Xaricdəki azərilər hansı qazanca ümid edə bilərlər?

Maaş Hesab Makinəsindən istifadə edərək, ABŞ-da, Böyük Britaniyada, Çexiyada və başqa ölkələrdə nə qədər qazana biləcəyinizi öyrənin.

worker.jpgMaaş Hesab Makinəsindən istifadə edərək, ABŞ-da, Böyük Britaniyada, Çexiyada və başqa ölkələrdə nə qədər qazana biləcəyinizi öyrənin.

Vətən xaricində müvəffəq işə düzələ bilmək üçün yalnız sənədlərin doğru-düzgün rəsmiləşdirilməsi və yerli ənənələrlə tanış olmaq azdır. Həmçinin xarici iş verənlərin təklif etdiyi maaşlarla tanış olmaq da lazımdır. Moyazarplata.az maaş Hesab Makinələrindən istifadə edərək, azərilərin ABŞ-da, Böyük Britaniyada və Çexiyada hansı qazanca ümid edə biləcəyini öyrənmişdir.

Azərbaycan kadr agentlikləri vətəndaşlara ən çox ABŞ-da və ya Avropa ölkələrində (Çexiya, Polşa, İspaniya, Almaniya və başqalarında) mövsümlük iş təklif edirlər. İş tapmaq çətin deyil. Yazda müvəqəti iş personalı mehmanxanalara, mağazalara, restoranlara və əyləncə parklarına tələb olunur. Ancaq, hansı işi seçəcəyinizdən asılı olmadan, hansı maaşa ümid edə biləcəyiniz haqqında təsəvvürünüz olması mühümdür.

Maaşlar haqqındakı mə’lumatı almaq tam pulsuzdur. Bunun üçün WageIndicator fondunun maaş Hesab Makinəsindən istifadə edə bilərsiniz. Əgər Sizi maraqlandıran ölkənin dilini bilmirsinizsə, Google Translate-in on-line tərcüməçisindən istifadə edin.

Tutalım ki, Sizin 22 yaşınız var və yay tə’tilində xaricdə satıcı sifətində işləyib pul qazanmaq qərarı verdiniz. Bu sahədə Sizin heç bir iş təcrübəniz yoxdur. Hesab Makinəsinin göstərdiyinə görə Siz Böyük Britaniyada, Çexiyada olduğundan çox qazana bilərsiniz. Məsələn, satıcı qızlara İngiltərədə saat başına 10,32 funt sterling (12,65 manat*), oğlanlara - 9,42 funt (11,54 manat) ödəməyə hazırdırlar. Çexiyada qızlar saat başına 96,83 kron (3,97 manat), oğlanları 113,18 kron (4,64 manat) qazana bilərlər.

Amerikada, çalışacaq olduğunuz ştatın düzgün seçilməsi çox mühümdür. Misal üçün, Kaliforniyada satıcının orta maaşı saatda 12,28 dollar (9,87 manat), Floridada isə 13,02 dollar (10,47 manat) təşkil edir.

Həm də nəzərə alınmalıdır ki, adətən yad ellilərə öz vətəndaşlarından az maaş verilir, xüsusən də ki, dil bilməyən və ya qeyri rəsmi çalışmaq istəyənlərə.

Azərbaycanda satıcıların və başqa mütəxəsislərin nə qədər qazandığını bilmək üçün iş və maaş haqqındakı anketi doldurunuz. Toplanmış olan mə’lumat əsasında Azərbaycan maaş Hesab Makinəsi yaradılacaq və onun yardımı ilə Siz öz qazancınızı həmkarlarınızın qazancı ilə müqayisə edə biləcəksiniz.

* Böyük Britaniya və  Çexiyadakı saatlıq maaşlar 23.07.2010 tarixindəki valuta kursuna görə hesablanmışdır.

Qazancim.az

İş və maaş haqqında sorğu anketini doldurun!
Loading...