Qadınlar kişilərin maaşlarının 80% qədərini əmək haqqı alırlar

Beynəlxalq Əmək təşkilatının apardığı son araşdırmalar bunu təsdiq edir.

Qlobal Gəlir Hesabatına əsasən bütün dünayada iqtisadi artım 2009-cu il üçün 3.4 faiz azalacaq. Beynəlxalq Əmək Təşkilatının (BƏT) məlumatına görə hətta Yaponiya, ABŞ , İspaniya kimi ölkələr də bu problemlə qarşılaşacaqdır. Eyni proses də insanların qazanclarına təsir edir və bunu qarşısını almaq üçün müxtəlif ölkələr fərqli tədbirlər görürlər. Məsələn Almaniyada hökumət firmalara maaş subsidiyaları ayırır. Amma, yenədə ümumi iqtisadi böhranın təsirini tam aradan qaldırmaq mümkün olmayıb.        

2009-cu ilin ilk rübbündə Ümum Daxili Məhsul 3,5 faiz düşüb. İş vaxtı isə 3,4 faiz azalıb. Amma müsbət təsirlərdə olub – işsizliyin artmasının qarşısı alınıb.  BƏT-nın 2009-cu il ilk rübbünə olan məlumatına görə, qadınların əmək haqları kişilərinki qədər böhranın təsirinə düşüb. 22 ölkə üzrə aparılan araşdırmalara görə qadınlar kişilərin maaşlarının 80% qədərini əmək haqqı alırlar.

Birləşmiş Krallıqlarda böhran nəticəsində bu fərq birazda artıb. Saata görə ödəmə kişilərə nisbətən 21% azdır. ABŞ-da isə qadınlar kişilərin əmək haqlarınıın 79,9%-ni alır. Burada ən az fərq təbii ehtiyatlar və tikinti sahəsindədir. Ən çox fərq isə idarəçilik, istehsalat və nəqliyyat sektorundadır.

                    75 AZN qazanmaq istəyirsən?

 

loading...