Müsahibədə özünü aparmaq da bir sənətdir.... Davamı

Müsahibə zamanı nitq səlis, səs tonu gümrah, dinamik olmalıdır. Əgər çay, qəhvə və ya su təklif olunursa, namizəd bir şey içmək istədiyi təqdirdə (xüsusilə həyəcandan boğazı quruduqda) bunu deyə bilər.

Müsahibə zamanı  nitq səlis, səs tonu gümrah, dinamik olmalıdır. Əgər çay, qəhvə və ya su təklif olunursa, namizəd bir şey içmək istədiyi təqdirdə (xüsusilə həyəcandan boğazı quruduqda) bunu deyə bilər.

Əgər namizədə verilmiş suallar yalnız “bəli” və ya”xeyir” cavabı tələb edirsə, onlara belə də  cavab verməlidir. Bunlara” Qapalı suallar” deyilir və müsahibə zamanı onlardan az istifadə edilir. Qapalı sual verildikdə əlavə izahatlara ehtiyac yoxdursa, onu qısa cavablandırmaq lazımdır.

Namizədin cavabları verilən suallarla uzlaşmalı, onları tamamlamalıdır. Bundan əlavə suallarla birbaşa  əlaqəsi olan cavablar verməli, mövzudan kənara çıxmamalıdır.

Xarici dil adətən şifahi, nadir hallarda isə test vasitəsilə yoxlanır. ”İngilis, fransız, alman dillərini necə bilirsiniz?” sualına “belə də” cavabını dostlar və yaxın adamlar arasında işlətmək olar. Amma müsahibədə konkret cavab vermək lazımdır: kafi, yaxşı, sərbəst və ya “danişığım yaxşıdır, başa düşməyimdə bəzən kiçik qüsurlar olur” və bu kimi aydın cavablar namizədin nitq qabiliyyətinin səviyyəsidir.

Suallara cavab vererkən, sual verən şəxsin üzünə baxıb danışmaq, onunla göz təması qurmaq vacib şərtdir. Bu məqamda gözlərini zilləməklə baxmaq arasındakı fərqi unutmaq lazım deyil. Müsahibə götürənin üzünə deyil, döşəməyə, tavana və ya pəncərəyə baxmaq namizədin özünə inamsızlığı, narahatlığı, özündən əmin olmaması və müsahibə götürənə qarşı diqqətsizliyi kimi qiymətləndirilir.

goz temasi

Suallar namizədin müxtəlif keyfiyyətlərini üzə çıxarmaq, vəzifəyə münasibliyini yoxlamaq, onu lazımi qədər tanımaq məqsədi ilə verilir. Verilmiş hər bir suala cavab verərkən “bilmirəm”, “onu deyə bilmərəm”,”fikir verməmişəm”, “bu barədə indiyə qədər düşünməmişəm” kimi sözlərdən istifadə etmək məsləhət görülmür. Belə cavabların təkrarı namizədin vəzifəyə qeyri- münasibliyinin göstəricisi kimi qiymətləndirilə bilər.

Siz müsahibə aparanı sona qədər dinləməli, sözünü kəsməməlisiniz. Müsahibə aparan qarşısındakının fikirlərinə münasibət bildirərsə, namizəd onunla mübahisə etməməli və özünü-müdafiə mövqeyi tutmalı deyil. Bunların yeganə məqsədi – sizin işə uyğun olub-olmadığınızı yoxlamaq üçündür. Bunu unutmayın!

 

08.02.2010
Qazancim.az

                     75 AZN qazanmaq istəyirsən?

Loading...