Azərbaycanda az gəlirli sahələrdən biri də media sahəsidir

Bəzi ekspertlər, Azərbaycan jurnalistləri aylıq gəlirləri az olan əhali qrupuna aid edir. Onlar gündəlik iş cədvəllərini də tez-tez pozmalı olurlar.

Azərbaycanda az gəlirli sahələrdən biri də media sahəsidir

Bəzi ekspertlər, Azərbaycan jurnalistləri aylıq gəlirləri az olan əhali qrupuna aid edir. Onlar gündəlik iş cədvəllərini də tez-tez pozmalı olurlar.

İşçilər üçün ən gəlirli sahələr sıralamasında kütləvi informasiya vasitələri sahəsi axırıncı yerlərdən birini tutur. Mediada çalışan işçilərin aylıq qazandığı məbləğ əksər əksər hallardar orta-babat yaşamağa imkan verir. KİV-nin rəhbər işçiləri istisnadır. Getdikcə Azərbaycanda qəzet oxumağa marağın azalması, yeni media növlərinin ənənəvi medianı üstələməsi, elektron KİV-lərinin imkanları çap mətbuatının vəziyyətini daha da pisləşdirir. Ona görə də, qəzet redaksiyaları demək olar ki, yazarlar və müxbirlər üçün yeganə gəlir mənbəyi olmaqdan çıxıb. Dövri mətbuatda yalnız büdcədən maliyyələşən qəzet və çap məhsulları redaksiyaları normal gəlirli iş yerləri sayıla bilər.

Günü-gündən böyüyən Azərbaycan İnterneti məkanında xəbər portalları və agentliklərin sayı da artır. Bu redaksiyalarla əməkdaşlıq etdikləri müxbirlərə bir informasiyaya 3-5 manat arası honarar ödəyirlər. Orta qiymət kimi 4 manat götürsək və bir müxbirin gündəlik önəmli 2 informasiyası əldə etsə ən yaxşı halda agentlik ona ayda 240 manat ödəyəcək. Agentlik və İnternet portallar isə xəbərləri əsasən paxtaxt Bakı haqda yazılar dərc edir. Ölkənin digər regionundan olan jurnalistlərin agentliyə gündəlik iki informasiya satmaq imkanları məhdudur. Regionlarda xəbərin nə qədər olmasından asılı olaraq redaksiyalar müxbirləri yalnız qonorar hesabı deyil, ştatlı işçi kimi çalışdıra da bilərlər. Bu “daha çox məlumata daha çox qonorar” prinsipini tətbiq etməmək üçündür. Əgər işçi ştatlı işçidirsə ona 150-350 AZN arası maaş ödənilir. Misal üçün, Azərbaycanda ikinci böyük şəhər olan Gəncədə, agentlik və xəbər portalları ilə əməkdaşlıq edən müxbirlərin bu işdən aylıq gəliri ən çox 200 manatdır.

Çoxlarının yaxşı gəlir mənbəyi kimi baxdığı televiziya işini də əslində regionlarda gəlirli sahə hesab etmək olmaz. Araşdırmalar göstərir ki, Azərbaycanın regionlarında çalışan TV işçilərinin aylıq gəlirləri əksər hallarda heç orta aylıq əmək haqqı qədər də deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, hazırda ölkədə orta aylıq əmək haqqı 298 manatdır. Azərbaycanın qərb regionunda 298 manatdan çox qazanan  TV-işçiləri əsasən redaktor və departament müdirləridir. Bu isə şirkətin ümumi işçilərinin çox az hissəsidir.

Gəncədə fəaliyyət göstərən özəl teleradio şirkətlərinin birində çalışan Fərid Mehdiyev deyir ki, şirkətdən aldığı məvacib vergilər və sosial sığorta haqqları çıxıldıqdan sonra 300 manat təşkil edir. Fərid teleradio şirkətinin xəbərlər xidmətinin redaktorudur. Gündəlik orta hesabla 8 saatdan çox işləyir. Bununla belə ikinci iş yeri də var. O, həm də nüfuzlu informasiya agentliklərinin birinin region üzrə müxbiridir. Bu informasiya agentliyi honarar hesabı ilə pul ödəyir – aylıq təxminən 200 manat. 3 ildən çoxdur TV sahəsində çalışan Fərid hesab edir ki, 500 manat yaşadığı Gəncə şəhərində bir nəfərin normal yaşamasına bəs edir. Təqvim ayı ilə hesablama aparsaq aylıq 500 manat qazancı olan adamın gündəlik qazancı 16 manat 60 qəpikdir. Bir ildə isə bu məbləğ 6000 manat edir.

