İlin əvvəlindən orta əmək haqqı 24,3% artıb

1 dekabr 2008-ci il məlumatlarına görə Azərbaycanda orta əmək haqqı 265,1 manat təşkil edir. Dövlət statistika komitəsinin Day.az a verdiyi məlumata görə bu göstərici, yəni 24,3% 2007-ci il yanvar-noyabr göstəricilərini ötüb keçir.

1 dekabr 2008-ci il məlumatlarına görə Azərbaycanda orta əmək haqqı 265,1 manat təşkil edir.

Dövlət statistika komitəsinin Day.az a verdiyi məlumata görə bu göstərici, yəni 24,3% 2007-ci il yanvar-noyabr göstəricilərini ötüb keçir.

Dövlət komitəsi qeyd edib ki, ən yüksək əmək haqqını emal sənayesi, malliyə sektoru, tikinti və daşınmaz əmlak işçiləri alır.

2009-cu il üçün orta əmək haqqı 280,5 manat(+ 30 %) proqnozlaşdırılır. Əhalinin əmtəə(pul) gəliri 16 650 milyon manat(+29,4) gözlənilir. Əhalinin adambaşına düşən minimal gəliri 1951,3 manat (+29,4 %) təşkil etməlidir.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2008-ci il sentyabr ayında verdiyi sərəncama əsasən minimal əmək haqqı və əmək təqaüdü 25%  artırılmışdır. Bu yolla dövlət və özəl sektorda minimal əmək haqqı 75 manata qədər artdı (təxminən 92 dollar). Bu qərar 600 min vətəndaşa aid edilmişdir.

Minimal əmək haqqlarının 25 % qalxması ilə parallel olaraq, dövlət büdcəsindən maliyyələşdirilən müqavilə sferasının işçilərinin də əmək haqqları  qalxmışdır. Malliyyə Naziri S.Şərifov qeyd etdi ki, bu yolla onlar üçün əmək haqqı artımı tam olaraq 50 faiz  təşkil edir.
                       75 AZN qazanmaq istəyirsən?
Loading...