This page was last updated on:
2025-06-03
Yaşa gör pensiya
Yaşa görə pensiya – itirilmiş gəlirin kompensasiyası üçün vətəndaşlara verilən aylıq pul ödənişidir. Bu pensiyanı almaq üçün icbari sosial sığorta üzrə dövlət sisteminə ödənişlərin edilməsi lazımdır. "Əmək pensiyaları haqqında" Qanuna edilmiş düzəlişlərə əsasən, qadınlar üçün pensiya yaşı 2027-ci ilə qədər hər il 6 ay artırılacaq (60 yaşdan 65 yaşa qədər). Kişilər üçün pensiya yaşı 65-dir. Qadınlar üçün isə 2024-cü ilin birinci yarısında pensiya yaşı 63.5, 2024-cü ilin ikinci yarısı və 2025-ci ilin birinci yarısında isə 64 yaşdır. Əgər vətəndaşların fərdi pensiya kapitalı minimum pensiya məbləğindən az olmayan pensiya almağa imkan verirsə və ya o, ən azı 25 illik sığorta stajına malikdirsə (01.01.2017-dən əvvəl pensiyaya çıxmış şəxslər istisnadır), onlar yaşa görə əmək pensiyası almaq hüququna malikdirlər (iş stajından asılı olmayaraq), 2021–2022-ci illərdə pensiya yaşına çatmış şəxslərə əmək pensiyası təyin edilərkən, 01.01.2006 tarixinədək olan dövr üçün 25 illik sığorta stajı tələb olunur. 2023-cü ildən etibarən bu tələblər hər təqvim ili üzrə bir il azaldılmaqla hesablanır.
Qanunvericilikdə tam əmək pensiyası ilə yanaşı, erkən pensiya hüququ da nəzərdə tutulur. Erkən pensiya hüququ uzun müddət sağlamlıq üçün zərərli və ya təhlükəli əmək şəraitində çalışan şəxslərə və azı beş uşaq dünyaya gətirmiş qadın işçilərə şamil olunur. Yaşa görə dövlət sosial əmək müavinətinin məbləği – 220 manatdır.
Yaş üzrə əmək pensiyası mürəkkəb düstur əsasında hesablanır və üç elementdən ibarət olur: baza, sığorta, yığılan (fərdi pensiya hesabı). HƏr bir komponentin özünəməxsus hesablama qaydaları mövcuddur. Əmək pensiyasının minimum məbləği əvvəlki 116.27 manatdan artırılaraq 280 manat olaraq təyin olunub. Pensiyanın baza hesab və yığım hissəsi məcburi dövlət sosial sığorta haqları hesabına maliyyələşdirilir. (proaktiv qaydada). Sığorta hissəsi sığorta ödənişləri əsasında iş ili ərzində əmək haqqının 25% həcmində hesablanır (22% işəgötürənlərə, 3 % işçilərə ödənilir). 2020-ci ildən bəzi kateqoriyalara aid vətəndaşlar üçün əmək pensiyasının baza hissəsinə yönəldilən sığorta haqları digər müavinətlərlə əvəz olunub. Əgər şəxs bir neçə növ pensiya almaq hüququna malikdirsə, ən yüksək məbləğli pensiya proaktiv qaydada təyin olunur.
Mənbələr: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 54-IIIГ nömrəli 07.02.2006 tarixli qərarı; “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının 18.02.1997 tarixli 250-IQ nömrəli qərarının 4 və 6 maddələri
Ailə başçısını itirməyə görə pensiya
Ailə başçısının itirməyə görə pensiya – ailə başçısının ölümü ilə bağlı onun himayəsində olan əmək qabiliyyətini itirmiş ailə üzvlərinə dövlət sosial müdafiə fondunun vəsaitləri hesabına ödənilən aylıq pul ödənişidir. Bu pensiya o zaman ödənilir ki, vəfat etmiş ailə başçısı qanunvericiliklə tələb edilən əmək (sığorta) stajına malik olmuş və ya müddətindən asılı olmayaraq müəyyən fəaliyyət növünü (iş, xidmət və s.) həyata keçirmiş olsun. Zəruri sığorta stajı olmadıqda, ailə başçısını itirməyə görə əmək pensiyası da təyin olunur, lakin faktiki iş stajına mütənasib olaraq. Əgər şəxs bir neçə növ pensiya almaq hüququna malikdirsə, ən yüksək məbləğli pensiya proaktiv qaydada təyin olunur.
