Mühafizə

This page was last updated on: 2025-06-03

Sağlamlığa zərər verən işlərə qadağa

İşəgötürən hamilə qadınları yalnız onların yazılı razılığı ilə istirahət və qeyri-iş günlərində, eləcə də iş vaxtından artıq işlərə, gecə vaxtı yerinə yetirilən işlərə və ezamiyyətlərə cəlb edə bilər. Hamilə qadınlar, həmçinin, həyat və sağlamlıq üçün heç bir təhlükənin olmadığını göstərən həkim rəyini işəgötürənə təqdim etməlidirlər.

Hamilə qadınlar üçün qısaldılmış iş vaxtının müddəti həftədə 36 saatdan çox olmamalıdır. Hamilə qadınlar daha yüngül və mənfi istehsalat amillərinin təsirini istisna edən işlərə keçirilirlər. HAmilə qadının istəyi ilə işəgötürən onlar üçün natamam iş qrafikini müəyyən etməli və işlədikləri müddət üzrə əmək haqqı ödəməlidir. Belə olan halda, qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı əsasında müəyyən edilir.

Hamilə qadınlar dispanser və ambulatoriya tibbi müayinələrindən keçmə, həkim məsləhətləri müddətinə orta əmək haqqını almaq hüququnu özlərində saxlayırlar.

Mənbələr: Əmək Məcəlləsinin 91, 242-243, 245 maddələri

Məşğulluq təminatı

Bir qayda olaraq, işçiləri məzuniyyət müddəti ərzində, o cümlədən hamiləliyə və doğuşa görə məzuniyyət müddəti ərzində işdən azad etmək olmaz. Əmək Məcəlləsi hamiləlik dövrü ərzində qadınların işdən azad edilməsini qadağan edir. İşçinin üzrlü səbəblərdən işdə olmaması zamanı (o cümlədən hamiləliyə və doğuşa görə) müddətli əmək müqaviləsinin müddəti bitdikdə, müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi tarixdə, lakin işə qayıtdıqdan sonra bir təqvim həftəsindən gec olmayaraq xitam verilə bilər.

Mənbələr: Əmək Məcəlləsinin 73, 79 və 111 maddələri

Vəzifənin saxlanılması hüququ

İşçi, hamiləliyə və doğuşa görə məzuniyyətin müddəti bitdikdən sonra əvvəlki işinə qayıtmaq hüququna malikdir. 18 ayadək uşağı olan qadınlar, uşağın əmizdirilməsi ilə əlaqədar iş yerində çətinlik olduqda, öz arzuları ilə əvvəlki işindəki orta əməkhaqqını təklif edən başqa işə keçirilirlər.

Mənbələr: Əmək Məcəlləsinin 79 və 243 maddələri

Loading...