DSMF-nin fərdi uçot sistemində sığortaolunanların 900 min 851 nəfəri kişi, 740 min 213 nəfəri isə qadındır

Cari ilin yanvar ayının 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində fərdi şəxsi hesabı olan sığortaolunanların 900 min 851 nəfəri kişi, 740 min 213 nəfəri isə qadındır.

Cari ilin yanvar ayının 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində fərdi şəxsi hesabı olan sığortaolunanların 900 min 851 nəfəri kişi, 740 min 213 nəfəri isə qadındır. Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar üstünlük təşkil edir.

Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 444 min 146 nəfərini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində 30 yaşa kimi sığortaolunan vətəndaşlar 359 min 281 nəfər, 30-40 yaşa kimi sığortaolunanlar 369 min 166 nəfər, 50-60 yaşa kimi sığortaolunanlar 330 min 848 nəfər, 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 137 min 623 nəfər təşkil edir.

dsmf

2009-cu il ərzində DSMF-nin fərdi uçot sistemində fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 10% artıb. İl ərzində “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq görülən tədbirlər nəticəsində məcburi dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiq dairəsi daha da genişlənib. Belə ki, 2009-cu ildə fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 149 min 604 nəfər artaraq, 1 milyon 641 min 64 nəfərə catıb.

Qeyd edək ki, fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır.

 

28.01.2010
qazancim.az

                      75 AZN qazanmaq istəyirsən?

 
Loading...