13 il = 1 milyard dollar

Dünyanın qolf ulduzu Tayqer Vuds idman tarixinə ilk milyarder kimi düşüb. Belə ki, onun idmandan gələn gəlirləri 1 milyard dollara çatıb.

Dünyanın qolf ulduzu Tayqer Vuds idman tarixinə ilk milyarder kimi düşüb. Belə ki, onun idmandan gələn gəlirləri 1 milyard dollara çatıb. Rekord göstərici amerikalı qolfçunun mötəbər “FedEx Cup” turnirinin qalibi olaraq 10 milyon dollar əldə etməsindən sonra müəyyən olunub.

Məşhur qolf ustasının pullarını “Forbes” jurnalı hesablayıb. Qeyd edək ki, bu jurnal məhz bu istiqamət üzrə ixtisaslaşıb.

Bu tarixi səddi aşmaq üçün Vudsa nə az, nə çox, düz 13 il lazım gəlib. O, 1996-cı ildən müntəzəm olaraq idmanın ən yüksək ödənişli növü olan qolf üzrə müxtəlif peşəkar yarışlarda qələbələr qazanmağa başlayıb.

Tayqer idman gəlirlərilə yanaşı reklam müqavilələrindən də pul qazanır. O eyni zamanda qolf üçün meydança tikintisilə də məşğuldur.

İdman gəlirləri səviyyəsi üzrə Vudsla yalnız basketbolçu Maykl Cordan və “Formula-1”in yürüşçüsü Mixael Şumaher rəqabət apara bilərdi, lakin bu idmançıların hər ikisi artıq öz karyeralarını başa vurublar.

                     75 AZN qazanmaq istəyirsən?

Loading...