Top-menecerlər arasında "kasıbçılıq" dəbə minib

Oracle korporasiyasının başçısı Larri Ellison 2009-cu ildə ən varlı top-menecer hesab olunub. Buna baxmayaraq onun maaşı aşağı endirilib nə az, nə çox... düz 1 dollaradək. Mühasibat səhvidir? Heç də yox. Son 10 il ərzində dünyada hətta "Maaşı 1 dollar" adlı bir klub da yaranıb. Qazancim.az kluba kimlərin və nə üçün daxil olduğunu aydınlaşdırmağa çalışıb.

Oracle korporasiyasının başçısı Larri Ellison 2009-cu ildə ən varlı top-menecer hesab olunub. Buna baxmayaraq onun maaşı aşağı endirilib nə az, nə çox... düz 1 dollaradək. Mühasibat səhvidir? Heç də yox. Son 10 il ərzində dünyada hətta "Maaşı 1 dollar" adlı bir klub da yaranıb. Qazancim.az kluba kimlərin və nə üçün daxil olduğunu aydınlaşdırmağa çalışıb.

                75 AZN qazanmaq istəyirsən?

Onlar təxminən 20 nəfərdir, hamısı da kişi. Hamısı ağdərili və çox varlı kişilərdir. Ona görə də, onlar üçün bu cür xüsusi kluba üzv olub ildə cəmi (bəli, ildə!) cəmi 1 ABŞ dolları almaq problem deyil.

70-ci illərdə neft böhranı zamanı ilk dəfə 1 dollar maaşla işləməyə Chrysler (Kraysler) korporasiyasının başçısı Li Yakokka başlayır. Lakin simvolik bir maaşa işləmək dəbini Apple (Əppl) şirkətinin həmtəsisçisi Stiv Cobs salır. O, 2000-ci ildə dünyada ən kiçik maaşlı icraşı direktor kimi Ginnes rekordlar kitabına düşür. Bir müddətdən sonra Cobsun nümunəsindən digər şirkət başçılarısiyasətçilərdə də istifadə etməyə başladı. Belə şəxlərin sırasında Google şirkətinin top-menecerləri Erik Şmidt, Lari Peyc və Sergey Brin, Yahoo ZDNet şirkətinin həmtəsisçisi Cerri Yanq, Kaliforniya ştatının qubernatoru Arnold Şvarsnegerin və digərlərinin adları var.

1dollar

Yeri gəlmişkən, 1 dollar maaş dəbi artıq Belarusa da çatıb. Belə ki, 2009-cu ildə "Atlant-M" avtomobil holdinqinin baş direktoru Oleq Xusayenov bir ilik maaşından imtina edəcəyi barədə bəyan etmişdi. Azərbaycanda maaşından imtina edənlər hələ müşahidə olunmayıb.

Onların ildə 1 dollar maaş almaqlarının səbəbləri müxtəlifdir. Hərdən top-menecerlərin maaşında qənaət etmək şirkətlər üçün nə qədər vacib olduğu haqda fikirlər səslənir, xüsusən də böhran zamanı. Lakin bunun yalnız xoş niyyətdən baş verməsi heç də inindırıcı deyil. 

Bonus, mükafat və səhmlər şirkət başçılarına az gəlir gətirmir. Adətən bu siyasətçilərinkindən qat-qat yuxarı olur. Yüksək maaşdan 35% vergi tutulur, səhmlərdən vergi isə 15%-dək təşkil edir. Görünür elə əsas məsələ də bundadır. "Maaşı 1 dollar" klubunun üzvlərinin gəlirlərinin əslində nə qədər olduğunu bilin.

Bəs sizin həmkarlarınız nə qədər qazanır? Maaş və iş haqqında anketi doldurun və bunu qısa zamanda öyrənin.

 
02.03.2010
Qazancim.az
loading...