“Gənc Təlimçi Məktəbi

19 may 2010 - Layihədə həm Bakı şəhərindən, həm də regionlardan olan 4-cü kurs və magistr pillələrində təhsil alan və yaş həddi 20-26 yaş arasında olan gənclərin iştirakı nəzərdə tutulub.

“Gənclər Arasında Mübadilə” İctimai Birliyi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə 2009-cu ilin dekabr ayından 2010-cu ilin dekabr ayınadək “Gənc Təlimçi Məktəbi” adlı layihənin icrasına başlamışdır. Layihə Azərbaycanda ilk dəfə olaraq qeyri-formal təhsil institutu olan “Gənc Təlimçi Məktəbi”nin təsis edilməsi ilə  təlim bazarımızda yeganə standartlar əsasında təlim xidmətlərini göstərən yüksək səviyyəli milli mütəxəssis şəbəkəsinin və “milli məşqçi” sertifikasiya sisteminin yaradılması məqsədini daşıyır.


Benefisiarlarımız:
Layihədə həm Bakı şəhərindən, həm də regionlardan olan 4-cü kurs və magistr pillələrində təhsil alan və yaş həddi 20-26 yaş arasında olan gənclərin iştirakı nəzərdə tutulub.

 

Layihənin töhvələri:
Bir il müddətində davam edəcək layihə pilot xarakteri daşıyır. İlk mərhələdə layihə çərçivəsində 20 nəfərin seçilməsi və seçilmiş tərkiblə peşəkar cəhətdən yüksək səviyyəli təlimçi qrupunun yaradılması, onların attestasiyası və  sertifikatlaşdırılması nəzərdə tutulur.

 

Layihəhəyə qoşulmaq üçün:
Əgər Siz peşəkar təlimçi yetkinliklərinə yiyələnmək, qeyri formal təhsil sistemləri ilə tanış olmaq, müasir təlim texnologiyalarını öyrənmək və yüksək səviyyəli təlimçi qabiliyyətlərinə  yiyələnmək istəyirsinizsə onda bu layihəyə qoşulmağa cəhd edin.

 

Layihə haqqında ətraflı məlumatı və ərizə formasını yükləmək üçün Gənc Təlimçi Məktəbinin www.yts.az saytından əldə edə bilərsiniz.

 

Layihənin koordinatoru,
Araz Paşayev

Əlaqə üçün
office@yts.az
(055) 478 68 21

 

19.05.2010
Qazancim.az

                 Klik

Loading...