə xavt dəyişdirilmir. 2008-2014-ci illərdə orta əmək haqqının dəyişiklik dinamikası.

Azərbaycanda orta əmək haqqı necə hesablanır və nə xavt dəyişdirilmir. 2008-2014-ci illərdə orta əmək haqqının dəyişiklik dinamikası.

Orta əmək haqqı  - işəgötürənin işçiyə peşəsinə görə ödədiyi müxtəlif daxilolmalarla birlikdə hesablanan əmək haqqına deyilir.

Orta əmək haqqının Azərbaycanda (ölkə üzrə) 2008-2014-ci illər üzrə dəyişiklik dinamikası, manatla

2008200920102011201220132014
Yanvar 230 291 302,6 325,1 368,4 398,1 426,3
Fevral
232 292,9 305,2 332,3 368,6 397,1 426,4
Mart
231,3 292,1 310,7 339,6 394,2 404,7 434,3
Aprel 253 304,4 335,4 348,6 379,9 406,8 436,7
May 261,8 301,2 332,8 349,6 396,4 408,8 438,1
İyun 254,2 305,1 332,8 351,6 397,0 410,8 439,8
İyul 263,1 297,8 334,7 352,7 394,6 412,7 440,8
Avqust 267,8 298,3 336,3 353,7 396,6 413,8
Sentyabr 266,8 289,9 341,4 354,5 396,9 415
Oktyabr 287,8 289 341,7 355,1 403,3 416,7
Noyabr 296,3 290,9 350,4 355,7 398,8 419
Dekabr 289,6 293,7 354,6 363,1 428,8 423

Bəs sizin maaşınız ölkədəkindən azdır ya çoxdur? İş haqqında Sorğunu doldurun və eyni peşə sahiblərinin nə qədər qazandığını öyrənin

Azərbaycanda işçiyə düşən orta əmək haqqı necə müəyyənləşdirilir?

Əmək məcəlləsinin 177-ci bəndinə əsasən, orta əmək haqqı gündəlik əmək haqqının maaş düşdüyü iş günlərinin hasilinə bərabərdir. Gündəlik əmək haqqı 2 təqvim ayına düşən əmək hqqının həmin aylarda iş günlərinin sayının məxrəcinə bərabərdir.

Azərbaycanda 2 aydan az işləmiş işçiyə düşən orta əmək haqqı necə müəyyənləşdirilir?

2 aydan az işləyən əməkçilərin orta əmək haqqı aşağıdakı kimi hesablanır:

  • gündəlik əmək haqqı hesablanır – faktiki işləmiş dpvr üçün əmək haqqı həmin günlərin sayına bölünür;
  • orta aylıq əmək haqqı müəyyən olunur – gündəlik əmək haqqı işlənmiş və ödənilən əmək günlərinə vurulur.

Azərbaycanda əmək məzuniyyəti zamanı işçiyə düşən orta əmək haqqı necə hesablanır?

Əmək məcəlləsinin 140 bəndinə əsasən, məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. Buradan kimin Azərbaycanda əmək məzuniyyəti haqqı olduğunu öyrənin.

Azərbaycanda Azərbaycanda 12 təqvim ayından az işləmiş işçinin əmək məzuniyyəti zamanı ona düşən orta əmək haqqı necə hesablanır?

12 aydan az işləmiş işçinin orta əmək haqqı faktiki işlənmiş tam təqvim günləri əsasında hesablanır.

Azərbaycanda işçiyə düşən orta əmək haqqı hesbalandıqda hansı əlavələr nəzərdə tutulur?

Əmək məcəlləsinin 157-ci maddəsinə əsasən, orta əmək haqqının hesablandığı vaxt aşağıdakı əlavələr nəzərdə tutulur:

  • aylıq tarif göstəricisi (peşə üzrə)
  • vaxta muzd ödəniş
  • işəmuzd ödəniş
  • indivual və kollektiv nəticlərə görə pdəniş
  • premiyalar
  • ilin nəticələrinə görə ödənişlər
  • mükafatlar.

Azərbaycanda orta əmək haqqı hansı şərtlərlə dəyişdirilmir?

