İşdən azad edilmə
Əmək müqaviləsində işdən azad olunmanın aşağıdakı əsasları nəzərdə tutulub:
- əmək müqaviləsinin müddətinin qurtarması;
- işəgötürənin təşəbbüsü;
- işçinin təşəbbüsü
- tərəflərin iradəsindən asılı olmayan hallar;
- əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;
- müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar
- tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:
a) müəssisə ləğv edildikdə;
b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə;
c) peşəkarlıq səviyyəsinin kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;
d) işçi özünün əmək funksiyasını yerinə yetirmədikdə,
e) əmək vəzifələrini kobud şəkildə pozduqda;
f) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda;
g) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda (65).
Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir:
- özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;
- alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması;
- təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması;
- əməyin mühafizəsi qaydalarını pozması;
- sirrin yayılması;
- əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, mənafeyinə ciddi xələl gətirməsi;
- altı ay ərzində təkrarən əmək funksiyasını pozması;
- iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi.
Ştatların azaldılması (ixtisar) ilə əlaqədar gözlənilən işdən azadolma halında, işəgötürən aşağıdakı müddətlərdə işçiyə rəsmi xəbərdarlıq etməlidir (həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə əsasən əmək stajından asılı olaraq):
- xidmət müddəti – bir ilə qədər olduqda – azı 2 təqvim həftəsi əvvəl;
- xidmət müddəti – 1 ildən 5 ilə qədər olduqda – azı 4 təqvim həftəsi əvvəl;
- xidmət müddəti – 5 ildən 10 ilə qədər olduqda – azı 6 təqvim həftəsi əvvəl;
- xidmət müddəti – 10 ildən artıq olduqda – azı 9 təqvim həftəsi əvvəl.
- xidmət müddəti – 10 ildən artıq olduqda – azı 9 təqvim həftəsi əvvəl.
Sınaq müddəti başa çatana qədər tərəflərdən hər biri digər tərəfi üç gün öncə yazılı şəkildə xəbərdar etməklə müqaviləyə xitam verə bilər.
Tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
a) işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda;
b) əvvəllər müvafiq işdə çalışan işçinin işinə bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda.
c) əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə;
d) işçi müəyyən vəzifəni tutmaq hüququndan məhrum edildikdə, azadlıqdan məhrum edildikdə;
e) işçinin fəaliyyət qabiliyyətsizliyi təsdiq edildikdə və ya işçi vəfat etdikdə;
f) işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə.
Mənbələr: Əmək Məcəlləsinin 10-1, 68-70, 72, 74 və 77 maddələri
Müavinətlər
Təşkilatın ləğv olunması və ya ştatların ixtisarı hallarında aşağıdakı məbləğlərdə ixtisar müavinəti ödənilir (həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə əsasən əmək stajından asılı olaraq):
- xidmət müddəti – bir ilə qədər olduqda – bir aylıq orta əməkhaqqı;
- xidmət müddəti – 1 ildən 5 ilə qədər olduqda – orta aylıq əməkhaqqının azı 1.4 misli miqdarında;
- xidmət müddəti – 5 ildən 10 ilə qədər olduqda – rta aylıq əməkhaqqının azı 1.7 misli miqdarında;
- xidmət müddəti – 10 ildən artıq olduqda – rta aylıq əməkhaqqının azı iki misli miqdarında;
İş şəraitinin dəyişməsi, işçinin hərbi və ya alternativ xidmətə çağırılması, əmək qabiliyyətinin itirilməsi hallarında işçiyə ikiqat orta aylıq əməkhaqqı miqdarında müavinət ödənilir.
İşçi öldükdə, onun vərəsələrinə orta aylıq əmək haqqının ən azı üç misli miqdarında müavinət ödənilir. Təşkilat mülkiyyətçisinin dəyişməsi səbəbi ilə əmək müqaviləsinə xitam verildikdə, orta aylıq əmək haqqının ən azı üç misli miqdarında kompensasiya ödənilir.
İşəgötürən, işçinin razılığı ilə, xəbərdarlıq müddətinə əməl etmədən əmək müqaviləsini aşağıdakı kompensasiyanı ödəməklə ləğv edə bilər:
- orta aylıq əməkhaqqının 0.5 misli – azı 2 təqvim həftəsi öncədən xəbərdarlıq müddətinin əvəzinə;
- orta aylıq əməkhaqqının 0.9 misli – azı 4 təqvim həftəsi öncədən xəbərdarlıq müddətinin əvəzinə;
- orta aylıq əməkhaqqının 1.4 misli – azı 6 təqvim həftəsi öncədən xəbərdarlıq müddətinin əvəzinə;
- orta aylıq əməkhaqqının iki misli – azı 9 təqvim həftəsi öncədən xəbərdarlıq müddətinin əvəzinə;
- ən azı orta aylıq əməkhaqqının bir misli (bir dəfə) - rəsmi bir ay öncədən xəbərdarlıq müddətinin əvəzinə. Bu halda əmək müqaviləsi rəsmi xəbərdarlıq müddətində ləğv edilən və bu dövrü əvəz edən işçilərə ödənilən məbləğ, xəbərdarlıq müddətindən keçən vaxta mütənasib olaraq azaldılmalıdır.
Kollektiv müqavilə və ya əmək müqaviləsi ilə daha yüksək həcmdə kompensasiya və ixtisar müavinəti nəzərdə tutula bilər.
Mənbələr: Əmək Məcəlləsinin 77 maddəsi