This page was last updated on:
2025-06-03
İş vaxtından artıq işin kompensasiyası
Gündəlik normal iş vaxtının müddəti gündə səkkiz saatdan və həftədə 40 saatdan. artıq ola bilməz. Buna baxmayaraq, ayrıca işçi kateqoriyaları üçün istisnalar müəyyən edir. Ağır işlərdə işləyən və ya zərərli və ya təhlükəli əmək şəraitinə malik olan işlərdə işləyən işçilər üçün həftədə 36 saat iş vaxtı müəyyən edilmişdir (belə işlərin siyahısı Nazirlər Kabinetinin Qərarı ilə təsbit edilmişdir). Həkimlər, müəllimlər, elektrotexniki qurğularda, həddindən artıq yüksək emosional gərginlik, həyəcan, zehni, fiziki və əsəb gərginliyi şəraitində işləyən işçilər (bu peşələrin siyahısı Nazirlər Kabinetinin Qərarı ilə təsbit edilmişdir) üçün analoji vaxt norması müəyyən edilmişdir.
16 yaşına çatmamış yeniyetmələrə həftədə maksimum 24 həftə işləməyə icazə verilir. 16-18 yaşında olan işçilər, əlillər (Bədən funksiyalarının 61-100% pozulması olan şəxslər, hamilə qadınlar, 1,5 yaşınadək uşağı olan qadınlar, 3 yaşınadək uşağı olan tək valideynlər üçün maksimum həftəlik iş vaxtı 36 saatdır.
İş vaxtından artıq iş — işəgötürənin əmri və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz.
İş vaxtından artıq işlərə yalnız aşağıdakı müstəsna hallarda yol verilir:
- təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq, tez xarab olan malların itkisinə yol verməmək üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə;
- dövlətin müdafiəsi zamanı;
- su təchizatı, drenaj (kanalizasiya), qaz təminatı, istilik, işıqlandırma, nəqliyyat, rabitə üzrə mərkəzləşdirilmiş sistemlərin fəaliyyətini pozan gözlənilməz halların aradan qaldırılması;
- başlanmış və istehsalın texniki şəraitinə görə iş gününün sonunadək tamamlana bilməyən işlərin dayandırılması avadanlıqların, əmtəələrin qarşısıalınmaz korlanması, sıradan çıxması təhlükəsi zamanı işlərin tamamlanması zərurəti olduqda;
- işçilərin əksəriyyətinin işinin dayandırılmasına səbəb olan sıradan çıxmış mexanizmlərin, qurğuların təmiri, bərpası ilə əlaqədar işlərin görülməsi zərurəti olduqda;
- əvəz edən işçinin işdə olmaması ilə əlaqədar işə fasilə verilməsinə yol vermək mümkün olmadıqda.
Xüsusilə ağır və zərərli istehsalat sahələrində çalışan işçilərin və azyaşlıların (18 yaşdan aşağı) iş vaxtından artıq işə cəlb edilməsi qadağandır. Hamilə qadınlar, 14 yaşına çatmış uşağı və ya 18 yaşına çatmamış əlil uşağı (o cümlədən övladlığa götürülmüş) olan qadınlar onların yazılı razılığı olduğu halda iş vaxtından artıq işə cəlb oluna bilərlər. Hamilə qadınlar və 3 yaşınadək uşağı olan qadınlar əlavə olaraq həkim arayışı təqdim etməlidirlər və həmin arayış uşağın həyat və sağlamlığı üçün təhlükənin olmadığını təsdiq etməlidir.
İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir:
- əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla (adi vaxtamuzd maaşının 200%);
- əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.
Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir.