Ailə başçısını itirməyə görə dövlət sosial müavinəti hər bir ailə üzvü üçün 120 manat olaraq müəyyən edilib.
Aşağıdakı şəxslər ailə başçısını itirməyə görə pensiya almaq hüququna malikdir:
- 18 yaşadək uşaqlar (övladlığa götürülən və ögey uşaqlar daxil olmaqla);
- uşaqlıqdan əlil olan 18 yaşdan yuxarı uşaqlar (övladlığa götürülən və ögey uşaqlar daxil olmaqla);
- uşaqlar - 23 yaşadək əyani təhsil alan tələbələr (övladlığa götürülən və ögey uşaqlar daxil olmaqla);
- təqaüddə olan və ya I və ya II dərəcəli əlilliyi olan valideynlər (övladlığa götürən və ya ən azı 5 il ərzində mərhumu böyütmüş ögey valideynlər daxil olmaqla);
- təqaüddə olan və ya I və ya II dərəcəli əlilliyi olan həyat yoldaşı;
- yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideyn (övladlığa götürən və ya ən azı 5 il ərzində mərhumu böyütmüş ögey valideynlər daxil olmaqla), həyat yoldaşı, nənə-baba və ya bacı-qardaş – əgər işləmirsə və mərhumun 8 yaşına çatmamış uşaqlarına, bacı-qardaşlarına və nəvələrinə qulluq edirsə.
Ailə başçısını itirməyə görə pensiya almaq hüququ olan şəxslər bu hüququnu övladlığa götürülmə halında da saxlayırlar.
Ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsinə əsas ailə başçısının ölümü (əmək zədəsi, peşə xəstəliyi və ya ümumi xəstəlik, bədbəxt hadisə nəticəsində) və ya itkin düşməsidir.
Ailə başçısını itirməyə görə pensiyanın sığorta hissəsinin məbləği, ailənin əmək qabiliyyətini itirmiş üzvlərinin sayı nəzərə alınmaqla, müvafiq düstur əsasında hesablanmış ümumi məbləğin həmin üzvlərin sayına bölünməsi yolu ilə müəyyən edilir. Əgər ailənin əmək qabiliyyətini itirmiş üzvləri üçün təyin olunmuş ailə başçısını itirməyə görə pensiyanın ümumi məbləği minimum əmək pensiyasının məbləğindən azdırsa, bu məbləğ minimum əmək pensiyası həddinədək artırılır. Əgər vəfat etmiş şəxs yaşa və ya əlilliyə görə əmək pensiyası alırdısa, ailə üzvləri üçün təyin olunan ailə başçısını itirməyə görə pensiyanın sığorta hissəsinin məbləği, mərhuma təyin olunmuş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətini itirmiş ailə üzvlərinin sayına nisbəti əsasında müəyyən edilir.
Əgər hər bir ailə üzvü üçün ailə başçısını itirməyə görə pensiyanın sığorta hissəsinin məbləği dövlət sosial müavinətinin məbləğindən azdırsa, o zaman hər bir əmək qabiliyyətini itirmiş ailə üzvü ailə başçısını itirməyə görə pensiya əvəzinə müvafiq dövlət sosial müavinəti almaq hüququna malikdir.
Mənbələr: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 54-IIIГ nömrəli 07.02.2006 tarixli qərarı
Əlilliyə görə pensiya
Əlilliyə görə pensiya hüququna əlil hesab edilən şəxslər malikdirlər. Vətəndaşın əlil hesab edilməsi və əlillik qrupunun müəyyən edilməsi tibbi-sosial ekspertiza üzrə dövlət müəssisələri tərəfindən həyata keçirilir.
2022-ci ildən etibarən əlillik qrupları orqanizmin funksiyalarının itirilməsi dərəcələri və faizləri ilə əvəz olunub. Əlillik qiymətləndirməsi aşağıdakı meyarlara görə bədən funksiyalarının neçə faizinin itirilməsinin müəyyənləşdirilməsi əsasında yerinə yetirilir:
- özünə xidmət;
- hərəkət sərbəstliyi;
- məkanda orientasiya;
- kommunikasiya;
- davranışa nəzarət;
- təhsil;
- əmək fəaliyyəti (yaşı 15-dən çox olan vətəndaşlar üçün).
1-ci dərəcə bədən funksiyalarının 81-100%; 2-ci dərəcə - 61-80%, 3-cü dərəcə 31-60% faizinin itirilməsinə uyğundur. Sağlamlığın itirilməsi fazini müəyyənləşdirərkən bir neçə diaqnozu birləşdirmək də mümkün olub.
