Ailə öhdəlikləri

This page was last updated on: 2025-06-03

Atalıq məzuniyyəti

Azərbaycan Respublikasının qanunvericiliyində atalıqla bağlı xüsusi məzuniyyət növü nəzərdə tutulmamışdır. Lakin, Əmək Məcəlləsi uşağın dünyaya gəlməsi ilə bağlı atalara vəzi təminatları müəyyən edir. İşəgötürən təqvim ilində bir dəfə həyat yoldaşı hamiləlik və ya doğuşla bağlı məzuniyyətdə olan işçinin ərizəsi əsasında ona 14 təqvim günü müddətinə və ya ailə, məişət və digər sosial məsələlərin həlli üçün 7 təqvim günü müddətinə ödənişsiz məzuniyyət verə.

Mənbələr: Əmək Məcəlləsinin 128 və 130 maddələri

Uşağa qulluğa görə məzuniyyət

Valideynlər və ya 3 yaşınadək olan uşağa birbaşa qulluq edən digər ailə üzvləri müavinətin ödənilməsi ilə uşağa qulluğa görə qismən ödənilən sosial məzuniyyət hüququna malikdirlər. Uşaq tərbiyəsi ilə məşğul olan işçi məzuniyyəti tam götürə və ya onu hissələrə bölə bilər. Bu cür məzuniyyətdə olan işçi uşağın üç yaşı olana qədər öz iş yerini saxlamış olur.

Qanunvericilik işləyən analar (ana işləmədikdə və ya ümumiyyətlə olmadıqda işləyən atalar) üçün uçaq doğularkən birdəfəlik müavinətin ödənilməsini nəzərdə tutur. Bu müavinətin alınması üçün ərizənin təqdim edilməsi müddəti müəyyən edilməmişdir. İki və daha artıq uşağın dünyaya gəlməsi zamanı müavinət hər uşağa görə ödənilir. Uşağın doğulması zamanı müavinətin məbləği 500 manatdır. Müavinət Əmək Nazirliyi tərəfindən avtomatik təyin olunur və valideynlərə bu barədə məlumat verilir.

Uşağa qulluğa görə məzuniyyət müddətində iki dənə aylıq uşaq müavinəti nəzərdə tutulmuşdur. Birinci müavinət uşaq yaş yarımlıq (18 ay) olana qədər ödənilir. Bu müavinətin məbləği ildən etibarən 44 manatdır. İkinci müavinət isə uşaq 3 yaşa çatanadək müəyyən edilir. ildən etibarən müavinətin məbləği 27.5 manatdır. Çernobıl qəzası nəticəsində şüa xəstəliyindən əziyyət çəkənlər insanlara və əlillərə uşağa qulluğa görə ikiqat məzuniyyət təyin edilir. Əgər uşağa qulluğa görə məzuniyyət müddəti ərzində valideynlərdən biri natamam iş günü və ya evdə işləyirsə, onun müavinət almaq hüququna malik olur. Əgər uşaq körpələr evinə və ya uşaq bağçasına gedirsə və uşağa qulluğa görə məzuniyyət verilməmişdirsə, 3 yaşına qədər olan uşaqlar üçün müavinət ödənilmir.

Əmək müqaviləsi, kollektiv müqavilə və işəgötürənin aktları ilə uşağa qulluq müddəti ərzində digər ödənişlər nəzərdə tutula bilər.

Əmək Məcəlləsinə müvafiq olaraq 14 yaşına çatmamış iki uşağı olan qadınlar, tək atalar, övladlığa götürənlər iki gün artıq müddətə məzuniyyət götürmək imkanına malikdirlər. 14 yaşına çatmamış üç və daha artıq məhdud imkanlara malik olan uşağı olan eyni qrup şəxslər beş gün artıq müddətə məzuniyyət götürmək imkanına malikdirlər.

Bundan əlavə, uşağın tərbiyəsi ilə bağlı xüsusi ödənişsiz məzuniyyətlər nəzərdə tutulmuşdur:

  1. tibbi rəy əsasında xroniki xəstəliklərdən əziyyət çəkən uşağın valideynlərindən birinə (bilavasitə uşağa qulluq edən digər ailə üzvünə) – uşaq 4 yaşına çatanadək;
  2. 16 yaşına çatmamış uşaqları olan qadınlara (tək valideynlərə, qəyyumlara, himayəçilərə) – 14 təqvim gününə qədər;
  3. insanın immunodefisiti virusu ilə yaşayan uşaqların, həmçinin məhdud imkanlı 18 yaşına çatmamış uşaqların valideynlərinə – 14 təqvim gününə qədər.

