Həmkarlar

This page was last updated on: 2025-06-03

Həmkarlar ittifaqına daxil olma və onları yaratma hüququ

Həmkarlar ittifaqlarını yaratmaq və onlara daxil olmaq hüququ Konstitusiyada təsbit edilmişdir. Həmkarlar ittifaqı əmək, sosial-iqtisadi hüquq və maraqların müdafiəsi məqsədilə işçiləri, təqaüdçüləri və tələbələri cəm edən müstəqil, ictimai, qeyri-siyasi təşkilatdır.

Hər bir kəs könüllü olaraq öz seçimi əsasında həmkarlar ittifaqını yaratmaq, onlara üzv olmaq, həmkarlıq fəaliyyəti ilə məşğul olmaq, həmçinin könüllü olaraq üzvlükdən imtina etmək hüququna malikdir. Həmkarlar ittifaqı təşkilatı minimum 7 insanın təşəbbüsü ilə yaradılır. Lakin hərbi qulluqçulara həmkarlar ittifaqına üzv olmaq və onları yaratmaq qadağandır.

Həmkarlar ittifaqlarına qanunla aşağıdakı hüquqlar verilmişdir:

  1. işçilərin hüquq və maraqlarını fərdi və kollektiv əmək münasibətlərində müdafiə və təmsil etmək;
  2. kollektiv danışıqlar aparmaq və kollektiv müqavilələr bağlamaq;
  3. əmək mübahisələrinin həllində iştirak etmək;
  4. işəgötürənlər tərəfindən hər-hansı maneələr olmadan sosial və əmək məsələləri ilə bağlı informasiyanı əldə etmək;
  5. təşkilatlarda əmək qanunvericiliyinə riayət olunmasına nəzarət etmək;
  6. kollektiv müqavilələrin icrasına nəzarət etmək.

Mənbələr: Konstitusiyanın 58 maddəsi, “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının 24.02.1994 tarixli 792 nömrəli qanununun 1, 3, 10-19 maddələri

Kollektiv danışıqlar azadlığı

İşçilərin və işəgötürənlərin nümayəndələri kollektiv müqavilənin tərtib edilməsi, bağlanması və ya dəyişikliklərin edilməsi ilə bağlı kollektiv danışıqlarda iştirak etmək hüququna malikdirlər və bu cür danışıqların aparılması təşəbbüsü ilə çıxış edə bilərlər. Kollektiv danışıqların aparılması təklifini almış tərəfin nümayəndələri, təklifi aldığı tarixdən etibarən 10 təqvim günü ərzində danışıqlara qoşulmalıdırlar. Hər iki tərəf kollektiv danışıqlar üzrə komissiyanın işində iştirak üçün öz nümayəndələrini göstərməlidir. Kollektiv danışıqların aparılması üzrə komissiya paritet əsaslarla formalaşdırılır.

Kollektiv danışıqlarda iştirak edən tərəflərin nümayəndələri sosial-əmək münasibətləri sahəsində kollektiv müqavilədə tənzimlənməli olan məsələlərin seçimində azaddırlar. Əmək Məcəlləsi bu cür məsələlərin açıq siyahısını təqdim edir, məsələn:

  • əməyin ödənilməsi;
  • müavinət və kompensasiyalar;
  • məşğulluq;
  • tədris;
  • işçilərin və onların ailə üzvlərinin sağlamlığı və istirahəti;
  • iş yerində bullinq və qısnama hallarının qarşısının alınması üzrə tədbirlər;
  • iş və istirahət vaxtı.

Kollektiv müqavilə bir ildən üç ilədək müddətə bağlanıla bilər. Kollektiv müqavilənin müddəti bitdikdən sonra, yeni müqavilə imzalananadək həmin müqavilədə maksimum üç il müddətinə öz qüvvəsini saxlayır.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, kollektiv müqavilə və sazişlərin hazırlanması, bağlanması və dəyişdirilməsi üzrə kollektiv danışıqlara başlamaq hüququ həmkarlar ittifaqları təşkilatlarına (assosiasiyalarına), əmək kollektivlərinə, işəgötürənlərə, müvafiq icra hakimiyyəti orqanlarına və işəgötürənlərin nümayəndə orqanlarına məxsusdur.

