Çağrı mərkəzləri gənc qızları işləməyə çagırır

Bu gün gənc xanımlar daha çox “Call- Centers” – “Çağrı Mərkəzləri”ndə çalışmağa üstünlük verir. 27 yaşlı Gülnar Bayramova da belələrindəndir. Gülnar Bayramova ixtisasca ingilis dili müəlliməsi olsa da, çağrı mərkəzində operator kimi çalışır.

Çağrı mərkəzləri gənc qızları işləməyə çagırır

Bu gün gənc xanımlar daha çox “Call- Centers” – “Çağrı Mərkəzləri”ndə çalışmağa üstünlük verir. 27 yaşlı Gülnar Bayramova da belələrindəndir. Gülnar Bayramova ixtisasca ingilis dili müəlliməsi olsa da, çağrı mərkəzində operator kimi çalışır.

- Çağrı mərkəzində operator kimi çalışmağı daha üstün bildim. Məncə qadın üçün rahat bir işdir.

Bəs, Gülnar Bayramova kimi Çağrı Mərkəz operatoru olmaq üçün telefon mərkəzləri nələri tələb edir?!

Tələblər:

Çağrı mərkəzlərində çalışmaq istəyənlər üçün verilən tələblər iş yerindən asılı olaraq dəyişir. Əgər bank çağrı mərkəzlərində çalışmaq istəyirsənsə, mütləq ali təhsilin olmalıdır. Yalnız Tibb, İncəsənət və Mədəniyyət universitetlərini, Bədən Tərbiyə və İdman Akademiyasını bitirən şəxslər banklarda çalışa bilməzlər.

Dövlət müəssisələrində isə tələblər bir qədər fəqlidir. Məsələn, iqtisadi məsələrlə bağlı sualları cavablandıran Dövlət Çağrı Mərkəzlərinində işləmək üçün dövlət qulluğuna keçirilən imtahandan və müsahibə mərhələsindən keçməlisən. Ancaq bütün müəssisələrdə tələb edilən ortaq tələblər bunlardır:

- Ali təhsil

- Dil bilikləri : ingilis, rus

- Kompüterdə işləmək bacarığı: (standart ofis proqramlarını- Word, Excel, Outlook)

- Yaş həddi: 22-30 yaş

- Aydın, səlis nitqə sahib olmalı

- İnsanlarla çalışmaq bacarığı olmalı

Çağrı mərkəzləri, bu keyfiyyətlərə sahib olan şəxsləri işə alandan sonar, 3 ay müddətində təlim kursları keçir. Bununla yanaşı, həmin şəxslərə insanlarla ünsiyyət zamanı müxtəlif psixoloji biliklər də öyrədilir.

call girl

İş rejimi 

Çağrı mərkəzlərində iş adətən 9 saatdır. Səhər saat 9:00- dan 18:00- na kimi. Bu müddətdə çalışanlara yalnız bir saat dinlənmə/yemək fasiləsi verilir. Çağrı mərkəzləri həftə sonları (şənbə, bazar), bayram günləri çalışmır. Lakin elə çağrı mərkəzləri də var ki, istirahət və bayram günləri belə müraciətləri cavablandırır. Bu tipli mərkəzlərdə telefon məlumat xidməti canlı və avtomatik rejimdə olur və fasiləsiz fəaliyyət göstərir. Canlı rejim həftənin iş günləri olan dövrü əhatə edir. Bu zaman sorğu və müraciətləri birbaşa olaraq müfəttiş operator cavablandırır.

Canlı rejimdə göstərilən telefon xidməti iş günü ərzində fasiləsiz, saat 09.00-dan 13:00-dək və 14:00-dan 18:00-dək  olmaqla iki növbəli xidmət əsasında həyata keçirilir. 13:00-dan 14:00-dək nahar fasiləsi olduğundan, telefon məlumat xidməti canlı iş rejimindən avtomatik iş rejiminə keçirilir. Bu zaman sualları avtomatik olaraq standart formada robot cavablandırır. Avtomatik iş rejimi iş vaxtından sonrakı saatlarda, nahar fasiləsi zamanı, həftənin qeyri-iş günləri və bayram günləri fəaliyyət göstərir.

Qazanc gözləntiləri

Hər bir çağrı  mərkəzlərində əmək haqqı müxtəlifdir. Əmək haqqının miqdarı işçinin təcrübəsi ilə müəyyənləşir. Minimum əmək haqqı 150 AZN-dir. Bəzi dövlət müəssisələrində çağrı mərkəz operator vəzifəsini müəssisənin işçiləri həyata keçirdiklərindən, onlara bu iş üçün əlavə əmək haqqı verilmir. 

call center

Monoton çağrı mərkəzləri işçilər üçün ziyandırmı

Psixoloq Azad İsazadə deyir ki, çağrı mərkəzlərində çalışmaq xanımlardan böyük səbr tələb edir. Onun sözlərinə görə, “gündəlik telefon zənglərinə cavab vermək monoton və ağır işdir. Bu, baş, beyin, eşitmə, sinir sisteminə fəsadlar verə bilər. Bunun üçün çağrı mərkəzlərində çalışanlar psixoloqlarla əlaqə saxlamalı, müəyyən psixoloji kurslar keçməlidir.”

Azad İsazadə bildirir ki, çağrı mərkəzlərində çalışmağın mənfi yönləri ilə yanaşı müsbət yönləri də var: “Telefon zənglərinə cavab vermək, insanlarla ünsiyyətdə olmaq xanımları bir müddət olsa da, stresslərdən, şəxsi probləmlərdən uzaqlaşdırır.”

Çağrı mərkəzinin operatoru Gülnar Bayramova isə deyir ki, hər bir işin asan və çətin yönləri var. Yetər ki, işini sevəsən. Bu zaman heç bir çətinlik insana problem yaratmır.

 

04.02.2010
Qazancim.az

                    75 AZN qazanmaq istəyirsən?

Loading...