Dress code – işə qəbul olunmaq üçün müvəffəqiyyət yolu

Qazancim.az dres kodun Azərbaycanda işə qəbul edilməsinə necə təsir etməsini öyrənib.

Qazancim.az dres kodun Azərbaycanda işə qəbul edilməsinə necə təsir etməsini öyrənib.

Heç kəsə sirr deyil ki, işə düzəlmə vaxtı və gələcək karyera qurma dövründəki uğurlar işçinin şəxsi keyfiyyətləri və peşə bacarıqları, həmçinin problemləri həll etmək və alternativ həll yolları təklif etməklə müəyyənləşir.

Ancaq ilk görüş zamanı potensial işəgötürən həmsöhbətin bütün bacarıqlarına düzgün qiymət verməkdə çətinlik çəkə bilər: uzunmüddətli əməkdaşlığın əsasını qoya biləcək əsas göstəricilər – salamlaşma və işə düzəlmək istəyən tərəfindən işgüzar geyim qaydalarına riayyət etməsidir.

Mədəni olun

Utancaq işçilərin qapını döymək adətləri bəzi şirkət müdirlərini məcbur edir ki, qapını səssizlik yaradan qoruyucu materialla örtsünlər. Rəhbərinizin dözümlülüyünü karandaşla dəmir tutacaqa vurmaqla  və ya pəncərə qırağına döyməklə yoxlamaq lazım deyil – onun əvəzinə düzgün riayət olunan dres kod yaxşı təsir edə bilər. Sadəcə daxil olun və kabinetdəki adamlarla salamlaşın. 

Şirkətə məxsus dress code

“İşgüzar dres kod" sadəlik deməkdir: paltar sadə, təmiz və səliqəli. Cəlbedici rənglərdən və aksesuarlardan çəkinin. İşgüzar paltarın baş göstəricisi – hər şeydə sadəlikdir.

Paltarda əsas tələblər arasında bunları göstərmək olar:

  • Təmiz. Müsahibə - işə qəbulda sonuncu mərhələdir. Ona ciddi yanaşın. Təzə yuyulmuş paltar və təmiz ayaqqabı – işgüzar dres-kodun müsahibə götürənlərə müsbət təsir edəcək.
  • Səliqəli. Müsabibədən əvvəl çalışın ütüylə işləyin və dəstin bir-biri ilə uyğunluğunu yoxlayın: əksər şirkətlərdə əla ütülənmiş paltar korporativ dres-kodun  göstəricisi olur.
  • Rahat. Müsahibəyə hazırlaşarkən zamanın yoxlamasından keçən paltara üstünlük verin. Siz əmin olmalısınız ki, bütün söhbət zamanı seçdiyiniz paltarda rahat olacaqsınız.

Saç düzümü

Dress code-da saça qyoulan yeganə tələb – baxımlıqdır. Müsahibədə papaq və şlyapa kimi dekorativ ifratlıqdan qaçmaq lazımdır.

Tatuaj və pirsinq

Müsahibəyə hazırlaşanda onu da nəzərə alın ki, heç də bütün işəgötürənlıər tatuaj, pirsinq və s. kimi incəsənətin tərəfdarı deyillər. Buna görə məsləhət görülür ki, işgüzarlıq naminə aksesuarları ləğv edib “rəngli” hissələri paltarla örtün.

Qoxu

Tər iyi müsahibə götürəni həvəsləndirməyəcək, amma eyni zamanda kosmetik maddələrin və ətriyyatın həddən artıq istifadəsi də eyni təsir bağışlayacaq. İşgüzar geyim həm də gündəlik orta makiyaj və xoşagələn ətir deməkdir.

Xırdalıqlar

Əlbəttə ki, dırnaqlar tutulmalı, dişlər fırçalanmalı, dəri baxımlı və s. olmalıdır. Ağzınızda saqqız otağa daxil olmayın, bu özlüyündə bütün dres kod qaydalarına riayət etsəniz və hətta əla CV-niz olduqda belə mənfi təsir edəcək.

Şirkətin dress code-na uyğunluğunuz müsahibə götürənin tərəddüd etdiyi vaxt köməyinizə gələcək. Eyni zamanda paltarın işləri həll edə biləcəyinə də tam ümid bağlamayın. Birinci növbədə siz özünü göstərməyə gəlmisiniz, paltarınızı deyil. Yalnız sizin şəxsi göstəriciləriniz, professional bacarıqlarınız və davranışınız gələcək uğurunuzu müəyyənləşdirəcək.

Karyeranıza sıfırdan başlamaq istəyirsiniz? İş haqqında sorğunu doldurun və hansı peşənin daha çox gəlir gətirdiyini öyrənin.

Qazancim.az

Loading...