Dünya çempionatı FİFA 2010-da uduzanlar olmayacaq

Dünya çempionatı FİFA 2010 haqqında: əmək haqqları, oyunçular üçün mükafatlar, pul mükafatları, mükafat fondu. CAR-da Dünya Çempionatı qalibləri. Futbolçular Kristiano Ronaldo, Andres İniyesta, Xabi Alonso, Sercio Ramos

Andres IniestaCAR-da keçirilən Dünya çempionatı FİFA 2010 müasir tarixin ən bahalı idman şousu olub. Tədbirin təşkilinə sərf edilən xərc 2006-cı ildəki çempionatla müqayisədə təxminən iki, mükafat fondu isə 1,6 dəfə artıb.

Bütün zamanların ən böyük mükafat fondu!

Dünya çempionatı 2010 üçün FİFA-nın təqdim etdiyi mükafat fondu 420 milyon ABŞ dolları təşkil edir. Bu isə Dünya çempionatı 2006 üçün ayrılmış məbləğdən 151 milyon ABŞ dolları qədər artıqdır.

Rəqabət aparan bütün  komandalar öz cəhdlərinə görə  mükafatlandırılacaq.Turnirin qalibləri 30 milyon ABŞ dolları alacaq ki, bu da dünyanın ən çox qazanan oyunçularından olan Kristiano Ronaldonun illik gəlirinə bərabərdir. 2006 Dünya çempionatının  qalibi İtaliya cəmi 19,3 milyon almışdı.

İkinci komanda-finalçı 24 milyon ABŞ dollarına ümid bəsləyə bilər ( 2006-cı ildəki 17,7 milyonla müqayisədə). Üçüncü və dördüncü yerləri tutmuş komandalar isə müvafiq olaraq 20 və 18 milyon dollar alacaq. Beşinci yerdən səkkizinci yerə kimi yer tutmuş milli yığmaların hər biri isə 14 milyon ABŞ dolları alacaq. Doqquzluqdan on altılığa düşmüş komandalar 9 milyon dollar alacaq. Qrup turnirindən çıxa bilməyən yerdə qalan 16 yığmaların hər biri isə 8 milyon dollar alacaq.

Bundan başqa, çempionatda iştirak edən hər bir komanda çempionata hazırlıq ərəfəsində çəkilən xərclərin əvəzində bir milyon dollar təzminat alacaqlar. Öz komandalarından Dünya çempionatı 2010-a oyunçular göndərmiş klublar isə hər oyunçu üçün gündə 1 600 ABŞ dolları alacaq.

Pul üçün oyun!

FİFA-nın pul mükafatından (priz) əlavə iştirakçılar öz milli federasiyalarından da pul mükafatı almağa ümid edirlər. Məsələn, əgər İspaniya qalib gəlsəydi, İspaniya Federasiyası qaliblərin hər birinə 550 000 avro ( 674 000 ABŞ dolları) ödəməli olardı. Britaniyalıların qalibiyyəti hə bir oyunçuya 450 000 avro (550 000 ABŞ dolları) gətirə bilər. Braziliya və fransız oyunçularına – 300 000 avro ( 367 000 ABŞ dolları), almanlara isə 250 000 avro (306 000  ABŞ dolları).

Çempionatın ev sahiblərinin komandası Bafana Bafana da heç də pis olmayan qonorara – 525 000 ABŞ dollarına və tamamilə yeni Mercedes Benz.ə ümid edə bilər. Əlbəttə ki, Dünya çempionatında qələbə şərtilə. Artıq CAR milli yığmasının qalib olma ehtimalı olmadığına görə, hesab olunur ki, qələbə Fransa yığmasına qismət olacaq.

İspanlar - ən bahalı komanda!

Ispanlar artıq qələbə üçün ən yüksək qonorara iddiyalı ola bilməsələr də,  Dünya çempionatı FİFA 2010-nun ən bahalı komandası olaraq qalır. Andres İniyesta (Andres Iniesta), Xavi Alonso (Xabi Alonso) və Serxiyo Ramos (Sergio Ramos) kimi oyunçular sayəsində ispan milli yığması 300 milyon yevro (300 milyon ABŞ dolları) dəyərindədir.

Bəs siz öz gəlirinizdən razısınızmı? İş və əmək haqqı barədə anonim Anketi doldurun və öz gəlirinizi həmkarlarınızın gəlirlərilə müqayisə etmək imkanı qazanın.

Mojazarplata.az

İş və maaş haqqında sorğu anketini doldurun!
loading...