İDMANÇILARA TƏQAÜDLƏRİN və DİGƏR ÖDƏNİŞLƏRİN VERİLMƏSİ QAYDALARI TƏSDİQLƏNİB

Nazirlər Kabineti Azərbaycanda idmançılara təqaüdlərin və digər ödənişlərin verilməsi meyarları və qaydalarını təsdiq edib. Qərar “Bədən tərbiyəsi və idman haqqında” qanununun tətbiq edilməsi barədə prezident fərmanının icrasının təmin edilməsi məqsədilə imzalanıb.

Nazirlər Kabineti Azərbaycanda idmançılara təqaüdlərin və digər ödənişlərin verilməsi meyarları və qaydalarını təsdiq edib.

Qərar “Bədən tərbiyəsi və idman haqqında” qanununun tətbiq edilməsi barədə prezident fərmanının icrasının təmin edilməsi məqsədilə imzalanıb.

Nazirlər Kabineti Maliyyə Nazirliyinə tapşırıb ki, idmançılara təqaüdlərin və digər ödənişlərin verilməsi üçün tələb olunan xərclərin hər il dövlət büdcəsində Gənclər və İdman Nazirliyinin “Bədən tərbiyəsi və idmanın təşkili” bölməsi üçün nəzərdə tutulan vəsait dairəsində maliyyələşdirilməsini təmin etsin.

Qayda və meyarlara görə, idman sahəsində təqaüdlər Olimpiya və Paralimpiya Oyunlarına vəsiqə qazanan idmançılara və beynəlxalq yarışlara hazırlıq və onlarda iştirak prosesində milli yığma komandanın üzvlərinə veriləcək. Olimpiya və Paralimpiya Oyunlarına vəsiqə qazanan milli yığma komandaların hər bir üzvünə xüsusi dövlət təqaüdü veriləcək.

Milli yığma komandaların tərkibində çıxış edən idmançılar beynəlxalq yarışlara hazırlıq və iştirakla bağlı əlavə ödənişlər də alacaq. Bura təlim-məşq toplanışlarında və beynəlxalq yarışlarda iştirak müddətində idmançıların qidalanması, vitamin və digər tibbi preparatlarla təmin edilməsi və bərpa prosesləri, idmançıların sığortası, xüsusi idman avadanlıqları, ləvazimatları və geyimləri ilə təmin olunmaları üçün xərclər və ezamiyyə xərcləri daxildir.

 

28.01.2010
qazancim.az

                   75 AZN qazanmaq istəyirsən?

Loading...