Daimi əlillik aşağıdakı hallarda təmin olunur:
- Ardıcıl 15 illik əmək fəaliyyətində sağlamlığın 31-60%-nin itirilməsi;
- Ardıcıl 10 illik əmək fəaliyyətində sağlamlığın 61-80%-nin itirilməsi;
- Ardıcıl 4 illik əmək fəaliyyətində sağlamlığın 81-100%-nin itirilməsi;
- Ardıcıl 15 illik əmək fəaliyyətində müxtəlif dərəcələrdə əmək fəaliyyətinin itirilməsi;
Aşağıdakı dərəcələrdə əlilliyi olan şəxslər üçün dövlət sosial yardımı da mövcuddur:
- Bədən funksiyalarının 81-100%-nin itirilməsi: 270 AZN
- Bədən funksiyalarının 61-80%-nin itirilməsi: 220 AZN
- Bədən funksiyalarının 31-60%-nin itirilməsi: 150 AZN.
Əlilliyə görə müavinət sığorta stajından asılı olaraq mürəkkəb düstur ilə hesablanır. I dərəcəli əlilliyi olan şəxslərin ümumi sığorta stajı azı 5 il və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün azı 4 ay sığorta stajı olduqda, onlara əlilliyə görə müavinət təyin olunur. Tələb olunan sığorta stajı olduqda və pensiya kapitalı minimum əmək pensiyasından az olmayan məbləğdə müavinətin təyin olunmasına imkan verdikdə II və III dərəcəli əlilliyi olan şəxslərə müavinət verilir. Əgər şəxs bir neçə növ pensiya almaq hüququna malikdirsə, ən yüksək məbləğli pensiya proaktiv qaydada təyin olunur.
2022-ci ildə əlilliyin müəyyən edilməsi üçün xəstəliklərin siyahısı da yenilənib. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun əlilliyi olan şəxslərin sosial müdafiəsi üzrə digər tədbirləri nəzərdə tutur.
Mənbələr: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanunu; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 2006-cı il 7 fevral tarixli 54-IIIQ nömrəli Qanunu; Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 4.1–4.3-cü bəndləri.
Sosial təminatın normativ tənzimlənməsi:
-
Закон Азербайджанской Республики «О трудовых пенсиях» от 07.02.2006 №54-IIIГ (в ред. от 19.04.2024) / Law of the Republic of Azerbaijan “About labour pensions» 07.02.2006 №54-IIIГ (version 19.04.2024)
-
Закон Азербайджанской Республики «О социальном страховании» от 18.02.1997 №250-IQ (в ред. от 23.04.2024) / Law of the Republic of Azerbaijan “About social insurance» 18.02.1997 №250-IQ (version 23.04.2024)
-
Закон Азербайджанской Республики “О занятости» от 29.06.2018 №1196-VQ (в ред. от 28.06.2024) / Law of the Republic of Azerbaijan “About employment» 29.06.2018 №1196-VQ (version 28.06.2024)
-
Закон Азербайджанской Республики “О страховании от безработицы» от 30 июня 2017 года №765-VQ (в ред. 28.06.2024) / Law of the Republic of Azerbaijan “About insurance against unemployment» 30.06.2017 №765-VQ (version 28.06.2024)
-
Закон Азербайджанской Республики «О правах лиц с инвалидностью» от 31.05.2018 № 1153-VQ (в ред. от 07.05.2024) / 499Law of the Republic of Azerbaijan «About rights of persons with disabilities» 31.05.2018 № 1153-VQ (version 07.05.2024)
-
Положение о критериях определения инвалидности и ограниченности возможностей здоровья, утв. Постановлением Кабинета Министров Азербайджанской Республики от 30.12.2015 №413 (в ред. от 07.06.2021) / Provisions on the criteria for determining disability and disabilities, established by the Resolution of the Cabinet of Ministers of the Republic of Azerbaijan 30.12.2015 №413 (version 07.06.2021)
-
Указ Президента Азербайджанской Республики «О применении Закона Азербайджанской Республики "О страховании от безработицы" от 30 июня 2017 года №765-VQ» от 5 августа 2017 года №1569 / Decree of the President of the Republic of Azerbaijan «About application of the Law of the Republic of Azerbaijan" On unemployment insurance" dated June 30, 2017 No. 765-VQ» 05.08.2017 № 1569