İlk qalibimizdən müsahibə :)

Qeyd etdiyimiz kimi, "75 AZN Qazanmaq İstəyirsən?" adlı uduşlu kampaniyamızın ilk qalibi bir neçə gün bundan əvvəl elan olunmuşdu. İndi isə qalibimiz - Rəşad Mehbalıyevdən alınan müsahibəno sizə təqdim edirik.

Qeyd etdiyimiz kimi, "75 AZN Qazanmaq İstəyirsən?" adlı uduşlu kampaniyamızın ilk qalibi bir neçə gün bundan əvvəl elan olunmuşdu. İndi isə qalibimiz - Rəşad Mehbalıyevdən alınan müsahibəno sizə təqdim edirik.

Rashad Mehbaliyev in Budapest

Müsahibə:

- Salam Rəşad. Necəsiz? İlk növbədə sizə TƏBRİKLƏR!!! Məsələni çox uzatmadan bir-başa müsahibəyə keçmək istərdik. Üç sualla sorğu haqda fikirlərinizi alacıq. Birinci sualımız belə olacaq :

 Anket haqda hardan xəbər tutdunuz?

- Salam. Yaxşıyam, çox sağolun. Təbriklərə görə isə Təşəkkürlər.

Anket haqqında bir neçə mənbədən məlumat aldım, qeyd edim ki, bu sorğu haqqında Facebook-dan - http://facebook.com/qazancim, Twitterdən - http://twitter.com/qazancimaz,   yahoo qruplardan bu sorğunun açılması barədə xəbər aldım. Təşkilatçıları sırasında olduğum BarKamp Azərbaycan - www.barcamp.az/2009 tədbirində qazancim.az saytının təqdimatında da iştirak etmişdim və bu ideya çox xoşuma gəlmişdi. Buna görə də müntəzəm olaraq bu saytı izləyirəm.

- Çox sağolun. İkinci sualımız :

İndi Azərbaycan reallığında belə hədiyyəli sorğulara inam demək olar ki, yoxdu. Anketi dolduranda sorğu və uduşa sahib ola biləcəyiniz haqda nə düşünürdüz?

- Sözün açığı bu sorğu mənim iştirak etdiyim ilk sorğu deyil, belə ki, veb-səhifələrdəki sorğuların gələcək həyatda əgər hansısa əhəmiyyətinin olacağını düşünürəmsə, bu sorğuda iştirak etməyi özümə borc hesab edirəm. Çünki bizim sorğuda iştirakımız bir çox tədqiqatların hərəkətverici qüvvəsidi. Bir daha qeyd edirəm ki, heç də bütün sorğularda iştirak etmirəm. Sorğuda iştirak edərkən məhz mənim qalib gələcəyimə inamım elə də yüksək deyildi və aldığım təbrik məktubunu gördükdə üzümdə sevinc yarandı.

- Və nəhayət üçüncü və sonuncu sualımız:

  qazancim.az saytı və sorğu haqda nə düşünürsüz?

- Qeyd etdiyim kimi qazancim.az saytı haqqında təqdimata baxdıqda mən belə bir layihənin Azərbaycan üçün çox tələbatlı olduğunu düşündüm. İlk illərdə bu özünü aydın biruzə verməsə də, qarşıdakı illərdə bunun şahidi olacayıq. Bu tipli sorğuların və qeyri-adi uduş məbləğinin (hər ölkə üçün minimal əmək haqqı) seçilməsi isə mənim diqqətimi cəlb edən amillər idi. Sizə bu saytın inkişaf etdirilməsi yolunda uğurlar arzu edirəm!

-  Müsahibəyə görə çox sağolun. Bizdə sizə "qazancim.az Komandası" adından gələcək həyatınızda bol-bol uğurlar və şans arzu edirik.

24.01.2010
qazancim.az

                    75 AZN qazanmaq istəyirsən?

Loading...