“Ailəli olduqda vəziyyət dəyişir. Qeyd etdiyim məbləğ bir nəfərin normal yaşayışını təmin etməyə yetər, ancaq ailəli olduqda xərclər 2-yə vurulur. Bu halda yaxşı olardı ki, ailə üzvlərinin hamısı çalışsın. İki nəfərlik gənc ailə 800 manatla Gəncədə normal yaşaya bilər” – Fərid Mehdiyev.

Gəlir xərcləri ödəyirmi? Fərid hesab edir ki, onun gəlirləri xərcləniri ödəyir.

“Bizim xərclərimiz siyahısına qida, geyim və kommunal xərclər başçılıq edir. İstirahət və əyləncə isə ən axırıncıdır. Mən hesab edirəm ki, əksər müəsissələrdə insanlar sərf etdikləri əməyin qarşılığını tam ala bilmirlər. İşçilər çox işləyib az qazanır.”

İşçi ilə işəgötürənin əmək münasibətlərini əmək müqavilələri tənzimləyir. Fikrini öyrəndiyimiz jurnalistlər hesab edir ki, əmək müqavilələri müxbirlər üçün formal xarakter daşıyır. Ona görə ki, bu peşə sahibləri öz iş qrafiklərini çox tez-tez pozmalı olurlar. Bu halda isə Əmək Məcəlləsində nəzərdə tutulan əlavə iş üçün əlavə ödəniş təmin olunmur.

Nəzakət Məşədiəli qızı iki televiziya ilə əməkdaş edir. Gəncədə yaşayır. Gəncəbasar regionunu əhatə edən teleradio şirkəti ilə yanaşı çox nüfuzlu respublika TV kanalının bölgə üzrə müxbiridir. Vergi və digər ödənişlər çıxıldıqdan sonra hər iş yerindən 200 manat maaş alır. Aylıq gəliri ümumilikdə 400 manatdır. Daha əvvəllər agentlik və qəzetlərlə də əməkdaşlıq edib. Nəzakət Məşədiəli qızının sözlərinə görə, normal pul qazanmaq üçün bir neçə yerdə işləməlisən.

“İndi elə bir vəziyyətdir ki, bir iş yerindan aldığın pul heç bir şeyə yetmir. Məcbursan iki və daha çox yerlə əməkdaşlıq edəsən ki, heç olmasa öz xərclərini ödəyə biləsən. Bu təbii ki, yaxşı hal deyil. Bir neçə yerdə işləmək işinin keyfiyyətinə az da olsa təsir göstərir. Ona görədir ki, media da peşəyönümlü probelmlər çox olur. Çünki müxbirləri də hər bir kəs kimi pul maraqlandırır. Peşəkarlıq isə bu qaça-qaç da itib batır.” – Nəzakət Məşədiəli qızı.

Nəzakət Məşədiəli qızının sözlərinə görə onun xərcləri siyahısında birinci geyim sonra qida və mərasim xərcləri (toy, nişan, ad günü, yas günü) tutur.

Yerli teleradio şirkətlərinin birinin baş redaktoru Səadət Bayramova deyir ki, jurnalistlər belə az gəlirlər özləri üçün yaxşı həyat şəraiti qura bilməzlər. Ona görə də məsələyə kompleks yanaşılmalıdır. Misal üçün, mediadan peşəkarlıq gözləyirlərsə onda bu sahənin işçilərinin sosial rifah hallarının yüksəldilməsi üçün dövlət proqramları həyata keçirilməlidir. Belə proqramlara media işçiləri üçün sosial güzəştlərin, mənzil təminatının yaxşılaşdırılmasını məsələri də daxil edilə bilər.

Onun sözlərinə görə, müxbir gün ərzində beynini məişət problemi ilə məşğul etməməlidir: “Onu yalnız xəbər maraqlandırmalıdır. O həmişə xəbəri axtarmalıdır. Amma aydın məsələdir ki, az gəlirlə işləyən hər bir kəs kimi jurnalistlərin də fikirləri məişət qayğıları ilə yüklənir. Bu isə yazarların nəsə maraqlı yazmaq yaratmaq, yenilikçi olmaq həvəsini öldürür. Az maaş verib müxbirdən çox iş gözləmək də olmur.”

Hazırda Azərbaycanda ən gəlirli sahələrə bank-maliyyə, informasiya kommunikasiya texnologiyaları, neft istehsalı, tikinti sahələrini aid edilir.

 

Ülvi Telmansoy

 

                  75 AZN qazanmaq istəyirsən?

Loading...