Mənbələr: Əmək Məcəlləsinin 89, 93, 99-101, 165, 242 və 254-cü maddələri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.11.2004 tarixli 175 nömrəli Qərarı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.08.2003 tarixli 106 nömrəli Qərarı
Gecə saatlarında işin kompensasiyası
Saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır. Saat 20-dən səhər saat 7-dək olan müddət 18 yaşdan gənc olan şəxslər üçün gecə vaxtı sayılır. əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərdə çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşdükdə, iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır
Azyaşlıların (18 yaşdan aşağı) gecə vaxtı yerinə yetirilən işə cəlb olunması qadağandır. İşəgötürən hamilə qadınları, 3 yaşınadək uşağı təkbaşına böyüdən kişiləri, 14 yaşınadək uşağı və ya 18 yaşınadək əlil uşağı (o cümlədən övladlığa götürülmüş) olan qadınları yalnız onların yazılı razılığı ilə gecə vaxtı yerinə yetirilən işə cəlb edə bilər. Hamilə qadınlar və 3 yaşınadək uşağı olan qadınlar əlavə olaraq həkim arayışı təqdim etməlidirlər və həmin arayış uşağın həyat və sağlamlığı üçün təhlükənin olmadığını təsdiq etməlidir.
Əlil işçilər gecə vaxtı görülən işlərə yalnız onların yazılı razılığı ilə və müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla cəlb edilə bilərlər.
Nazirlər Kabinetinin qərarı ilə gecə vaxtı işə görə əlavə ödənişlərin minimal miqdarları müəyyən edilir. Ümumi qaydaya əsasən, əlavə ödəniş 20% təşkil edir, yəni işçi gecə işi zamanın hər saatına görə adi vaxtamuzd maaşın 120% alır. Çoxnövbəli iş zamanı axşam və gecə növbələrində müvafiq olaraq əlavə ödəniş 20 və 40% təşkil edir. Dəqiq məbləğlər əmək və ya kollektiv müqavilələrlə müəyyən edilir.
Cərrahiyyə, reanimasiya, doğum, ginekologiya və təcili tibbi yardım istisna olmaqla, gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejimi ilə işləyən tibb işçilərinə əlavə ödəniş Nazirlər Kabinetinin 2001-ci il 5 aprel tarixli, 74 nömrəli Qərarına əsasən həyata keçirilir. Cərrahiyyə, reanimasiya, doğum, ginekologiya və təcili tibbi yardım şöbələrində gecə vaxtı yerinə yetirilən işin hər bir saatı üçün aşağıdakı məbləğdə əlavə ödəniş müəyyən edilir:
- həkimlər, orta və kiçik tibb işçiləri, eləcə də təcili yardım maşınının sürücüləri üçün – saatlıq tarif dərəcəsinin (əsas əməkhaqqının) 50%-i məbləğində;
- digər işçilər üçün - əsas əməkhaqqının 35%-i (tarif dərəcəsi).
Mənbələr: Əmək məcəlləsinin 97, 98, 166, 242 və 254 maddələri; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.04.2001 tarixli 74 nömrəli Qərarı; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.06.2001 tarixli 9-1 nömrəli Qərarı
İstirahət və qeyri-iş bayram günlərində işin kompensasiyası
Ümumi qaydaya görə istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir. İstirahət və bayram günlərində aşağıdakı hallarda işçilərin işə сəlb edilməsi mümkündür:
- fasiləsiz istehsalatda;
- ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələrində;
- fövqəladə hallarda və ya onların nəticələrinin aradan qaldırılması zamanı fəlakətin, istehsalat qəzasının qarşısının alınması;
- dövlətin müdafiəsinin təmin edilməsi;
- su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün.
İstirahət və bayram günlərində işləmək 18 yaşına çatmamış şəxslər üçün qadağandır. İşəgötürən hamilə qadınları, 14 yaşınadək uşağı və ya 18 yaşınadək əlil uşağı (o cümlədən övladlığa götürülmüş) olan qadınları yalnız işçilərin özlərinin yazılı razılığı ilə istirahət və bayram günlərində işə cəlb edə bilər. Hamilə qadınlar və 3 yaşınadək uşağı olan qadınlar əlavə olaraq həkim arayışı təqdim etməlidirlər və həmin arayış uşağın həyat və sağlamlığı üçün təhlükənin olmadığını təsdiq etməlidir.
