İş və iş axtaranlar - Statistika

İl ərzində ölkənin 57 şəhər və rayonunda keçirilmiş əmək yarmarkalarında 3 mindən çox müəssisə 24 min boş iş yeri təklif edib. Bunlardan yalnız üçdə biri işaxtaranları qane edib.

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidməti orqanlarına 46 467 nəfər iş tapmaq üçün müraciət edib. Onların 28382 nəfəri (60 faiz) işlə təmin edilib. 2008-ci illə müqayisədə iş axtaranların sayı 6,6 faiz artıb, işlə təmin olunanların sayı isə 10 faiz azalıb.

işçilər

2009-cu ildə iş axtaranların 5086 nəfərinə iş təklif edilə bilmədiyindən işsiz statusu verilib. Daha 5687 nəfərə işsizlik müavinəti təyin edilib. Bundan başqa, 5 minədək şəxs peşə hazırlığı kurslarına cəlb edilib ki, bu da 2008-ci illə müqayisədə 42 faiz çoxdur.

İl ərzində ölkənin 57 şəhər və rayonunda keçirilmiş əmək yarmarkalarında 3 mindən çox müəssisə 24 min boş iş yeri təklif edib. Bunlardan yalnız üçdə biri işaxtaranları qane edib.

Bundan əlavə, Bakı, Gəncə şəhərlərində və Abşeron rayonunda məzunların və tələbələrin işlə təmin olunmasına köməklik göstərilməsi məqsədi ilə karyera yarmarkaları keçirilib. Bu yarmarkalara 500-dək müəssisə 2351 vakant iş yerləri təqdim edib. Tələbə və məzunların 431-i işlə təmin olunub.

Qeyd edək ki, 2009-cu ilin əvvəlinə Azərbaycanda muzdla işləyənlərin sayı 4 milyon nəfərdən artıq idi. Statistikaya əsasən, 2009-cu ilin 9 ayı ərzində ölkədə 56 185 yeni iş yeri yaradılıb.

 

12.01.2010
qazancim.az

                   75 AZN qazanmaq istəyirsən?

loading...