Azərbaycanda 2009-cu ildə 180 000 ailə sosial yardım alacaq

Azərbaycanda 2009-cu ildə ünvanlı sosial yardım alan ailələrin sayı 170-180 minə çata bilər.

"Pragnozlara görə 2009-cu ildə ünvanlı sosial yardımın həcmi artacaq, bununla bərabər sosial yardım alan ailələrin sayı təqribən 170-180 minə çata bilər", - bu haqda Azərbaycanın Əmək və Əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov kollegiya iclasında  bildirib. O qeyd etdi ki, 2008-ci ildə təqribən 164 000 ailə orta hesabla 101 manat sosial yardım alıb.

Nazir qeyd etdi ki, 2006-cı ildən fərqli olaraq bu il sosial yardımlar 2,2 dəfə artmışdır. Onun sözlərinə görə sosial yardım alan ailələrin 54,5%-nin 3 və ya artıq uşağı var.

                       75 AZN qazanmaq istəyirsən?

Loading...