İşsizlərin sayı 240 milyon nəfərə çatacaq

Beynəlxalq Əmək Təşkilatı: 2009-cu ildə dünyada işsizlərin sayı 240 milyon nəfərə çatacaq

Beynəlxal Əmək Təşkilatı hesab edir ki, bu il ən acınacaqlı vəziyyət postsovet ölkələrində yaranacaq və işsizlik 12 faizədək ara bilər


2009-cu ildə iqtisadi böhranının təsiri üzündən dünyada sizlərin sayı 7,4 faiz artacaq və təxminən 240 milyon nəfərə çatacaq. ANS PRESS, “RBK daily” qəzetinə istinadən xəbər verir ki, bunu Beynəlxalq Əmək Təşkilatı (BƏT) açıqlayıb.


Bu il işsizlərin sayının 210-139 milyon nəfər olacağı gözlənilir. Bu, 1991-ci ildən bu yana ən yüksək göstəricidir. 2008-ci ildə dünyada 190 milyon nəfər işsiz olub. BƏT-in yaydığı hesabatda bildioilir ki, əmək bazarında vəziyyət pisləşməkdə davam edir. Hələ martda təşkilat bildirmişdi ki, iqtisadi böhran 2009-cu ildə işsizlərin sayının 2007-ci illə müqayisədə 25-54 milyon nəfər artmasına səbəb olacaq.


İndi bu proqnozlara yenidən baxılıb və BƏT ehtiyatlanır ki, 2009-cu ildə böhran 39 milyondan 59 milyon nəfərədək insanı işsiz qoyacaq. Bundan başqa, hər il əmək bazarına 45 milyon nəfər müraciət edir. Bu isə o deməkdir ki, 2009-2015-ci illər ərzndə yalnız onların işlə təmin edilməsi üçün 300 milyon yeni iş yeri açılmalıdır. Amma ekspertlər bunu qeyri-real hesab edirlər. Aparıcı ölkələr üçün işsizlik səviyyəsinin 6,1 faizdən 9 faizədək olması proqnozlaşdırılır. Ən çətin vəziyyət isə postsovet ölkələrində gözlənilir-9-12 faiz.


BƏT dünya ölkələrini işsizliklə mübarizədə qətiyyətli və əlaqələndirilmiş addımlar atmağa çağırıb. Xüsusilə işsizlərə qarşı artıq bir çox ölkələrdə tətbiq olunan yanaşmadan -yol və bina tikintisi layihələrinin fəallaşdırılmasından istifadə oluna bilər. Bununla iş yerlərinin sayı artar. BƏT hesab edir ki, iqtisadi böhranın nəticələri aradan qaldırıldıqdan sonra əmək bazarındakı vəziyyətin normallaşmasına 4-5 il vaxt sərf olunmalıdır. /ANS PRESS/


İstinad : www.deyerler.org

Loading...