Maaş və pensiyalar nə vaxt, nə qədər artacaq?

Aprelin 1-də Şirvanda ictimaiyyət nümayəndələri ilə görüşəndə prezident İlham Əliyev 2010-cu ildə maaşların, pensiyaların artırılmasının nəzərdə tutulduğunu dedi. Bəs maaş və pensiyalar bu ilin hansı ayında, nə qədər, həm də hansı kateqoriyaya aid insanların maaş və pensiyaları artacaq?

Aprelin 1-də Şirvanda ictimaiyyət nümayəndələri ilə görüşəndə prezident İlham Əliyev 2010-cu ildə maaşların, pensiyaların artırılmasının nəzərdə tutulduğunu dedi. Bəs maaş və pensiyalar bu ilin hansı ayında, nə qədər, həm də hansı kateqoriyaya aid insanların maaş və pensiyaları artacaq?

Bu suallarla Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbliyə və iqtisadçı ekspert Rövşən Ağayevə müraciət edib.

H.Rəcəbli bildirib ki, artıq Azərbaycanda büdcə profisiti formalaşıb və bu proses vətəndaşların əmək haqqının artırılacağını deməyə əsas verir: “Prezidentin verdiyi bəyanat ilin ikinci yarısında icra olunacaq. Əsas diqqət minimum əmək haqqının və pensiyaların qaldırılmasına yönəldilməlidir”.

H.Rəcəbli büdcədən maliyyələşən işçi təbəqələrindən həkimlərin əmək haqqının qismən aşağı olduğunu bildirib: “Ola bilər ki, il ərzində həkimlərin minimum əmək haqqı artırılsın. Ancaq bunu müəyyən araşdırmadan sonra dəqiq demək olar. Müəllimlərin də əmək haqqı artırıla bilər. Lakin bu, 2010-cu ildə olmaya da bilər”.

bankomat2

R.Ağayev qeyd edib ki, adətən belə məsələlər ilin sonunda, növbəti ilin büdcəsi tərtib olunanda hökumətin büdcə siyasətinin istiqamətlərində əksini tapır. Büdcə siyasətinə və onun istiqamətləri yönündə keçirən tədbirlərə əsaslanan R.Ağayev maaş və pensiyaların 2010-cu ilin ikinci yarısında artırıla biləcəyini ehtimal edir: “Ancaq əvvəlcədən proqnoz vermək də çətindir. Əgər prezident maaş və pensiyaların artacağını bəyan edirsə, deməli, belə bir məsələ artıq nəzərdə tutulur. Mümkün variant odur ki, minimum pensiyalar artırılsın. Azərbaycanda yaşayış minimumun dəyəri 87 manat olduğu halda, minimum pensiyalar 75 manatdır. Göründüyü kimi, 15 faiz fərq var. Əvvəlki illərdə bu fərq daha çox idi. Fasilələrlə pensiya və əmək haqqının artırılması bu intervalda fərqi azaldıb. Gözlənilən pensiya artımı 90 manata qədər ola bilər”.

Ekspert büdcə imkanlarının 2009-cu illə müqayisədə hələ yaxşı olduğunu bildirib. O qeyd edib ki, dünya bazarında son vaxtlar neftin qiymətinin qalxması Azərbaycanda büdcə gəlirlərinin artmasına təsir göstərir. Bu baxımdan minimum əmək haqqı və pensiyaların qaldırılmasına dövlət büdcəsindən vəsait ayrılması mümkündür.

R.Ağayev dövlət başçısının bəyanatının minimum əmək haqqı həcmində maaş alan vətəndaşlara da şamil edilməsini mümkün sayır: “Məncə, daha çox sosial sahələrdə çalışan işçilərin əmək haqqı artırılacaq. Sosial sahələrin işçiləri büdcə sektorunun 70 faizini təşkil edir”.

 

16.04.2010
Media Forum

                  Klik

Loading...