İstirahət, bayram, səsvermə, ümumxalq hüzn günlərində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir:
- əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla (adi vaxtamuzd maaşının 200%);
- əməyin işəmuzd ödənilmə sistemində işəmuzd tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla (adi vaxtamuzd maaşının 200%);
- təsbit edilmiş aylıq maaş sistemində maaşdan əlavə günlük vəzifə maaşının məbləğindən aşağı olmamaqla (adi vaxtamuzd maaşının 200%);
İşçinin istəyinə əsasən əmək haqqı əvəzinə ona başqa istirahət günü verilə bilər.
Mənbələr: Əmək Məcəlləsinin 101, 105, 107, 109, 164, 242 və 254 maddələri
İstirahət və qeyri-iş bayram günlərində işin pul kompensasiyası
İstirahət, bayram, səsvermə, ümumxalq hüzn günlərində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir:
- əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla (adi vaxtamuzd maaşının 200%);
- əməyin işəmuzd ödənilmə sistemində işəmuzd tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla (adi vaxtamuzd maaşının 200%);
- təsbit edilmiş aylıq maaş sistemində maaşdan əlavə günlük vəzifə maaşının məbləğindən aşağı olmamaqla (adi vaxtamuzd maaşının 200%);
Mənbələr: Əmək Məcəlləsinin 109 və 164 maddələri
Kompensasiyaların normativ tənzimlənməsi:
-
Трудовой кодекс Азербайджанской Республики 1999 г. (в ред. от 28.06.2024) / Labour Code of the Republic of Azerbaijan 1999 (version 28.06.2024)
-
Постановление Кабинета Министров Азербайджанской Республики «Об утверждении Списка производств, профессий и должностей с вредными для здоровья человека физическими, химическими, биологическими, а также с иными тяжелыми производственными факторами условий труда, для которых устанавливается сокращенная рабочая неделя продолжительностью не более 36 часов» от 06.11.2004 №175 (в ред. от 30.10.2021) / Resolution of the Cabinet of Ministers of the Republic of Azerbaijan «About approval of the list of industries, occupations and positions harmful to human health by physical, chemical, biological, as well as other serious production factors of working conditions, which is set shorter working week of no more than 36 hours» 06.11.2004 №175 (version 30.10.2021)
-
Постановление Кабинета Министров Азербайджанской Республики «Об утверждении Перечня профессий, должностей по местам работы, на которых работникам установлено сокращенное рабочее время продолжительностью не свыше 36 часов в неделю, с условиями труда, требующими повышенной чуткости, волнения, интеллектуального, физического и нервного напряжения, а также имеющими иные факторы, негативно влияющие на человеческое здоровье, с указанием конкретной продолжительности рабочего времени» от 12.08.2003 №106 (в ред. от 07.03.2019) / Resolution of the Cabinet of Ministers of the Republic of Azerbaijan «About approval of the list of professions, positions at places of work, in which workers found reduced working time of not more than 36 hours a week, with working conditions that require high sensitivity, excitement, mental, physical and nervous tension, as well as having other factors, adversely impact on human health, with an indication of the specific working time» 12.08.2003 №106 (в ред. от 07.03.2019)
-
Постановление Кабинета Министров Азербайджанской Республики «Об установление верхнего предела оплаты труда за работу, выполняемую в ночное время, а также в режиме многосменной работы» от 05.04.2001 №74 / 92 Resolution of the Cabinet of Ministers of the Republic of Azerbaijan «About the establishment of an upper limit of remuneration for work performed at night, as well as in multi-shift operation» 05.04.2001 №74
-
Постановление Министерства труда и социальной защиты населения Азербайджанской Республики «Об утверждении Разъяснения о выплате заработной платы за работу, выполняемую в ночное время, и многосменный режим работы» от 29.06.2001 №9-1 / Resolution of the Ministry of Labour and Social Protection of Population of the Republic of Azerbaijan «About approval of the Clarifications about payment of wages for work performed at night, and multi-shift operation» 29.06.2001 №9-1