Gənc Müəllimlərin İnkişafı Proqramı

19 may 2010 - ABŞ hökuməti və Beynəlxalq Təhsil üzrə Amerika Şurası (ACCELS) Gənc Müəllimlərin İnkişafı Proqramı üçün açıq müsabiqə elan edir.

ABŞ hökuməti və Beynəlxalq Təhsil üzrə Amerika Şurası (ACCELS) 2011-ci ilin yaz semesterində başlayacaq Gənc Müəllimlərin İnkişafı Proqramı (JFDP) üçün açıq müsabiqə elan edir. Bu proqram müəllimlərin tədris prosesi və dərs metodologiyasına dair biliklərini təkmilləşdirməkdir. Proqram iştirakçıları ABŞ universitetlərinin müəllimləri ilə sıx əməkdaşlıq şəraitində ixtisaslaşdığı sahələr üzrə alternativ istiqamətləri araşdırır, doğma təhsil ocaqlarında tədris etdikləri fənlər üzrə yeni materiallar və mənbələr əldə edir, universitetlərarası əlaqələr yaratmaq və inkişaf etdirmək imkanları qazanırlar.  Social və humanitar sahədə çalışan müəllimlər müraciət edə bilərlər.

 

Proqramda iştirak etmək istəyən namizəd aşağıda qeyd olunan tələblərə cavab verməlidir:

·         Azərbaycan vətəndaşı olmalı və hal-hazırda Azərbaycanda yaşamalı və işləməlidir;

·         ərizə verilən zaman ali təhsil müəssisəsində tam ştat müəllim vəzifəsində çalışmalı və universitet müəllimi kimi ən azı 2 (iki) illik təcrübəyə malik olmalıdır;

·         Yazılı və şifahi ingilis dilini mükəmməl bilməlidir (ingilis dilində müsahibədə iştirak etməyi bacarmalıdır).

Seçildiyi təqdirdə proqram iştirakçısı 5 (beş) ay müddətində (yanvar-may aylarında) ABŞ universitetlərindən birində təcrübə keçəcək.

 

Ərizəni necə təqdim etməli:

Ərizələr Beynəlxalq Təhsil üzrə Amerika Şurasının yerli ofisinə təqdim edilməlidir (Çərşənbə axşamı, Cümə axşamı – 14.00-dən-18.00-dək). Ərizə formasını http://www.jfdp.org/f_apply.php veb səhifəsindən əldə edə bilərsiniz.

Ərizə sənədləri aşağıdakı sənədlərin 1 (bir) orijinal və 2 (iki) surətindən ibarətdir:

  •  Doldurulmuş ərizə forması;
  • Məqsədinizi və planlarınızı ifadə edən inşa (ingilis və Azərbaycan dillərində);
  • 2 (iki) ədəd tövsiyə məktubu (məktub ana dilində yazılmışsa ingilis dilində tərcüməsi də əlavə edilməli);
  • CV (tərcümeyi-hal): yalnız ingilis dilində;
  • ərizəyə əlavə edimiş şəkliniz (son zamanlarda çəkilmiş)
  • işlədiyiniz kafedradan illik dərs yükünüzü təsdiqləyən sənəd;
  • əmək kitabçasının surəti.

Ərizələrin son qəbul edilmə tarixi  9 iyul, 2010-cu il tarixidir.

 Əlavə məlumat üçün Beynəlxalq Təhsil üzrə Amerika Şurasının yerli ofisinə: ACTR/ACCELS müraciət edin.

Caspian Plaza III, 44 C.Cabbarlı küç., 6-cı mərtəbə. Bakı, Azərbaycan, AZ1065. 
Tel/Fax: +994.12.436.7529/30/31
Mob.: +994.50.225.8178.

www.americancouncils.az


19.05.2010
Qazancim.az

                  Klik

Loading...