İyulun birindən Azərbaycana gətirilməsi qadağan olunan maşınların siyahısı

1 iyul 2010-cu ildən Azərbaycana Avro-2 standartlarına cavab verməyən avtomobillərin idxalına icazə verilməyəcək.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komissiyasının rəhbəri Ramiz Həsənov fevralın 12-də keçirdiyi mətbuat konfransında deyib ki, ilin ortasından xaricdən gələn bütün avtomobilləri idxalına icazə verilməyəcək. Onun sözlərinə görə, hazırda Avropada Avro-5 standartı tətbiq olunmağa başlasa da, Azərbaycanda Avro-2 standartı tətbiq olunacaq.

Ramiz Həsənov bu ilin iyulundan ölkəyə köhnə avtomobillərin idxalının dayandırılacağını söyləyib: “10-15 il əvvəl istehsal olunmuş avtomobillər Azərbaycana idxal edilməyəcək. Konkret hansı ildən başlayaraq istehsal olunmuş avtomobillərin idxalının qadağan edilməsinə gəlincə, Nazirlər Kabineti bir həftə ərzində bununla bağlı qərar verəcək”.

masin zibilliyi

Komitə sədri qadağaların tətbiqi zamanı avtomobilin hansı şirkətə və ölkəyə məxsus olmasının əsas götürülməyəcəyini deyib: “Əsas odur ki, mühərrikdən çıxan qaz “Avro-2” standartına uyğun olsun”.

R.Həsənov onu da bildirib ki, bu istiqamətdə milli standartların hazırlanması prosesi Azərbaycan Dövlət Neft Şirkəti ilə birlikdə aparılır, çünki yerli yanacaq da Avropa standartlarına cavab verməlidir. Yerli yanacağın standartlara cavab verib-vermədiyi bildirilmir.

Avro-2 standartları Avropa Birliyində 1995-ci ildə, Rusiyada 2005-ci ildə, Qazaxıstanda isə 2009-cu ilin iyulundan tətbiq olunmağa başlayıb.

Avtomobilin istehsal yeri

Avro- 2 standartlarına uyğun olaraq istehsal olunmağa başlanılan tarix

Avropa Birliyi, benzin mühərriki

1997-ci il

Avropa Birliyi, dizel mühərriki

1997-ci il

ABŞ

1996-cı il

Yaponiya

1998

Kanada

2001

Hindistan

2005

Malaziya

2003

Çin

2004

Koreya

2001

Rusiya

2006

Özbəkistan

2007

Ukrayna, M kateqoriyası

2006

Ukrayna, N kateqoriyası

2007

 

12.02.2010
Qazancim.az

 

 

                     75 AZN qazanmaq istəyirsən?
loading...