Mənbələr: Əmək Məcələsinin 111, 117, 130, 141 maddələri. Трудового кодекса; “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının 07.02.2006 tarixli 55-IIIQ nömrəli qanununun 4 maddəsi. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının 18.02.1997 tarixli 250-IQ nömrəli qanununun 6 maddəsi. “Sığorta üzrə icbari dövlət sosial təzminatlarının və fəaliyyət qabiliyyətini müvəqqəti itirmiş şəxslərə sığortaçının hesabına ödənilən müavinətlərin hesablanması və ödənilməsi haqqında Əsasnamənin” 73-89 bəndləri

Ailə öhdəlikləri olan şəxslərin əməyinin uyğun şərtləri / “ailə-iş” balansı

2023-cü ildən etibarən qadınlar üçün qadağan olunmuş peşələrin siyahısı ləğv edilib. Çətin və zərərli əmək şəraitinə dair məhdudiyyətlər yalnız hamilə qadınlar və 1 yaşınadək uşağı olan qadınlar üçün qüvvədə qalıb. Bu halda işəgötürən qadına həmin amillərin olmadığı digər iş təklif etməli və əvvəlki orta əməkhaqqı səviyyəsində maaş ödəməlidir.

İşəgötürən 14 yaşınadək uşağı və ya 18 yaşınadək əlil uşağı (o cümlədən övladlığa götürülmüş) olan qadınları yalnız onların yazılı razılığı ilə istirahət və qeyri-iş günlərində işə, iş vaxtından artıq işə, gecə vaxtı yerinə yetirilən işlərə və ezamiyyətə cəlb edə bilər. 3 yaşınadək uşağı təkbaşına böyüdən kişilərin gecə vaxtı yerinə yetirilən işlərə cəlb olunması üçün də oxşar qayda tətbiq olunur. 3 yaşınadək uşağı olan qadınlar, həmçinin, özünün və uşağın həyat və sağlamlığı üçün heç bir təhlükənin olmadığını təsdiqləyən həkim arayışını işəgötürənə təqdim etməlidirlər.

14 yaşınadək uşaqları və ya məhdud imkanlı uşaqları olan qadınların istəyi ilə işəgötürən onlar üçün natamam iş qrafikini müəyyən etməli və işlədikləri müddət üzrə əmək haqqı ödəməlidir. Belə olan halda, qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı əsasında müəyyən edilir.

3 yaşınadək uşaqları olan qadınlar dispanser və ambulatoriya tibbi müayinələrindən keçmə, həkim məsləhətləri müddətinə orta əmək haqqını almaq hüququnu özlərində saxlayırlar.

Əmək Məcəlləsinə əsasən, analıqla bağlı olan bütün təminatlar uşaqları anasız tərbiyə edən atalara, həmçinin qəyyum və himayəçilərə şamil edilir.

Mənbələr: Əmək Məcəlləsinin 241-246 maddələri

Special Leaves

İşçilərin aşağıdakı növ məzuniyyət növlərinə hüququ çatır:

  • Əsas və əlavə məzuniyyətin daxil olduğu illik məzuniyyət;
  • Sosial məzuniyyət;
  • Təhsili davam etdirmək və ya elmi fəaliyyətlə məşğul olmaq üçün təhsil və yaradıcılıq məqsədli məzuniyyət;
  • Ödənişsiz məzuniyyət.

İşəqəbul müqavilələri və ya kollektiv müqavilələrdə digər məzuniyyət növləri də nəzərə alına bilər.

Əlavə məzuniyyət

Əlavə məzuniyyət Əmək şəraiti və əmək funksiyalarının spesifik xüsusiyyətləri ilə əlaqədar əlavə məzuniyyət, yeraltı işlərdə və ya təhlükəli və ağır əmək şəraitində çalışan işçilərə azı altı təqvim günü müddətində verilir.

Xidmət müddətinə əsaslanan əlavə məzuniyyət aşağıdakı şəkildə verilir:

  • 5-10 il xidmət göstərmiş işçilər üçün iki təqvim günü;
  • 10-15 il xidmət göstərmiş işçilər üçün dörd təqvim günü;
  • 15 ildən çox xidmət göstərmiş işçilər üçün dörd təqvim günü.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərindən işləyən mütəxəssislər beş təqvim günü məzuniyyət hüququna malikdirlər.

Yaradıcılıq Məzuniyyəti

Ödənişli yaradıcılıq məzuniyyəti aşağıdakı mütəxəssislərə verilir:

  • Doktorantura və ya qısamüddətli müəllimlik keçənlər;
  • Dissertasiya müdafiə edənlər;
  • Fənn kitabları və ya təhsil materiallarının hazırlanmasında iştirak edənlər.

Ödənişli yaradıcılıq məzuniyyətinin müddəti aşağıdakı kimidir:

  • Doktorantura və ya qısamüddətli müəllimlik keçənlər üçün otuz təqvim günü;
  • Doktorantura və ya Fəlsəfə Doktoru olmaq istəyən namizədlər üçün ik-üç ay;
  • Fənn kitabları və ya təhsil materiallarının hazırlanmasında iştirak edənlər.üçün üç aya qədər.