Kollektiv danışıqların tərəfləri kollektiv müqavilə və ya sazişin məzmununa dair məsələlərin seçilməsi və müzakirəsində müstəqildirlər.

Kollektiv danışıqlar hüququnun həyata keçirilməsi qaydasına uyğun olaraq irəli sürülmüş təşəbbüs əsasında kollektiv müqavilənin hazırlanması və bağlanması barədə qərar həmkarlar ittifaqı təşkilatı tərəfindən qəbul edilir.

Kollektiv müqavilənin məzmununu tərəflər müstəqil şəkildə müəyyən edilir. Bir qayda olaraq kollektiv müqavilədə aşağıdakı məsələlər üzrə tərəflərin qarşılıqlı öhdəlikləri əks olunur:

  • Müəssisənin istehsalat və iqtisadi fəaliyyətinin səmərəliliyinin artırılması;
  • Əməkhaqqı, pul mükafatları, əlavələr, güzəştlər və digər ödənişlərin verilmə qaydası və məbləğlərinin müəyyən edilməsi;
  • Qiymət artımı və inflyasiya fonunda əməkhaqlarının tənzimlənməsi mexanizmləri;
  • Məşğulluq, əlavə peşə hazırlığı və işçi sayının azaldılması şərtləri;
  • İş saatları və istirahət vaxtları, eləcə də məzuniyyət müddəti ilə bağlı şərtlər;
  • Əməkdaşlar və onların ailə üzvləri üçün mədəni-məişət xidmətləri, sosial təminatlar və güzəştlərin təqdim edilməsi;
  • Əmək normalarının və tarif dərəcələrinin müəyyən edilməsi və təkrar nəzərdən keçirilməsi prosedurları;
  • Qadınlar və 18 yaşınadək əməkdaşlar üçün iş şəraitinin yaxşılaşdırılması;
  • Əməyin mühafizəsi və təhlükəsizliyin təkmilləşdirilməsi üzrə əlavə zəmanətlərin müəyyən olunması;
  • Əmək funksiyalarının yerinə yetirilməsi zamanı əməkdaşlara dəymiş zərərin ödənilməsi;
  • Əmək mübahisələrinin məhkəmədənkənar həllinə dair orqanın yaradılması və onun fəaliyyət qaydalarının müəyyən edilməsi;
  • Əməkdaşların tibbi və sosial sığortası üzrə əlavə güzəştli şərtlərin müəyyən olunması;
  • İşəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin ləğvi hallarında həmkarlar ittifaqı təşkilatı ilə razılaşdırma mexanizmləri;
  • Ekoloji təhlükəsizlik və əməkdaşların sağlamlığının qorunması normalarına riayət olunması;
  • Həmkarlar ittifaqı üzvü olan əməkdaşların maaşlarından üzvlük haqqının əməkhaqqı cədvəli üzrə tutulması imkanının yaradılması;
  • Kollektiv əmək mübahisələrinin həlli üzrə əlavə mexanizmlərin razılaşdırılması;
  • Kollektiv müqavilənin şərtlərinə əməl olunmasına nəzarət mexanizmləri;
  • Əmək və istehsalat intizamının gücləndirilməsi tədbirləri;
  • İş yerində bullinq, açıq-aşkar düşmənçilik və təhqiredici davranış halları ilə bağlı məlumatlandırma və maarifləndirmə işinə dəstək;
  • İş yerində və ya işlə əlaqədar cinsi qısnama hallarına dair maarifləndirmə işinin aparılmasına dəstək;
  • İş vaxtı ərzində və işdən sonra əməkdaşların bədən tərbiyəsi və idmanla, o cümlədən reabilitasiya və əmək-praktiki məşqlərlə, həmçinin istirahət-idman turizmi ilə məşğul olması üçün şəraitin yaradılması.