Əmək Məcəlləsinin 179-cu bəndinə əsasən, işçi aşağıdakı şərtlərdə iş yerini qoruyur:

  • şahid, zərərçəkmiş şəxs, ekspert, mütəxəssis, tərcüməçi, hal şahidi sifəti ilə təhqiqat, ibtidai istintaq və məhkəmə orqanlarına çağırıldıqda;
  • ictimai ittihamçı və müdafiəçi, ictimai təşkilatların və əmək kollektivlərinin, habelə qanuni və ya etibarnamə əsasında işçilərin nümayəndəsi qismində məhkəmə iclaslarında iştirak etmək üçün cəlb edildikdə;
  • andlılar, münsiflər və kollektiv mübahisələrin həlli üçün yaradılan əmək arbitrajının tərkibinə daxil edildikdə;
  • seçkilərin hazırlanması və keçirilməsi dövründə, habelə seçici siyahılarının hazırlanması dövründə dairə və məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvü olduqda;
  • müvafiq dövlət hakimiyyəti orqanlarının ictimai təşkilatların keçirdiyi forumlarda, müşavirələrdə, iclaslarda və digər tədbirlərdə iştirak etmək üçün işəgötürən tərəfindən və ya onun razılığı ilə cəlb olunduqda;
  • kollektiv danışıqların aparılmasına, kollektiv müqavilələrin, sazişlərin hazırlanması və bağlanmasında iştirak etməyə, kollektiv əmək mübahisələrinin həlli üçün barışdırıcı, vasitəçi, arbitr və digər nümayəndə qismində cəlb edildikdə;
  • fərdi əmək mübahisələrinin həlli zamanı məhkəmə araşdırmalarının aparılmasında iştirak etdikdə;
  • mülkiyyətçinin maraqlarının və qanuni mənafelərinin müdafiəsi üçün məhkəmələrdə iqtisadi mübahisələrin həllində iştirak etmək üçün cəlb edildikdə;
  • hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlarda və səlahiyyətləri daxilində hərbi komissarlıqların cəlb etdiyi digər hərbi tədbirlərdə iştirak etdikdə, habelə hərbi-nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunduqda;
  • hərbi və fövqəladə vəziyyətlə əlaqədar, habelə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün müvafiq işlərin görülməsinə cəlb olunduqda;
  • işəgötürən tərəfindən istehsalatdan ayrılmaqla ixtisasartırma kurslarına göndərildikdə;
  • yaşadığı inzibati ərazi vahidindən başqa bölgəyə, habelə xarici ölkələrə ezamiyyətə göndərildikdə;
  • müvafiq tədbirlərdə mülkiyyətçinin maraqlarını və qanuni mənafelərini müdafiə etmək və işəgötürəni təmsil etmək zəruriyyəti ilə bağlı iş yerindən kənara göndərildikdə;
  • kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda;
  • donor olan işçilər tibbi müayinədən keçdikləri, qan və qan komponentlərini verdikləri gün;
  • tibbi müayinədən keçirilən zaman işçilər tibb müəssisəsində olduqları vaxt ərzində;
  • işçilərin öz ixtiralarının və səmərələşdirmə təkliflərinin əsas iş yerindən kənarda tətbiqi işlərində iştirak etdikdə;
  • bilavasitə qanunvericilikdə nəzərdə tutulmuş, habelə işəgötürən tərəfindən müəyyən edilən digər hallarda;
  • dövlət və ya bələdiyyə orqanlarının işçiləri seçki qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda nəzarət-təftiş xidmətinə cəlb edildikdə;
  • Məhkəmə-Hüquq Şurasına və ya Hakimlərin Seçki Komitəsinə üzv təyin edildikdə;
  • dövlət orqanlarının, elmi müəssisələrin, idarə və təşkilatların əməkdaşları, mütəxəssisləri və ekspertləri Məhkəmə-Hüquq Şurasının fəaliyyətinə cəlb edildikdə;
  • hakim vəzifəsinə namizədlər üçün ilkin uzunmüddətli tədris kurslarına göndərildikdə.

Bundan əlavə dövlət və ictimai işlərə qanunvericilikdə nəzərdə tutulduğu şəkildə cəlb olunarsa, işçinin iş yeri, peşəsi və ödənilən orta əmək haqqı saxlanılır.

Müxtəlif peşələrin sahibləri nə qədər qazanır?

Maaş Kalkulyatorundan istifadə edin və Azərbaycanın müxtəlif sahələrində adamların nə qədər qazandığını öyrənin. İş haqqında Sorğunu doldurun ki, kalkulyatorda digər peşələr haqda məlumatlar yaransın.

Qazancim.az