Qərb və İslam dəyərləri necə birləşə bilər

Ailə, qadın və uşaq problemləri üzrə Dövlət komitəsinin rəhbəri Hicran Hüseynova qeyd edir ki, qadına hörmət Azərbaycan mədəniyyətinə hər zaman xas olub. Bu gün qadının həyatında iş və ailə arasında balansın olması cəmiyyət üçün vacibdir.

qadin gozelliyiAilə, qadın və uşaq problemləri üzrə Dövlət komitəsinin rəhbəri Hicran Hüseynova qeyd edir ki, qadına hörmət Azərbaycan mədəniyyətinə hər zaman xas olub. Bu gün qadının həyatında iş və ailə arasında balansın olması cəmiyyət üçün vacibdir.

Hicran Hüseynova Azərbaycan qadınının Avropa məkanına inteqarasiya edən müsəlman dövlətində qərb və islam dəyərlərini necə birləşdirə bildiyi haqda danışıb. 

Adət və qanunlarda bərabər hüquqlar

- İlk əvvəl qeyd edim ki, Azərbaycan dünyəvi dövlətdir. Bundan əlavə, məlumdur ki, respublikamız Avropa Şurasına və digər beynəlxalq təşkilatlarına daxildir. Bununla bağlı Azərbaycan öz üzərinə müəyyən öhdəliklər götürüb və beynəlxalq təşklatlara üzv digər ölkələr kimi Azərbaycan da ayrı-ayrı konvensiyalara qoşulur, həmçinin qadınların müdafiəsi və hüquqları haqda konvensiyaya. Düşünürəm ki, məhz bu məsələdə hər şey rahat uzlaşdırılır, çünki qadınlara və kişilərə eyni hüquqların, imkanların və vəzifələrin verilməsində Azərbaycanın çox gözəl adətləri var.

"Gender bərabərliyi haqda" qanunun qəbulu da bunu təsdiq edir. Bu qanunda kişilərin və qadınların hüquqları aydın göstərilib. Qeyd etmək lazımdır ki, gender qanunları yalnız qadınların haqqlarının müdafiəsini nəzərdə tutmur. Burada söhbət bərabərlikdən gedir. Məsələ cəmiyyətin hər bir üzvünə bərabər imkanların yaradılmasından gedir.

Qadın çiyinlərinə böyük yük düşür

Mən, fanatizmə yol vermədən daim qadına hörməti, qadının müdafıəsini aşılayan milli adət-ənənələrin qorumnmasından danışıram. Bu dəyərləri bərpa və möhkəmləndirərək, cavan qadınlarımıza bir peşəkar kimi inkişaf etməyə imkan yaradılmalıdır. Digər tərəfdən bir ictimai sinifdən digər sinifə keçid zamanı ortaya çıxan ciddi dəyişikkliklər dünyasında yaşlı qadınlarımız özlərinin itirməməlidir. 

Həm də Qarabağ münaqişəsinin və onun nəticələrini nəzərə alaraq, xeyli sayda qadının tənha qaldığını unutmayaq. Onların çoxu ailələrini və uşaqlarını təkbaşına dolandırmalı və böyütməli olur, elə günü bugün bu davam edir. Bundan başqa dağılmış ailələr problemi var, çünki bəziləri lap əvvəllər qazanc dalınca gedib və geri dönməyib. Danılmazdır ki, qadınların çiyinlərinə böyük yük düşür.

Lakin buna baxmayaraq, bizim qadınlarımız bu vəziyyətdən layiqincə çıxırlar. Bu işdə dövlətin dəstəyi, qadınların peşəkar kimi inkişaf etmələrinə, həmçinin dövlət vəzifələrinə irəli sürülməsinə yol açan dövlət siyasəti vacib rol oynayır.

Sağlam cəmiyyətdə - sağlam balans

Bütün bunlar bütövlükdə cəmiyyətə gətirib çıxarır və qadnlar burada psixoloji cəhətdən sağlamdır. Yəni qadınlar şəxsiyyət kimi özünü təsdiq etməkdən məmnundur. Eyni zamanda qeyd edim ki, bizim qadınlar ailə və uşaqlara çox diqqət yetirirlər. Bu isə öz növbəsində çox vacibdir. Biz Qərbin yol verdiyi səhvləri təkrar edə bilmərik, ailə və uşaqların tərbiyəsini unudaraq bir səmtdə inkişaf etmək olmaz.

Bunula yanaşı, ailə və uşaq tərbiyəsi məsələləri yalnız qadınların üzərinə düşməli deyil. Şübhəsiz burada kişilər çox vacib böyük oynayır, və bu səbəbdən bütün işləri qadınların uzərinə yıxmaq olmaz. Əks halda yenidən tərbiyə məsələlərində birtərəfli yanaşma ortaya çıxır. Elə buna görə uşaq tərbiyəsində hər iki valideynin iştirak etdiyi harmonik ailələrdə çox gözəl nəticələr olur.

 

29.03.2010
Qazancim.az

                      Klik

Loading...