İşıqlar yenə sönə bilər: xətlərin şəhəri normal enerji ilə təmin etməyə üçün gücü çatmır

Bu gün səhər saatlarında Azərbaycanın enerji sistemində yaranmış problemlə əlaqədar olaraq Nazirlər Kabinetində müvafiq strukturların rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.

Bu gün səhər saatlarında Azərbaycanın enerji sistemində yaranmış problemlə əlaqədar olaraq Nazirlər Kabinetində müvafiq strukturların rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.

Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli məlumat verib.Onun sözlərinə görə, baş nazir Artur Rasizadənin rəhbərliyi altında keçirilən iclasda enerji sistemində problemin yaranma səbəbləri müzakirə olunub. Baş nazir hadisənin baş vermə səbəbinin təcili araşdırılması və az bir vaxtda aradan qaldırılması barədə göstəriş verib.

“Azərenerji” ASC-nin məlumatına görə isə, fevralın 9-da Azərbaycanın enerji sistemində baş verən qəzaya səbəb Mingəçevirdən Abşeron yarımstansiyasına gələn xətlərin birində qəza baş verməsidir. Gərginlik artdıqdan sonra stansiyaya gələn ikinci xətdə də qəza baş verib. Həmin xətlər sıradan çıxdıqdan sonra Səngəçal stansiyasından Xırdalan yarımstansiyasına gələn xətlərdə də müəyyən problemlər yaranıb. Qəza saat 11:57-də baş verib, 6 dəqiqə sonra – saat 12:03-də bərpa edilib.

“Azərenerji” ASC bildirib ki, Azərbaycanın enerji sistemində baş verən qəzanın əsas səbəbi bir neçə gün əvvəl respublika ərazisində olan çovğundur. Çovğun zamanı “Azərenerji” naqillərin açılmasının qarşısını ala bilsə də, yaranmış zədələnmələri aradan qaldıran zaman ciddi maneələr yaranıb. Belə ki, 1960-cı illərdə tikilən bu xətlərin şəhəri normal enerji ilə təmin etməyə üçün gücü çatmır. Bununla bağlı Asiya İnkişaf Bankı ilə müqavilə imzalanıb və Mingəçevir xətlərinin davamı kimi iki xəttin tikilməsi nəzərdə tutulub. Amma bu xətləri çəkməyin özü artıq böyük problemdir. Çünki xətt çəkmək üçün yol yoxdur, hətta xətlərin altı da tutulub.

 

10.02.2010
Qazancim.az

                     75 AZN qazanmaq istəyirsən?

Loading...