Mənbələr: Əmək Məcəlləsinin 25, 26, 28, və 31 maddələri

Tətil hüququ

Konstitusiya, kollektiv əmək mübahisəsinin həll üsulu kimi işçilərin tətil etmək hüququnu təsbit edir. Əgər barışıq xarakterli tədbirlər kollektiv mübahisənin həlli ilə nəticələnmədikdə, işçilər (onların nümayəndələri) tətilin təşkilinə başlaya bilərlər. Tətilin keçirilməsi haqqında qərar işçilərin iclasında (konfransında) və ya həmkarlar ittifaqı tərəfindən qəbul edilir. Qərarın qəbul edilməsi üçün işçilərin çoxu tətilin keçirilməsinin lehinə səs.

İşəgötürən tətilin başlanmasına ən azı 10 gün qalmış gələcək tətil barədə yazılı şəkildə məlumatlandırılmalıdır. Kollektiv əmək mübahisəsinə barışıq komissiyası tərəfindən baxış zamanı işçilər bir saatlıq xəbərdarlıq tətilini keçirə bilərlər. Tətil zamanı tərəflər kollektiv əmək mübahisənin həlli yollarını təklif etməlidirlər. Həmçinin tətil zamanı minimum lazımi işlərin görülməsini təmin etmək lazımdır.

Aşağıdakı müəssisələrdə tətillərin keçirilməsi qadağandır:

  • islah müəssisələrində;
  • qanunvericilik və icra hakimiyyəti orqanlarında, məhkəmələrdə, daxili işlər orqanlarında;
  • əhali üçün həyati əhəmiyyətə malik olan xidmət sahələrində (xəstəxanalarda, elektrik və su təchizatı idarələrində, telefon rabitəsi xidmətlərində, hava və dəmiryolu idarələrində, yanğından mühafizə xidmətində);
  • fövqəladə hallar və hərbi əməliyyatlar zamanı.

İşəgötürən, tətil müddəti ərzində tətildə iştirak edən işçilərə tam və ya qismən əmək haqqını ödəyə bilər, lakin bu onun öhdəliyi kimi qiymətləndirilmir.

İşəgötürən aşağıdakı hallarda lokaut elan edə bilər (10 gün öncə işçiləri, həmkarlar ittifaqını və müvafiq icra hakimiyyəti orqanını yazılı şəkildə məlumatlandırmaqla):

  1. işçilərin kollektiv tələblərinin icrası təşkilatın istehsalat, iqtisadi, maliyyə və digər imkanlarına aşkar surətdə uyğun olmadıqda;
  2. qanunsuz elan edilmiş tətil davam etdikdə;
  3. rəqib müəssisə və ya üçüncü şəxslər tərəfindən işçilərin tətil keçirməyə təşviq edilməsini sübut edən faktlar mövcud olduqda.

Minimum lazımi işlərin təmin edilməsi istisna olmaqla, tətildə iştirak edən şəxslərin əvəzlənməsi qanunvericiliklə qadağan edilir.

Mənbələr: Konstitusiyanın 36 maddəsi, Əmək Məcəlləsinin 262, 270-286 maddələri

Həmkarlar ittifaqlarının fəaliyyətinin normativ tənzimlənməsi:

  • Конституция Азербайджанской Республики 1995 г. / Constitution of the Republic of Azerbaijan 1995
  • Трудовой кодекс Азербайджанской Республики 1999 г. (в ред. от 28.06.2024) / Labour Code of the Republic of Azerbaijan 1999 (version 28.06.2024)
  • Закон Азербайджанской Республики «О профессиональных союзах» от 24.02.1994 №792 (в ред. от 17.02.2023) / Law of the Republic of Azerbaijan “About trade unions» 24.02.1994 №792 (version 17.02.2023)
Loading...