Minimal əmək haqqı orta maaşdan çox aşağıdır

63 ölkə, o cümlədən 25 inkişaf etmiş, 12 keçid iqtisadiyyatı (avropa və MDB-nin bəzi ölkələri) və 26 inkişaf etməkdə olan ölkələr üzrə araşdırma minimal əmək haqqının orta maaşdan çox aşağı olduğunu göstərir

63 ölkə, o cümlədən 25 inkişaf etmiş, 12 keçid iqtisadiyyatı (avropa və MDB-nin bəzi ölkələri) və 26 inkişaf etməkdə olan ölkələr üzrə araşdırma minimal əmək haqqının orta maaşdan çox aşağı olduğunu göstərir. Bu rəqəmlər Qlobal Gəlir Hesabatında əks olunub. Beynəlxalq Əmək Təşkilatı (BƏT)-nın məlumatına görə bu fərq 60%-ə bərabərdir. İqtisadi böhranın başladığı vaxtdan, minimal və orta əmək haqqı arasındakı fərq getdikcə artır. Belə bir vəziyyətdə bütün maraqlı tərəflərin iştirakı ilə müzakirələrin keçirilməsi vacib sayılır. Xüsusilədə kiçik və orta sahibkarların, QHT-nın və Həmkarlar İttifaqlarının hökümətlə görüşüb danışmağı vacibdir. BƏT-nın verdiyi təklifə görə, qeyri-lelaq iqtisadiyyatın payı çox olan ölkələrdə hökümət çalışmalıdır ki, işçilərin iş yerindən çıxarılması iqtisadi böhran zamanı çətinləşsin və işsizliyin artmasının qarşısı belə alınsın.

                 75 AZN qazanmaq istəyirsən?

Loading...