Təhsil Məzuniyyəti

Eyni vaxtda işləyən və təhsil alan işçilər aşağıdakı növ ödənişli təhsil məzuniyyətləri əldə etmək hüququna malikdirlər:

  • İmtahanlar və qiymətləndirmələr üçün;
  • Dövlət imtahanlarında iştirak üçün;
  • Diplom işinin hazırlanması və müdafiə olunması üçün.

Təhsil Məzuniyyətinin müddəti:

  • Ali təhsil müəssisələrinin qiyabi şöbələrinin tələbələri üçün:
    • 1-ci və 2-ci illərdə hər tədris ili üçün 30 təqvim günü;
    • Sonrakı illərdə 40 təqvim günü;
  • Orta peşə təhsili müəssisələrinin qiyabi təhsil şöbələrinin tələbələri üçün:

    • 1-ci və 2-ci illərdə 20 təqvim günü;
    • Sonrakı illərdə 30 təqvim günü;
  • Ali və orta peşə müəssisələrində dövlət imtahanlarında iştirak etmək üçün - 30 təqvim günü;

  • Diplom işinin hazırlanması və müdafiəsi üçün:

    • Ali təhsil müəssisələrində dörd aya qədər;
    • Orta peşə müəssisələrində iki aya qədər;
  • İşə fasilə vermədən alınan peşə təhsili üçün - imtahana hazırlaşmaq üçün 30 təqvim günü;

  • Ümumi təhsil müəssisələrinin qiyabi şöbələrinin yekun son siniflərinin tələbələri üçün - imtahanlar üçün 20 təqvim günü.

Ödənişsiz məzuniyyət

İşçilər ailə, məişət və digər sosial məsələlərin təcili həlli, ailə öhdəliklərinin yerinə yetirilməsi, təhsil, elmi və yaradıcı fəaliyyətlə məşğul olmaq, yaş və fizioloji xüsusiyyətlərlə bağlı səbəblər əsasında ödənişsiz məzuniyyət hüququna malikdirlər.

İşçinin müraciəti əsasında, bir iş ili ərzində ödənişsiz məzuniyyət aşağıdakı hallarda və müddətlərdə verilir:

  • Xroniki xəstəliyi olan uşağın valideynlərindən birinə və ya ona qulluq edən digər ailə üzvünə – uşaq 4 yaşına çatana qədər;
  • Analıq məzuniyyətində olan qadınların həyat yoldaşlarına –14 təqvim günü müddətinə;
  • 16 yaşınadək uşaqları olan qadınlar və ya tək valideynlər, qəyyumlar və himayəçilərə – 14 təqvim gününə qədər;
  • Əlilliyi olan şəxslərə – bir təqvim ayına qədər;
  • Silahlı qüvvələrin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə – 14 təqvim gününə qədər;
  • Azerbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi zamanı xəsarət almış işçilərə – 14 təqvim gününə qədər;
  • HİV-ə yoluxmuş və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqları böyüdən valideynlərə – 14 təqvim gününə qədər;
  • Doktorantura və ya adyunktura təhsili alan işçilərə – bir təqvim ayına qədər;
  • Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edən işçilərə – 14 təqvim günü; orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanları üçün – 7 təqvim günü;
  • Kəşfləri və ya rasionalizasiya təkliflərinin iş yerindən kənarda həyata keçirilən müəlliflərə – 14 təqvim gününə qədər;
  • Xəstə ailə üzvünə qulluq edən qohumlara – 14 təqvim gününə qədər;
  • Ailə, məişət və digər sosial məsələlərin həlli ilə məşğul olan işçilərə – 7 təqvim gününə qədər.

Mənbələr: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 98 112, 115, 116, 118, 122, 123, 124, 128, 130 242-246-cı maddələri.

Ailə öhdəlikləri olan şəxslərin əməyinin normativ tənzimlənməsi:

  • Трудовой кодекс Азербайджанской Республики 1999 г. (в ред. от 28.06.2024) / Labour Code of the Republic of Azerbaijan 1999 (version 28.06.2024)
  • Закон Азербайджанской Республики «О социальных пособиях» от 07.02.2006 №55-IIIQ (в ред. от 30.05.2023) / Law of the Republic of Azerbaijan «About social allowances» 07.02.2006 №55-IIIQ (version 30.05.2023)
  • Закон Азербайджанской Республики «О социальном страховании» от 18.02.1997 №250-IQ (в ред. от 23.04.2024) / Law of the Republic of Azerbaijan “About social insurance» 18.02.1997 №250-IQ (version 23.04.2024)
  • Положение об исчислении и выплате обязательных государственных социальных возмещений по страхованию и пособий, выплачиваемых временно нетрудоспособным работникам за счет средств страхователя, утв. Постановлением Кабинета Министров Азербайджанской Республики от 15.09.1998 №189 (в ред. от 14.03.2024) / Regulation on the calculation and payment of mandatory state social insurance indemnities and allowances paid to employees temporarily disabled at the expense of the insured, established by Resolution of the Cabinet of Ministers of the Republic of Azerbaijan 15.09.1998 №189 (version 14.03.2024)
Loading...