Sığorta-pensiya sistemində uçota alınmaya dair müraciətlərin sayına görə MDB ölkələri birinci yerdədir

Əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşları tərəfindən daxil olan müraciətlərin sayı çoxalıb. Belə ki, ötən il 2008-ci illə müqayisədə bu qəbildən olan müraciətlər 17 faiz artıb.

2009-cu il ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Beynəlxalq əlaqələr sektoruna xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşları tərəfindən daxil olan müraciətlərin sayı çoxalıb. Belə ki, ötən il 2008-ci illə müqayisədə bu qəbildən olan müraciətlər 17 faiz artıb.

Fondun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev Lent.az-a bildirib ki, ötən il DSMF-yə daxil olan 2266 müraciət arasında MDB ölkələrindən ünvanlanan müraciətlər üstünlük təşkil edib. Onun sözlərinə görə, il ərzində fonda MDB ölkələrindən 1632 müraciət göndərilib. Bu müraciətlərin mövzusu vətəndaşların pensiya hüququnun təmin edilməsi ilə bağlı zəruri hesab olunan müvafiq rəsmi sənədlərin hazırlanaraq təqdim olunması, konkret hallar üçün zəruri ikitərəfli münasibətlərin tənzimlənməsindən ibarətdir.

Elman Babayev bildirib ki, müraciətlərin sayına görə növbəti yerdə Türkiyə gəlir və qardaş ölkədən DSMF-yə 144 müraciət ünvanlanıb. Bu müraciətlərin mövzusu Türkiyə və Azərbaycan respublikaları arasında sosial müdafiə sahəsində ikitərəfli sazişə uyğun olaraq vətəndaşların sosial sığorta və pensiya hüquqlarının gerçəkləşdirilməsi məqsədi ilə konkret tədbirlərin görülməsi istiqamətindədir.

DSMF-yə daxil olan digər 490 müraciət isə ayrı-ayrı xarici ölkələrin payına düşür.

 

03.02.2010
Qazancim.az

             75 AZN qazanmaq istəyirsən?

loading...