Ana südü ilə qidalandırma
Yaşyarıma (18 ay) qədər uşaqları olan işləyən qadınlara ən azı hər üç saatdan bir uşaqların əmizdirilməsi üçün minimum 30 dəqiqəlik (iki və daha artıq uşaq üçün 60 dəqiqə) fasilə verilir. Əmizdirmə üçün təqdim edilən fasilələr ödənilir və iş günü hesab edilir. Qadının istəyi ilə əmizdirmə üçün nəzərdə tutulan fasilələr istirahət və ya nahar fasilələrinə birləşdirilir və ya cəm halda iş vaxtının əvvəlinə və ya axırına keçirilir. Uşağın əmizdirilməsi üçün nəzərdə tutulan fasilələr əmək vaxtının tərkib hissəsidir və orta əməkhaqqı ilə ödənilir.
18 ayadək uşağı olan qadınlar, uşağın əmizdirilməsi ilə əlaqədar iş yerində çətinlik olduqda, öz arzuları ilə əvvəlki işindəki orta əməkhaqqını təklif edən başqa işə keçirilirlər.
Mənbə: Əmək Məcəlləsinin 243, 244 maddəsi