"Həyat üçün qərarlar" layihəsi

“Həyat üçün qərarlar” nə deməkdir?
“Həyat üçün qərarlar” (Decision For Life) – layihəsi gənc qadınlar üçün nəzərdə tutulmuşdur. Layihənin məqsədi gənc xanımların işlə təmin olunma, karyeranın düzgün qurulması və ailə həyatı, həmçinin işlə şəxsi həyatın düzgün balanslaşdırılması barəsində məlumatlandırılmasıdır.

Hələ həyat yolunun başlanğıcında belə uzunmüddətli qərarların qəbul edilməsi təkcə xanımların öz gələcəklərini deyil, həm də cəmiyyətin gələcəyini müəyyənləşdirir – onların seçimi demoqrafik proseslərin inkişafına və işçi qüvvəsinin yenilənməsinə birbaşa təsir göstərir.

 

Layihənin coğrafi dairəsi və işçi qüvvəsi
“Həyat üçün qərarlar”  layihəsi 14 müxtəlif inkişaf etməkdə olan ölkələrdə həyata keçirilir: bura MDB məkanında olan Azərbaycan, Belarus, Qazaxıstan, Ukrayna ilə yanaşı Braziliya, Hindistan, İndoneziya, Afrikada isə Anqola, Botsvana, Malavi, Mozambik, CAR, ZambiyaZimbabve daxildir.

Hazırda layihənin əhatə dairəsi xidmət sahəsində çalışan gənc xanımlardan ibarətdir. Onların sadalanan 14 ölkədə xidmət sahələrində payları artmaqdadır və xanımların əksəriyyəti 15-29 yaşları arasındadır.
Bu layihə səkkiz peşə qrupunu əhatə edir:

  • əməliyyat mərkəzinin telefonçuları;
  • katibliyin işçiləri;
  • mühasiblər;
  • İT-mütəxəssislər;
  • satış agentləri və pərakəndə satış kassirləri;
  • müştərilərlə iş üzrə nümayəndə / mehmanxana xidmətçiləri;
  • turizm agentliyinin vasitəçiləri; 
  • mehmanxana işindəki qulluqçular.

Mütəxəssislərin qiymətləndirməsinə əsasən sadalanan 14 ölkədə, yaşları 15-29 arasında olan 10-12 milyon xanım məhz bu xidmət sahələrində çalışır.

                 75 AZN qazanmaq istəyirsən?

 Mexanizm necə işləyəcək?

Hərtərəfli məlumatlı olmaq üçün hadisəyə iki qarşılıqlı yanaşmada baxılacaq. Birincisi, həmkarlar ittifaqlarının 10 000-ə yaxın qadına hamilik edəcəyi gözlənilir. Şirkətlərlə yerlərdə görüşlər keçiriləcək, təlim seminarları və çap məlumatlarının yayılması təşkil olunacaq.


İkincisi isə, internet vasitəsilə məlumatların sadalanan 14 ölkədə yuxarıda qeyd edilən işçi qruplarında çalışan bir milyona yaxın qadına çatdırılması planlaşdırılır. Əgər nəzərə alsaq ki, qeyd olunan peşələr əsasən şəhərlərdə mövcud olur, onda əminliklə ehtimal etmək olar ki, qarşıya qoyulan məqsəd realdır.

 

Layihənin iştirakçıları
Layihəyə ümumi rəhbərliyi Həmkarlar İttifaqlarının Beynəlxalq Konfederasiyası (HİBK) həyata keçirir. Gender bərabərliyi sahəsində maarifləndirmə HİBK-in uzunmüddətli strategiyalarından biridir. Bundan başqa, HİBK, əməkhaqqı və iş sferasında fəaliyyət göstərən internet saytların inkişafına dəstək olan və 45 ölkədə bu sahədə təcrübəyə malik olan WageIndicator fondu ilə də əməkdaşlıq edir.


HİBK-in bu layihədəki elmi əməkdaşı isə əmək şəraitinin yaxşılaşdırılması, əməkhaqqı, şirkətdaxili əmək münasibətləri sahəsində məlumatların toplanmasında peşəkarlaşmış Amsterdam Universitetidir / AİAS. Bütün bu partnyorlar mütamadi olaraq layihənin gedişatında və həyata keçirilməsində iştirak edəcək Nəzarət şurasını təşkil edirlər. HİBK yuxarıda adı çəkilən 14 ölkədəki fliallarla da əməkdaşlıq edir.

“Həyat üçün qərarlar” layihəsi, BMT-nin Minillik bəyannaməsinin “Cinsi bərabərliyin təmin olunması və qadın hüquqlarının genişləndirilməsi” (maddə 20) maddəsini əsas tutaraq, Hollandiya Xarici İşlər Nazirliyinin “Üçüncü məqsədlər”in irəliləyişinə nail olmaq üçün Minilliyin inkişaf hədəfləri bəyanatı qrantını qazanmışdır.

                 75 AZN qazanmaq istəyirsən?

loading...