Yanvar 2013 orta əmək haqqı – 398,1 manat

2013-cü ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 398,1 manat təşkil etmiş, keçən ilin yanvar ayına nisbətən 8,1 faiz artmışdır.

2013-cü ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 398,1 manat təşkil etmiş, keçən ilin yanvar ayına nisbətən 8,1 faiz artmışdır.

Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, tikintidə, peşə, elmi və texniki fəaliyyət sahəsində, nəqliyyat və anbar təsərrüfatında orta aylıq nominal əmək haqqı daha yüksək olmuşdur.

Bəs sizin maaşınız ölkədəkindən azdır ya çoxdur? İş haqqında Sorğunu doldurun və eyni peşə sahiblərinin nə qədər qazandığını öyrənin

2013-cü ilin fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1470,1 min nəfər olmuş və onlardan 891,0 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 579,1 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərmişdir.

Muzdla işləyənlərin 23,2 faizi təhsildə, 19,1 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,3 faizi sənayedə, 8,9 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,7 faizi tikintidə, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,6 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8 faizi informasiya və rabitə sahəsində və 16,6 faizi iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

Loading...