Ölmək neçəyə başa gəlir - araşdırma

Azərbaycanın bölgələrində bu xidmət bir az ucuz başa gəlir, çünki mərhumu dəfn etmək üçün yer pulu almırlar. Şəhərdə isə bu xidmət pulludur. Amma Azərbaycanda qəbir yerinin rəsmi olaraq neçəyə başa gəldiyini öyrənmək çətindir.

Dünyadan köçən insan üçün 4 işin görülməsi vacib bilinirdi. Vəfat edən şəxsin yuyularaq qusul verilməsi, kəfənlənməsi, mərhum üçün cənazə namazının qılınması və torpağa tapşırılması. İndi isə vəziyyət dəyişib. Vəfat edən şəxsin həyatdan köçməsi yaxınları üçün  bir dərd, dəfn xərcləri bir başqa problem olub. Dəfn mərasimlərinin qiymətini inanılmaz yüksək həddə çatıb. Amma bu dünyaya gələn adam bir gün mütləq öləcəyini nəzərə alaraq ölməyin bahalı olub-olmadığını sizə təqdim edirik. Sizcə bir günlük dəfn mərasimi neçəyə başa gəlir?

Azərbaycanın bölgələrində bu xidmət bir az ucuz başa gəlir, çünki mərhumu dəfn etmək üçün yer pulu almırlar. Şəhərdə isə bu xidmət pulludur. Amma Azərbaycanda qəbir yerinin rəsmi olaraq neçəyə başa gəldiyini öyrənmək çətindir. Amma misal üçün, bəzi Avropa dövlətlərində qəbiristanlıqlardan məlumat almaq çox asandır, hətta bu xidmət üçün saytlar da var. Londonun yaxınlığında yerləşən Vudbruk qəbiristanlığının verdiyi məlumata görə, qəbiristanlığa yaxın yaşayanlar üçün yer 2500 manata yaxın, daha uzaq olanlar üçün isə 3200-3500 manatdır.

Azərbaycan da isə dəfn mərasimi ilə bağlı artıq saytlar yaradılmağa başlayıb, amma qiymətləri göstərilmir. İnternetdə belə mərasim xidmətləri göstərən firmalar aşağıdakı  xidmətləri təklif edirlər:

cay

 

 

 

 

 

 

 

 

 

 

 

Məclislərin təşkili;

Yeni tipdə dirəksiz (sütunsuz), müasir avadanlıqlarla (stol-stul, isitmə sistemləri və s. ilə) təchiz olunmuş ağ rəngli çadırların çatdırılması və quraşdırılması;

Cənazənin son mənzilə yola salınması üçün xüsusi avtomobil təminatı;

Məclisdə iştirak edənlər üçün sanitar qovşağı qoşqusu ilə təminat;

Müasir qab-qacaqla təmin olunmuş ehsan süfrələrinin hazırlanması;

Gül çələnglərinin sifarişinin qəbulu;

masa

 

 

       

 

 

 

 

 

 

 

 

Biz bu cür xidmət göstərən  şirkətlərdən biri ilə əlaqə saxladıq. Onların sözlərinə görə, Azərbaycanda  dəfn xidmətinin qiyməti bir günlük 300-6000 min manat arasında dəyişir. Misal üçün, 100 nəfərlik bir günlük xidmətə çay və yemək, yüksək personal xidmət daxildir və qiyməti 1300 manat təşkil edir. Müştərinin istəyindən asılı olaraq müxtəlif ərzaq, meyvə və yeməklər olur. Mərasim təşkilatçısı xidmət haqqında belə dedi : “Göstərilən xidmət ən yüksək xidmətdi, özünüz görəcəksiniz, super xidmət göstərilir”. 

tualet

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Qiymətə mərasimin şəhərin mərkəzində və ya kənarda olmasıda təsir edir. Əgər yas Bakıdan kənardadırsa bu da qiymətin artmasına gətirib çıxarır. Məsələn, paytaxtın mərkəzində yas olanda bu qiymət 1500 manata qədər qalxa bilər. Səbəb Bakının mərkəzi küçələrində yerin azlığı ilə bağlıdır. 

Yeməksiz xidmət isə 100 nəfər üçün 300-500 manat arasında dəyişir. Cənazəni son mənzilə çatdırılması üçün icarəyə götürülən maşının qiyməti də məsafədən asılı olaraq 70-80 manat arası dəyişir. Əgər cənazə sahibi gül çələngi də sifariş edəcəksə, bu da təxminən 80-100 manat olacaq. Hesabalamalarımız göstərir ki, qəbir yeri sayılmasa Azərbaycanda bir günlük yas mərasiminin 100 nəfərin iştirakı ilə 1500 manat xərci olur.

Öz fikrinizi aşağıda bildirə bilərsiniz.

 

26.02.2010
Qazancim.az

                  75 AZN qazanmaq istəyirsən?

Loading...