Tbilisidə ingilis dilini tədris edəcək Könüllülər axtarılır

Könüllülər İngilis dilini mükəmməl bilməlidir və yaxşı olar ki, dərs demək təcrübəsi olsun. Gürcü/Rus dillərini bilmək tövsiyə olunur, lakin tələb edilmir. Yaşayış və qida xərcləri ödənilir. Müddət: 2010-cu il 1 sentyabr – 2011-ci il 30 iyun tarixinədək.

Ərizələrin son qəbul tarixi:  2010 cu il 1 iyun

Açıqdır: 
İngilis dilini yaxşı bilən və müəllimlik təcrübəsi olan könüllülər üçün


Layihənin təsviri:

Könüllülər hazırda fəaliyyət göstərən EVS könüllülərinin başlamış olduqları işi davam etdirəcəklər. Könüllülər ev sahibi olan təşkilatın ofisində bir neçə İngilis dili dərsi keçəcəklər. Dərslər günortalar keçiriləcək. Könüllülər dərslərdə (bir neçə dərs gənclərlə və bir neçəsi də yaşlılarla) əvvəlki EVS könüllülərinin başlamış olduqlarını davam etdirəcək, bununla yanaşı İngilis dili dərslərinə tələbat yüksək olduğuna görə yeni siniflərdə dərslər başlaya bilər..

İngilis dili dərslərinin səviyyəsi əsasən təzə başlayanlar üçün nəzərdə tutulur. Tkibuli rayonunda İngilis  dili səviyyəsi hələ də transformasiyada olan cari təhsil sistemi ucbatından çox zəifdir.

Könüllülərin həm də yerli gənclər üçün boş vaxt fəaliyyətləri düşünmələri də razılıqla qarşılanır. Tkibulidə yerli gənclərin boş vaxtlarını səmərəli keçirmək ikanları yoxdur – onlar boş vaxtlarını adətən dostları ilə gəzməklə keçirirlər.

 

Layihənin keçirildiyi yerin təsviri: 
Tkibuli Gürcüstanın (paytaxt Tbilisidən təxminən 3,5 saatlıq yoldur) Tkibuli rayonunda yerləşir. Əhali təxminən 14000 sakindən ibarətdir. Tkibuliyə ən yaxın şəhər Kutaisidir ki, o da eyni zamanda Gürcüstanın ikinci böyük şəhəridir – avtobusla təxminən 1,5 saata ora getmək mümkündür.(marşrut avtobusları bütün gün işləyir)

Tkibuli Gürcüstanın ən az inkişaf etmiş regionlarından biridir. 1991 – ci il inqilabından sonra iqtisadi fəaliyyət demək olar ki dayanmış və həyat səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşmüşdür. Regionun bugünkü əsas problemi işsizliyin yüksək həddi (təxminən 50%) və insanların ya müxtəlif regionlara və ya xaricə miqrasiyasıdır. Hesablanıb ki, Tkibuli şəhərinin əhalisinin 1/3 % i şəhəri tərk edib.

Region haqda ətraflı məlumatı  www.tkibuli.org  ünvanından ala bilərsiniz.


Yaşayış şəraiti: 
Könüllülər digər EVS könüllüləri ilə birlkdə Tkibulidə evlərdə yaşayacaqlar. Könüllü tam təchiz olunmuş və yalnız özünə məxsus otaqla təmin olunacaq. TBİF (Tkibuli bölgəsi inkişaf fondu) 10 dəqiqəyə piyada getmək olar. Könüllülər öz yeməklərini özləri hazırlayacaq.

 

Tələblər: 
Könüllülər İngilis dilini mükəmməl bilməlidir və yaxşı olar ki, dərs demək təcrübəsi olsun. Gürcü/Rus dillərini bilmək tövsiyə olunur, lakin tələb edilmir.


Ev sahiblik edən təşkilatın profili:
Tkibuli Bölgəsi İnkişaf Fondu  (TBİF) 2006-cı ildə “Ehtiyacı olan insanlar” adlı qeyri-hökümət təşkilatının dəstəyi ilə yaranıb. TBİF Gürcüstanın İmereti regionunda çalışan yerli qeyri hökümət təşkilatıdır. Onun 3 əməkdaşı var. Yerli və xarici könüllülərlə əməkdaşlıq edir

TBİF gənclərin təhsilinin keyfiyyətinin artırılması və Tkibuli bölgəsində  onların yaşama imkanlarının genişlənməsinə xidmət edir. Bundan başqa təşkilat gənclərin boş vaxtlarını maraqlı və səmərəli keçirmələri üçün yeni imkanlar axtarır.

TBİF yerli gənclərin məqalələr yaza biləcəyi “Günəşli gecə” adlı gənclər qəzetinin yaradılmasını dəstəkləyir.

TBİF öz fəaliyyətini həm də yerli gənclərin öz biznesini yaratmaq, kənd təsərrüfatı və aqroturizmi inkişaf etdirmək istiqamətində qurur. Vətəndaşların iqtisadi vəziyyəti və sosial fəaliyyətini yaxşılaşdırmaq məqsədilə əhalinin təşəbbüslərini dəstəkləməyə yönəldir.

 

Əlaqələndirici şəxs: 

Mirza Gubeladze (direktor)
#4 Robakidze küç, Tkibuli
+ 995 90 80 26 80
tdf_georgia@yahoo.com
www.tkibuli.org

 

Website: www.tkibuli.org
Email: tdf_georgia@yahoo.com

 

19.05.2010
Qazancim.az

                Klik

loading...